Icma.az
close
up
RU
Cənubi Koreya “Boeing737800” tipli təyyarələrin yoxlanışına başlayıb AZƏRTAC

Cənubi Koreya “Boeing737800” tipli təyyarələrin yoxlanışına başlayıb AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Pekin, 30 dekabr, AZƏRTAC

Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzasından sonra “Boeing 737-800” tipli hava gəmilərinin yoxlanışına başlayıb.

AZƏRTAC xəbər verir ki, nazirlik ölkənin aviasiya şirkətlərinin, o cümlədən aşağı büdcəli şirkətlərin istismarında olan bütün “Boeing 737-800” təyyarələrinin yoxlanılacağını açıqlayıb. Hazırda “Jeju Air” də daxil olmaqla, ölkənin aviasiya şirkətlərinin istismarında 101 ədəd həmin təyyarədən var.

Son iki gün ərzində “Jeju Air” şirkətinin “Boeing 737-800” tipli təyyarələrində yaşanmış şassi problemindən danışan Cu Conq-Van əlavə edib ki, buna cavab olaraq hərtərəfli aviasiya təhlükəsizliyi yoxlamaları aparılacaq. Hökumət aviaşirkətlərin “Boeing” modeli ilə bağlı müxtəlif qaydalara düzgün əməl edib-etmədiyini diqqətlə araşdıracaq, bunun üçün təyyarələrin istifadə göstəricilərini, uçuş yoxlamalarını və texniki xidmət məlumatları təhlil edəcək.

179 nəfərin ölümü ilə nəticələnən Muan qəzasından danışan nazirliyin rəsmisi bildirib ki, artıq “qara qutu”lar tapılıb. Onlardan birində xarici zədələnmə aşkarlanıb. Nazirlik rəsmisi ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının Muan hava limanında baş verən qəzanın araşdırılmasında iştirak edəcəyini söyləyib, bundan başqa, “Boeing” şirkətinin və mühərrik istehsalçısı “CFM International”ın da əməkdaşlıq üçün müraciət etdiyini söyləyib.

Qeyd edək ki, dekabrın 29-da “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yerinə yetirən sərnişin təyyarəsi yerli vaxtla saat 9 radələrində Muan şəhərinin beynəlxalq hava limanına qəza enişi etdikdən sonra uçuş zolağından çıxaraq, beton hasara çırpılıb. Nəticədə partlayış və güclü yanğın olub. Təyyarədə olan 175 sərnişinin hamısı, habelə 6 ekipaj üzvündən 4-ü həyatını itirib. İlkin açıqlamalarda qəzaya təyyarənin quş sürüsü ilə toqquşması nəticəsində şassidə yaranan problem göstərilsə də, sonradan eniş mexanizmində nasazlıq olması barədə məlumatlar yayılıb. Bunun da vaxtında və düzgün yoxlama aparılmaması ilə bağlı olduğu bildirilir.

Xatırladaq ki, bu, 1997-ci ildə “Korean Air” şirkətinin Quamda 225 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasından sonra Cənubi Koreyanın aviasiya tarixində ən faciəvi qəzadır. Çoxsaylı insan itkisi ilə əlaqədar ölkədə bir həftəlik matəm elan olunub, 17 şəhərdə qəza qurbanlarının xatirəsinə lövhələr quraşdırılıb. Cənubi Koreya prezidentinin səlahiyyətlərini icra edən Çoy Sanq Mok dekabrın 30-da Muan şəhərində qəza qurbanlarının xatirəsi üçün hazırlanmış lövhəni ziyarət etməzdən əvvəl xüsusi qərargahın iclasını keçirib və Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinə ölkənin aviasiya şirkətlərinin fəaliyyətini təcili yoxlamağı tapşırıb. O, qəzanın təhqiqatı barədə ictimaiyyətə mütəmadi məlumat veriləcəyini söyləyib.

Dekabrın 30-da “Jeju Air” şirkətinə məxsus daha bir “Boeing 737-800” tipli təyyarə Seulun “Gimpo” aeroportundan Cecu adasına uçmaq üçün havaya qalxdıqdan təxminən 50 dəqiqə sonra eniş mexanizmindəki problemə görə yenidən “Gimpo”ya qayıdıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Dekabr 2024 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri