Icma.az
close
up
RU
Tərk edilmiş mədəndən 78 qeyri qanuni şaxtaçının cəsədi çıxarılıb

Tərk edilmiş mədəndən 78 qeyri qanuni şaxtaçının cəsədi çıxarılıb

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cənubi Afrikanın şimal-qərb əyalətindəki tərk edilmiş Stilfontein mədənində aparılan xilasetmə əməliyyatının ilk üç günü ərzində 78 qeyri-qanuni şaxtaçının cəsədi çıxarılıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Cənubi Afrika Polis Xidmətindən (SAPS) verilən yazılı açıqlamada, Stilfontein mədənində yanvarın 13-də başlayan xilasetmə əməliyyatı nəticəsində 216 qeyri-qanuni şaxtaçının xilas edildiyi bildirilib. Açıqlamada həmçinin qeyd edilib ki, əməliyyat zamanı 78 şaxtaçının cəsədi mədəndən çıxarılıb.

Stilfonteindən çıxarılan bütün şaxtaçıların saxlanıldığı da bildirilib.

Cənubi Afrikanın insan haqları təşkilatı olan Mədəndən Təsirlənən İcmaların Fəaliyyət Alyansı (MACUA) yanvarın 3-də Stilfonteyndə qapalı qalan şaxtaçıların, aclıqdan ölən dostlarının cəsədlərini yediklərini iddia edərək Konstitusiya Məhkəməsinə müraciət edib. Konstitusiya Məhkəməsinin qərarından sonra hökumət yanvarın 13-də xilasetmə əməliyyatlarına başlayıb.

MACUA-nın yanvarın 9-da verdiyi açıqlamada yerin altında 109 şaxtaçının cəsədinin aşkar edildiyi iddia edilib.

Polis noyabr ayında tərk edilmiş Stilfontein mədənindəki qeyri-qanuni şaxtaçılara su və qida təchizatını dayandırmışdı. Təslim olmaq istəməyən yüzlərlə şaxtaçı yerin altında ac və susuz qalmışdı.

Prezident Aparatının rəsmisi Xumbudzo Ntshavheninin qeyri-qanuni şaxtaçıların tüstü ilə mədəndən çıxarılacağına dair verdiyi bəyanat mübahisələrə səbəb olmuşdu.

Rəsmi məlumatlara görə, Stilfonteini 1806 qeyri-qanuni mədənçi tərk edib. Polis bu şəxslərin yalnız 21-nin Cənubi Afrika vətəndaşı olduğunu, digərlərinin isə demək olar ki, hamısının Mozambik vətəndaşı olduğunu bildirib. Səlahiyyətlilər şaxtaçıların öz imkanları ilə mədəndən çıxa bildiklərini də qeyd edib.

Cənubi Afrikada almaz, qızıl və platin kimi qiymətli minerallara malik olan mədənlərdə 10.000 ilə 30.000 arasında insanın qeyri-qanuni şəkildə işlədiyi düşünülür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Yanvar 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri