Icma.az
close
up
RU
Cənubi Azərbaycan folklorunun aktual problemlərinə dair seminar təşkil edilib

Cənubi Azərbaycan folklorunun aktual problemlərinə dair seminar təşkil edilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 13 oktyabr, AZƏRTAC

AMEA Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsində “Güney Azərbaycan folklorunda uşaq nəğmələri” və “Məhəmmədəli Fərzanə irsi və dövrün müntəxəbat tərtibçiliyi ənənəsi” mövzularında elmi seminar keçirilib. Seminarda şöbənin elmi işçiləri müvafiq mövzular üzrə məruzələrlə çıxış ediblər.

İnsitutdan AZƏRTAC-a bildirlib ki, Səadət İbrahimli birinci müvzu üzrə məruzəsində uşaq nəğmələrinin Güney Azərbaycan folklorundakı yeri, janr xüsusiyyətləri, məzmunu və poetikası, eləcə də milli-mənəvi irsin qorunmasındakı rolundan bəhs edib.

O, uşaq folklorunun xalqın dünyagörüşünü, həyat təcrübəsini, mənəvi dəyərlərini və estetik düşüncəsini əks etdirdiyini diqqətə çatdırıb, laylalar, düzgülər, sanamalar, acıtmalar və dolamaların məzmun, struktur və ifa xüsusiyyətlərini şərh edib. Bildirib ki, laylalarda ana məhəbbəti, övlad arzuları, ailə-məişət münasibətləri və gələcəyə dair ümidlər poetik ifadəsini tapır. Düzgü və sanamalar ritmik quruluşu, ahəngdarlığı və təkrarları ilə seçildiyi halda, acıtma və dolamalar yumor, söz oyunu və obrazlı ifadələrlə zəngindir. Bu janrların uşaqların nitq və yaddaş bacarıqlarının inkişafında, ritm duyumunun formalaşmasında və ünsiyyət imkanlarının genişlənməsində əhəmiyyəti vurğulanıb. Səadət İbrahimli, həmçinin uşaq nəğmələrində Güney Azərbaycanın məişət həyatının, ailə münasibətlərinin, təbiətə bağlılığının, adət-ənənələrinin və yerli dil xüsusiyyətlərinin əks olunduğunu qeyd edib. Məruzədə uşaq folklorunun yalnız əyləncə və oyun vasitəsi olmadığı, eyni zamanda. tərbiyəvi, estetik və sosial funksiyalar da daşıdığı bildirilib. Sonda Güney Azərbaycan folklorunda qorunub saxlanılan uşaq nəğmələrinin toplanması, elmi prinsiplər əsasında qeydə alınması, janr xüsusiyyətlərinə görə təsnif edilməsi və nəşrinin aktuallığı diqqətə çatdırılıb.

Seminarın digər məruzəçisi İlahə Qurbanova XX əsr Cənubi Azərbaycan folklorşünaslığının görkəmli nümayəndəsi Məhəmmədəli Fərzanənin elmi-ədəbi irsi, folklor toplayıcılığı və dövrün müntəxəbat tərtibçiliyi ənənəsi haqqında məlumat verib. İlahə Qurbanova məruzəsində Fərzanə ilə eyni dövrdə fəaliyyət göstərən Səməd Behrəngi, Bəhruz Dehqani, Əbülqasım Şirazi, Hüseyn Düzgün və Həbib Sahir kimi ziyalıların folklor materiallarının toplanması və nəşri prinsiplərindən bəhs edib. Cənubi Azərbaycanın müxtəlif coğrafi regionlarının folklor mənzərəsini əks etdirmək məqsədilə müntəxəbatlardan seçilmiş mətnlər bölgələr üzrə təsnif edilərək seminar iştirakçılarının diqqətinə çatdırılıb. Məruzənin əsas istiqamətlərindən biri Təbriz və Xorasan bölgələrindən toplanmış zəngin folklor materiallarının müqayisəli təhlili olub. Həmçinin XX əsrin ikinci yarısında hazırlanmış müntəxəbatların yalnız folklorşünaslıq baxımından deyil, Azərbaycan dilinin tarixi yaddaşının və milli kimliyinin qorunması baxımından da əhəmiyyəti vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri