Icma.az
close
up
RU
Cənubi Afrikanın Stilfontein mədənində 78 qanunsuz mədənçinin cəsədi çıxarılıb

Cənubi Afrikanın Stilfontein mədənində 78 qanunsuz mədənçinin cəsədi çıxarılıb

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cənubi Afrikanın Şimal-Qərb əyalətindəki tərk edilmiş Stilfontein mədənində xilasetmə əməliyyatının ilk üç günündə 78 qanunsuz mədənçinin cəsədinin çıxarıldığı bildirilir.

Bizimyol.info xəbər verir ki, Cənubi Afrika Polis Xidmətindən (SAPS) verilən yazılı açıqlamada, Stilfontein mədənində yanvarın 13-də başladılan xilasetmə əməliyyatının üçüncü günündən etibarən 216 qanunsuz mədənçinin xilas edildiyi bildirilib.

Açıqlamada qeyd edilib ki, əməliyyat çərçivəsində 78 qanunsuz mədənçinin cəsədi mədəndən çıxarılıb. Stilfontein-dən sağ qalan bütün mədənçilərin nəzarətə alındığı paylaşılıb.

Cənubi Afrikanın insan haqları təşkilatı Mədən Təsirinə məruz qalan İcmaların Fəaliyyət Alyansı (MACUA) yanvarın 3-də Stilfonteyndə qalmış mədənçilərin aclıqdan ölən dostlarının cəsədlərini yediklərini iddia edərək Konstitusiya Məhkəməsinə müraciət edib.

Konstitusiya Məhkəməsinin qərarından sonra hökumət yanvarın 13-dən etibarən xilasetmə əməliyyatına başlayıb. MACUA-nın yanvarın 9-da verdiyi açıqlamada yerin altından 109 şaxtaçının cəsədinin tapıldığı iddia edilib.

Polis 2024-cü ilin Noyabr ayından etibarən tərk edilmiş Stilfontein mədənində qanunsuz olaraq işləyən mədənçilərə su və qida tədarükünü kəsdikdən sonra təslim olmaqdan imtina edən yüzlərlə mədənçi ac və susuz olaraq yerin altında qalıb.

Prezidentin İşlər Naziri Xumbudzo Ntşavheninin lazım gələrsə, qanunsuz mədənçilərin “tüstü ilə çıxarılacağı” barədə bəyanatı ictimai rezonansa səbəb olub.

Rəsmi məlumatlara görə, yanvarın 15-nə olan məlumatda Stilfonteini 1806 qanunsuz mədənçi tərk etdiyi bildirilib. Polis bu şəxslərin yalnız 21-nin Cənubi Afrika vətəndaşı olduğunu, qalanların isə demək olar ki, hamısının Mozambik vətəndaşı olduğunu qeyd edib.

Hökumət rəsmiləri mədənçilərin öz imkanları ilə çıxa bildiklərini və ləngimənin hüquq-mühafizə orqanları tərəfindən həbs olunmamaq üçün qanunsuz mədənçilərin istifadə etdikləri bir taktika olduğunu bildirdilər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Yanvar 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri