Qərbi Azərbaycan folklorunun izi ilə
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, Qərbi Azərbaycan İcmasının Ordubad rayonu üzrə nümayəndəsi Aytən Cəfərovanın “Qərbi Azərbaycanın etno-mədəni mühiti: tədqiqlər, xatirələr, faktlar” adlı II kitabı nəşr olunmuşdur.
Müəllifin yeni kitabı vətənindən didərgin düşmüş soydaşlarımızla görüşləri əks etdirən məqalələri və mühitin adət-ənənələri ilə bağlı olan folklor nümunələrini əks etdirir.
Aytən Cəfərovanın eyniadlı I kitabı 2023-cü ildə işıq üzü görmüşdür. II kitabı isə eyni mövzunun məntiqi davamıdır. Kitab Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin yazdığı ön söz və 3 bölmədən ibarətdir. Kitabda Qərbi Azərbaycan bölgəsinə aid folklor nümunələri sadəcə poetik nöqteyi-nəzərindən dəyərləndirilməmiş, eyni zamanda xalqın milli mənəviyyatının təcəssümü kimi də öz əksini tapmışdır. Kitabda müxtəlif mövzularda folklor nümunələrinə geniş şəkildə yer verilmiş, xalqımızın etnodüşüncəsinin fərqli xüsusiyyətlərinə toxunulmuşdur.
“Əcəmi” Nəşriyyat - Poliqrafiya Birliyində çap olunan kitabın elmi redaktoru və ön sözün müəllifi Əziz Ələkbərli, rəyçiləri isə professorlar Mahirə Hüseynova, İbrahim Bayramov və dosent Zülfiyyə İsmayıldır.
Müəllifin bu kitabı da tarixi yaddaşı unutmamaq baxımından təqdirəlayiqdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 04 İyun 2025 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















