Icma.az
close
up
RU
Cənubi Asiyada fırtına qopur: Azərbaycan səssiz qalacaq?

Cənubi Asiyada fırtına qopur: Azərbaycan səssiz qalacaq?

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, bir müddətdir davam edən Hindistan-Pakistan gərginliyi mayın 6-dan etibarən daha kəskin xarakter alıb. Hazırda iki ölkə arasında toqquşmalar davam edir. Bu vəziyyət fonunda diqqət çəkən əsas suallardan biri Azərbaycanın mövqeyinin nə olacağı ilə bağlıdır. Azərbaycan-Pakistan dostluq münasibətləri nəzərə alınarsa, rəsmi Bakının İslamabada hər hansı dəstək verib-verməyəcəyi gündəmdədir.

Xüsusilə 2020-ci il Vətən müharibəsi zamanı Pakistanın Azərbaycana verdiyi mənəvi-siyasi dəstəyin qarşılığını vermək vaxtı çatıb? Əgər Azərbaycan dəstək göstərərsə, bu, ölkənin münaqişədə tərəfə çevrilməsi riski yarada bilərmi?

Bununla belə, Ukrayna nümunəsi göstərir ki, Bakı müharibə zonalarına humanitar yardım etməklə, münaqişələrə tərəf olmadan da dəstəyini ifadə edə bilir. Ukraynaya göndərilən yardımlar Rusiya tərəfindən rəsmi şəkildə etirazla qarşılanmasa da, narazılığın olduğu ehtimal edilir.

Bənzər bir yanaşma Pakistana da tətbiq oluna bilərmi?

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov bildirib ki, Azərbaycanın Pakistana yardım göndərməsi ilə bağlı hələlik rəsmi məlumat yoxdur:

Sultan Zahidov

“İki ölkə arasında yaranan gərginliyin tezliklə aradan qalxacağını düşünürəm. Çünki həm Pakistan, həm də Hindistan nüvə dövlətləridir və gərginliyin dərinləşməsi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər. Hadisələrin hansı istiqamətə gedəcəyini proqnozlaşdırmaq çətindir. Hindistan 1960-cı ildə imzalanmış sülh sazişindən çıxaraq Pakistana axan Hind çayının qarşısını kəsib. Bu səbəbdən Pakistanda humanitar böhranın yaranması ehtimalı artır. Belə bir vəziyyət baş verərsə, Azərbaycan humanitar yardım göstərə bilər. Xarici İşlər Nazirliyinin bəyanatından da aydın olur ki, Azərbaycan münaqişənin qısa zamanda başa çatmasını arzulayır və Hindistanın bu hərəkətini pisləyir.

Azərbaycan müharibədən əziyyət çəkən bölgələrə mütəmadi olaraq humanitar yardımlar göstərir. Rəsmi Bakı dünya siyasətində önəmli aktor kimi daim çalışıb ki, regionlarda münaqişələr olmasın. Belə hallarda müvafiq ölkələrin əhalisinə yardım etmək ənənəsi var. Qəzza, Suriya və Ukrayna bu baxımdan nümunə ola bilər. Yaxın gələcəkdə Pakistana da oxşar yardımın göstərilməsi istisna olunmur.

Rusiya Azərbaycanın Ukraynaya göndərdiyi yardımlarla bağlı rəsmi şəkildə heç bir narazılıq bildirməyib. Lakin narazı olduqları ehtimal olunur. Buna baxmayaraq, Azərbaycan müstəqil dövlətdir, Ukrayna ilə yaxın münasibətləri var və atdığı addımları heç bir ölkə qınaya bilməz.

Azərbaycan Hindistandan da çəkinmir. Ehtiyac yaranacağı təqdirdə, rəsmi Bakı Pakistana yardım göndərən ilk ölkələrdən biri olacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 May 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri