Icma.az
close
up
RU
QƏRBİ AZƏRBAYCANDA MƏDƏNİ İNQİLAB!

QƏRBİ AZƏRBAYCANDA MƏDƏNİ İNQİLAB!

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Etibar ƏLİYEV

1988-ci il… Ermənilər “Ğarabağ merna-Qarabağ bizimdir” şüarı altında mitinqlər keçirməyə başladılar. Mitinqlərdə səsləndirilən aqressiv çağırışlar doğma torpaqlarımızda yaşan azərbaycanlıların vəhşicəsinə qovulması ilə nəticələndi. Hadisələr Ermənistan Kommunist partiyasının 1-ci katibi Suren Arutunyanın istefasına səbəb oldu. Hakimiyyətə Suriya ermənisi, şovinist Levon Ter-Petrosyan gətirildi...

Qarabağmız və ətraf rayonlarımızın işğalı başlandı. İşğal prosesində Xankəndində anadan olmuş Robert Koçaryan və Serj Sarqisyan mühüm rol oynadılar. Qarabağın işğalı Koçaryan və Sarqisyanın əsas devizi oldu və istefaya göndərilən Levonun yerinə hakimiyyətə Koçaryan gətirildi. Ekstremist qüvvələr və azərbaycanlıların düşməni olan balayan kimi ünsürlər işğalçıların ideoloqları idilər. İrəvan erməniləri onların içindən çıxan Karen Dəmirçiyan və Vazgen Sarqisyana rəğbətlərini gizlətmirdilər. Koçaryanın hakimiyyəti dövründə Dəmirçiyan spiker, Sarqisyan isə baş nazir postunu tuturdu. Koçaryan onlardan gələn təhlükəni duyduğundan 1999-cu ilin 27 sentyabrında Ermənistan parlamentində terror aktı törətməyə nail oldu. Nəticədə Karen Dəmirçiyən, Vazgen Sarqisyan, vitse-spikerlər Yuri Baxşyan və Ruben Miroyan öldürüldü. Terrorçular o qədər aqressiv idilər ki, Vazgen Sarqisyanı öldürəndən sonra onun başını əzdilər.

Arxayıncılıq sindromuna yuvarlanan Robert Koçaryan özündən sonra dostu, cəllad Serj Sarqisiyanı hakimiyyətə gətirə bildi. Və bu cütlük elə başa düşdü ki, artıq öldürdükləri siyasətçilər səviyyəsində kimlərinsə yetişməsi uzun müddət vaxt tələb edəcək. Lakin “sən saydığını say, gör fələk nə sayır.” Meydana Nikol Paşinyan çıxdı. Və Serj tarixin zibilliyə göndərildi.

Paşinyan hakimiyyətə gələndən sonra tez-tez Qarabağa gedir və indi Bakıda türmədə yatan cinayətkarlarla görüşürdü. Məktəb və digər obyektlərin açılışında iştirak edir və araq içib Cıdır düzündə yallı gedirdi. O qədər eyforiyada idi ki, hətta “Qarabağ Ermənistandır” sözünü israrla işlətmişdi. Onun çıxışlarını dinləyənlər bilirlər ki, bir dəfə də olsun “sülh” kəlməsini işlətməyib. Sonradan anladı ki, məğlubiyyətlə barışıb, sülhə can atmaq lazımdır. Buna deyərlər: “Erməninin son ağılı”...

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən başladılan və 10 noyabr 2020-ci ildə Azərbaycan tərəfinin qələbəsi ilə başa çatmış İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin 2907 nəfər hərbi qulluqçusu həlak oldu. Gəncəyə və Bərdəyə raketlər atıldı.

Ümummilli Liderimiz Heydər Əliyevin 12 may 1994-cü ildə atəşkəs sazişinin imzalanmasına razılıq verməsi güclənməyimizə və qələbə çalmağımıza əsaslar yaratı.

Prezident İlham Əliyevin “Nəyi necə, nə vaxt, etmək lazımdır, bunu mən bilirəm” fikri zamanında tətbiqini tapdı. Ərazi bütövlüyümüz və müqəddəs suverenliyimiz bərpa olundu. Əlbəttə ki, Böyük Zəfərimizdən sonra sülh çox vacib fenomendir və İlham Əliyevin Sülh carçısı olması dünyada yüksək qiymətləndirilir.

Seçki göstərdi ki, Paşinyanın rəqibləri üzərində tam və qəti qələbəsi erməni xalqının şüurunda baş verən pozitiv dəyişikliklər sayəsində baş verdi.

Böyük alman tarixçisi Karl Meyneke millətləri iki yerə bölürdü: “Siyasi millətlər və mədəni millətlər”. Erməni milləti siyasi millətdən mədəni millətə doğru addımlamaq yolundadır.

Qərbi Azərbaycanda doğulduğumdan doğma torpaqlarımıza qayıtmaq ümidlərimiz artır.

Və ləyaqətlə qayıdacağıq...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 İyun 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri