Icma.az
close
up
RU
Cənubi azərbaycanlılar Qərbi Azərbaycanda

Cənubi azərbaycanlılar Qərbi Azərbaycanda

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İttifaq MİRZƏBƏYLİ
[email protected]

Biz qədim türk yurduna tankın üstündə yox, mahnı qanadlarında getdik

Sosial şəbəkələrdə on illər boyu arzusunda olduğumuz bir fakta şahidlik etdik. Təbrizli gənclər İrəvanın mərkəzi meydanında Azərbaycanın Xalq artisti Arif Babayevin repertuarında silinməz yeri olan “Qarabağ” mahnısını oxuyurdular. Həm də xorla. Xatırladım ki, 40-45 il əvvəl ərsəyə gəlmiş həmin mahnı Bakıda heç zaman xorla ifa edilməmişdi. Mən bilən həmin mahnını işğaldan azad edilmiş Şuşada keçirilən tədbirlərin birində, fəqət, hansısa xorun ifasında yox, bütün iştirakçıların birlikdə səsləndirdiyini eşitmişdik. İndi isə İrəvanda eşitdik. Allaha şükür. Həmin lentə baxanda yadıma düşən ilk sima ulu şairimiz Məhəmməd Füzulinin qəmli və nurlu üzü oldu. Böyük şair demişdi: “Bu vüsal yuxu əhvalı demək mümkün idi...” Amma YOX! Bu vüsal yuxu, vaqiə və ya xəyal deyildi. Həqiqətən otuz beş ildən çox həsrətində olduğumuz Ata Yurdumuza qayıtmışdıq.

Elə “Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək!” – qətiyyətinin müəllifi də Mövlanə Məhəmməd Füzuli idi. Nə yaxşı ki, biz həm şəhid olduq, həm intiqam aldıq, həm də cənublu qardaşlarımızın addımlarıyla İrəvana qayıtdıq.

Mən Facebookdakı məlum videonu görəndə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin üç il qabaq – 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə səsləndirdiyi fikirləri xatırladım: “Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə “isterika” başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq”. Elə bilirəm ki, təbrizli gənclər İrəvanda həmin möhtəşəm qayıdışın “Üvertürasını” səsləndirdilər.

***

Zamanın olduqca acı bir ironiyasıdır. Biz 44 günlük İkinci Qarabağ müharibəsindən əvvəl də, həmin ay yarımda da, Ermənistanın məğlubiyyət sənədini imzalamasından sonra da Qarabağda iranlı gəncləri görürdük. Onlar üstünə farsca fərqlənmə nişanları vurulmuş ağır tonnajlı yük maşınları ilə “Artsax” quldurlarına, işğalçı və terrorçulara yanacaq adıyla nələri gətirirdilərsə dəqiq bilmirəm. Amma onu dəqiq bilirəm ki, iranlı gənclər – bizim soydaşımız olan Təbriz millətsevərləri İrəvana yanacaq, silah yox, sadəcə qeyrət, milli təəssübkeşlik yükü aparmışdılar.

***

Haqqında söz açdığımız videonu görən “Baqramyan 26” imzalı Teleqram istifadəçisi yazır ki, həyəcanlanmağa əsas yoxdur: “Mahnını oxuyanların ləhcəsindən aydın olur ki, onlar İran azərbaycanlılarıdır. Onlar Bakıda oxunan mahnıların əksəriyyətini əzbər bilirlər. Bu işlə hüquq-mühafizə orqanları məşğul olmalıdır”. Fikrimizcə, Ermənistan hələ çox faktlarla heyrətlənməli olacaq. Çünki Ermənistan rəhbərliyi səhvin birinin mürəkkəbi qurumamış o birini ortaya qoyur. Rəsmi İrəvanın ən böyük səhvi isə İran rəhbərliyini dəhşətli dərəcədə hörmətsiz, urvatsız eləməsidir. Azərbaycanda İsrail səfirliyinin fəaliyyət göstərməsinə görə on illər boyu bizə irad tutan, ittihamlar səsləndirən İran indi onun Ermənistanla sərhədlərinə düzüləcək ABŞ əsgərlərinin ayaq səslərini hər gün eşidəcək. Belə olanda növbəti “Qorxulu Tehran” əsərləri yazılacaq.

Yeri gəlmişkən, “Baqramyan” bu fakta münasibət bildirərkən ənənəvi erməni riyakarlığından doğan xislətini də ortaya qoyur. O, “İran azərbaycanlıları” ifadəsiylə bizim aramıza rəxnə salmaq arzusunu dilinə gətirir. Guya Təbriz azərbaycanlıları ilə Bakı azərbaycanlıları arasında hansısa fərq var. Bu sətirlər rəsmi qəzetdə verilməsəydi ona deyərdim ki, “Ay sən öləsən!”

İranist Artyom Tonoyan adlı Facebook istifadəçisi isə həmin gəncləri “Təbrizin küçə müğənniləri” adlandırır: “ Onlar əvvəllər bizim üçün həm Ermənistan – İran dostluğuna, həm də “Artsax”a həsr olunmuş mahnılar oxuyublar”. Əlavə edir ki, bu, təsadüfi addım sayılmamalıdır. Şərəfsizliyin dərəcəsinə bax ki, bir andaca həmin təbrizli gəncləri bizim gözümüzdən salmaq istəyir. Daha bir ənənəvi “Ay sən öləsən!” – deyiminin yeridir.

İstənilən halda bu fakt İrəvanı çalxalayıb və şəksizdir ki, belə çalxalanmalar hələ çox olacaq. Onlar cəmiyyətdəki “tektonik” hallardan qaçmaq istəyirlərsə Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasına nail olmalı, sülh sənədini imzalamalıdırlar.

Hər halda biz onların daxili işlərinə qarışmırıq. Özləri bilərlər. Təbii ki, Fransa imkan versə.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Fevral 2025 03:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see446

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see397

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see293

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see222

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see217

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see216

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see215

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see211

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see204

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see196

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see193

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see191

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see187

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see184

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see183

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see176

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see175

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see166

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see163

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri