Icma.az
close
up
RU
Cənubi Asiyada vəziyyət gərginləşəcək Politoloq

Cənubi Asiyada vəziyyət gərginləşəcək Politoloq

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Hindistan və Pakistan arasında gərginliyin artan istiqamətdə davam edəcək”.

Bunu Metbuat.az-a açıqlamasında politoloq Turab Rzayev söyləyib. O, hadisələrin inkişafına yön verən səbəb kimi Kəşmirdə turistlərə qarşı törədilmiş hücumu göstərib:

“Hücum nəticəsində 28 nəfər həyatını itirib. Bu hadisə Hindistan və Pakistan arasında münasibətlərin yenidən kəskinləşməsinə səbəb olub. Artıq Hindistan bütün Pakistan vətəndaşlarının vizalarını kütləvi şəkildə ləğv edib və onların ölkəni tərk etməsini tələb edib. Digər tərəfdən, Pakistan Hindistandan mümkün bir cavab zərbəsi gözləyir. Bu səbəbdən orduya döyüşə hazırlıq əmri verilib və qoşunlar döyüş mövqelərinə yerləşdirilib”.

T.Rzayevin fikrincə, ümumi vəziyyət Cənubi Asiyada yaxın gələcəkdə ciddi gərginliyin baş verə biləcəyini göstərir:

“Hindistanda hakimiyyətdə olan hindu millətçi hökumət Kəşmir məsələsini güc yolu ilə həll etməyə üstünlük verir və hesab edir ki, dinc əhaliyə və ya silahlı qüvvələrə qarşı yönəlmiş hər hansı hücuma misli ilə cavab verilməlidir. Pakistan isə vaxtaşırı baş verən hücumlarla əlaqəsinin olmadığını bildirir. Digər tərəfdən, ölkədə mövcud olan siyasi və iqtisadi problemlər fonunda Pakistan rəhbərliyi bəzən eskalasiyanı artırmaqda çıxış yolu görür. Bu da bölgədə gərginliyin artmasına səbəb olur, çünki belə vəziyyətlərdə xarici qüvvələrin, xüsusilə ABŞ və Çinin iştirakı və vasitəçiliyi daha çox lazım olur”.

“Eyni zamanda, nəzərə almaq lazımdır ki, hazırda Hindistan iqtisadi baxımdan Çini əvəz etməyə çalışır. Qərbdə, xüsusilə ABŞ-də bu istiqamətdə Hindistanı dəstəkləmək məqsədi ilə müəyyən addımlar atılır. Bu da Çini regionda güclü bir tərəfdaş olan Pakistanla əməkdaşlığı genişləndirməyə və bəlkə də Hindistanda stabilliyi pozmaq planlarını nəzərdən keçirməyə sövq edə bilər. Son günlərdə bəzi istehsal müəssisələrinin Çindən Hindistana köçürülməsi ilə bağlı qərarlar açıqlanıb. Ola bilər ki, bu cür iqtisadi dəyişikliklər də Çini narahat edir və ABŞ-nin Çin əleyhinə Hindistanı önə çəkmək planlarına qarşı tədbirlər görməyə vadar edir. Pakistanın bu prosesdə iştirakının artırılması, regionda sabitliyin pozulması, Hindistanın təhlükəsiz ölkə imicinə zərbə vurulması Çinin maraqlarına cavab verə bilər və bu səbəbdən də Çin-Pakistan əməkdaşlığı daha da güclənə bilər”, - deyə politoloq qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 26 Aprel 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri