İspaniyada baş verən partlayış nəticəsində bir polis ölüb, digəri yaralanıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İspaniyanın Asturiya muxtar bölgəsinin Ovyedo şəhərində baş verən partlayış nəticəsində azı bir polis əməkdaşı ölüb, daha biri isə ağır yaralanıb.
Bu barədə EFE agentliyi məlumat yayıb.
Məlumata görə, yaşayış evlərindən birində atəş açılması barədə məlumat daxil olduqdan sonra polis əməkdaşları hadisə yerinə yollanıblar. Əraziyə çatdıqda evin girişində bel çantasında yerləşdirilən partlayıcı qurğu partlayıb.
Hadisədən sonra polis atəş açaraq partlayışa səbəb olan şəxsin axtarışına başlayıb. Onun silahlı ola biləcəyi istisna edilmir.
Atışma nəticəsində bir qadın xəsarət alıb.
Bu mövzuda digər xəbərlər:İspaniyada Rheinmetall zavodunda baş verən partlayış nəticəsində 6 nəfər yaralanıb
31 Yanvar 2025 16:08
Pakistanda yaraqlıların hücumu nəticəsində bir polis əməkdaşı ölüb, digəri yaralanıb
09 Avqust 2026 14:56
İspaniyada zavodda partlayış olub, 3 nəfər ölüb
27 Noyabr 2024 21:05
Baxış sayı:105
Bu xəbər 10 Noyabr 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















