Icma.az
close
up
RU
Cənubi Çin dənizində gərginlik artır

Cənubi Çin dənizində gərginlik artır

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu həftə Çin “H-6” uzaqmənzilli bombardmançılarını Skarboro rifinin yaxınlığında yerləşdirib.

"Cebheinfo.az" xəbər verir ki, "Reuters"-in əldə etdiyi peyk görüntüləri bunu təsdiqləyir.

Bu addım Pekinin Cənubi Çin dənizindəki mübahisəli mərcan adaları üzərində suverenliyini möhkəmləndirmək cəhdi kimi qiymətləndirilir.

Çinin bu addımı ABŞ-ın müdafiə naziri Pit Heqsetin Filippinə səfəri ərəfəsində baş verib. Filippin də Skarboro rifini özünün iqtisadi zonasında hesab edir.

Heqset Manilada keçirdiyi görüşlər zamanı ABŞ-nin Filippinlə qarşılıqlı müdafiə sazişinə "sarsılmaz sadiqliyini" bəyan edib.

O bildirib ki, Çinin hərəkətləri Cənubi Çin dənizində gərginliyi artırır və ABŞ-nin strateji cavab tədbirləri görməsini zəruri edir.

Xatırladaq ki, Pekin illərdir Skarboro rifinə nəzarəti gücləndirməyə çalışır. 2012-ci ildən bəri Çin sahil mühafizəsi Filippin balıqçıları ilə dəfələrlə toqquşmalar yaşayıb və rifin girişini zaman-zaman bağlamağa cəhd edib.

2016-cı ildə Haaqa Beynəlxalq Arbitraj Məhkəməsi Çinin iddialarının hüquqi əsasının olmadığını elan etsə də, Pekin bu qərarı rədd edib.

Peyk görüntüləri bombardmançıların rifin şərq hissəsində olduğunu göstərir. “H-6” bombardmançıları Sovet istehsallı modelin əsasında hazırlanıb və müasir gəmi əleyhinə, yer-hədəf və hətta nüvə başlıqlı ballistik raketlər daşımaq qabiliyyətinə malikdir.

Çin bu təyyarələri 2018-ci ildən etibarən Cənubi Çin dənizindəki mübahisəli ərazilərdə yerləşdirməyə başlayıb.

Dekabr ayında keçirilən genişmiqyaslı hava və dəniz təlimlərində də “H-6” bombardmançıları iştirak edib.

Pekin bu təlimlərin məqsədinin "milli suverenliyin və təhlükəsizliyin qorunması" olduğunu bəyan edib.

Analitiklər qeyd edir ki, Cənubi Çin dənizində artan hərbi fəallıq regiondakı təhlükəsizlik balansına təsir edə bilər və ABŞ-Çin münasibətlərində yeni gərginliklər yarada bilər.

Tayvan hökuməti isə Çinin iddialarını rədd edərək, yalnız ada xalqının öz gələcəyinə qərar verə biləcəyini bəyan edib.

Səbinə Uğur 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Mart 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri