Cənubi Karolinada atışmada bir polis ölüb, digəri yaralanıb
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Cənubi Karolina ştatının Kolumbiya şəhərində atışma nəticəsində polis əməkdaşı həlak olub, bir zabit isə yaralanıb.
Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi Kolumbiya polisinin rəisi Uilyam Holbruka istinadən məlumat yayıb.
Dəqiqləşdirilib ki, hadisə məişət münaqişəsi barədə müraciətdən sonra baş verib. Qadın polisə bildirib ki, barəsində məhkəmənin yaxınlaşma qadağası qüvvədə olan kişi onun evindəki əmlakı dağıdır.
"Həlak olan zabit - 29 yaşlı Kristofer DeLonq iki il polisdə çalışıb, onun həyat yoldaşı və iki azyaşlı uşağı qalıb", - Holbruk bildirib.
Polis rəisinin sözlərinə görə, atışmada şübhəli bilinən şəxs hadisə yerində ölüb.
Bu mövzuda digər xəbərlər:Cənubi Karolinada fövqəladə vəziyyət elan edilib
03 Mart 2025 00:08
Cənubi Karolina Universitetində baş verən atışmada iki nəfər ölüb
13 Fevral 2026 12:00
ABŞ da kütləvi atışmalar davam edir: Şimali Karolinada 3 nəfər ölüb
28 Sentyabr 2025 13:09
Pakistanda yaraqlıların hücumu nəticəsində bir polis əməkdaşı ölüb, digəri yaralanıb
09 Avqust 2026 14:56
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
23 Mart 2026 14:33
Baxış sayı:103
Bu xəbər 30 Avqust 2026 08:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















