Icma.az
close
up
RU
Cənubi Koreya Prezidentinin impiçmenti mümkün olmayıb AZƏRTAC

Cənubi Koreya Prezidentinin impiçmenti mümkün olmayıb AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Pekin, 7 dekabr, AZƏRTAC

Cənubi Koreya Prezidenti Yun Sok Yolun impiçmenti mümkün olmayıb.

AZƏRTAC xəbər verir ki, parlamentdəki əsas müxalif qüvvə olan Demokratiya Partiyasının təşəbbüsü və qanunverici orqandakı digər 5 müxalif partiyanın dəstəyi ilə Milli Assambleyada səsverməyə çıxarılan Prezident Yun Sok Yolun impiçmenti məsələsi yetərsay olmadığı üçün baş tutmayıb. Səsvermədən əvvəl hakim Xalqın Gücü Partiyasının deputatlarının böyük hissəsi iclas zalını tərk edib. Nəticədə 300 yerlik parlamentin iclasında müxalifətdən 192, hakim partiyadan isə cəmi 3 deputat iştirak edib. Qanunvericiliyə uyğun olaraq, impiçmentin baş tutması üçün tələb olunan üçdə iki səs çoxluğu (200 səs) təmin olunmadığı üçün vəsatət rədd edilib.

Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol müxalifəti qiyamın hazırlanmasına yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək, dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Hərbi vəziyyət ölkədə müxalifət ilə yanaşı, sadə vətəndaşların da etirazına səbəb olub. Bu səbəbdən ordu və təhlükəsiz qüvvələri ilə insanlar arasında toqquşmalar qeydə alınıb. Müxalifətdən olan deputatlar ordunun və təhlükəsizlik qüvvələrinin müqavimətinə baxmayaraq, qısa zamanda parlamentə toplaşaraq, gizli səsvermədə prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul ediblər. Hərbi vəziyyətin elan olunmasından təxminən 6 saat sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib. Küçələrə çıxarılmış ordu və təhlükəsizlik qüvvələri geri çəkilib. Amma əsas müxalif qüvvə olan Demokratiya Partiyası başda olmaqla, müxalifət bununla kifayətlənməyərək, Prezidentin impiçmenti prosesinə start vermişdi. Bundan başqa, dövlət başçısının hərbi vəziyyət elan etməklə dövlətə xəyanət etməsinə dair iddialar səsləndirilib.

Müdafiə naziri Kim Yonq-Hyunq fövqəladə hərbi vəziyyətin yaratdığı bütün iğtişaşlara görə məsuliyyəti öz üzərinə götürərək istefa verib. Medianın məlumatına görə, hərbi vəziyyətin elan olunmasını Prezidentə müdafiə naziri təklif edib və onu inandırıb. Elə bu səbəbdən də parlamentdə müdafiə nazirinin impiçmenti məsələsi də gündəmə gətirilib. Nazir impiçmenti gözləmədən istefa verməyi üstün tutub. Parlamentin Prezident Yun Sok Yolun hərbi vəziyyət barədə qərarının əleyhinə səs verməsindən və dövlət başçısının hərbi vəziyyəti ləğv etməsindən sonra onun 11 köməkçisi, o cümlədən aparat rəhbəri, milli təhlükəsizlik məsələləri üzrə müşaviri istefa vermək niyyətlərini bildiriblər. Bundan başqa, kabinetin bütün üzvləri, o cümlədən 18 nazir istefa təkliflərini səsləndirib. Hakim Xalqın Gücü Partiyasının lideri Han Donq-hun dekabrın 6-da partiyanın Milli Assambleyada keçirilən təcili toplantısında dövlət başçısı Yun Sok Yolun hakimiyyətdən əl çəkməmək üçün yenidən radikal hərəkətlər edə biləcəyi ehtimalının olduğunu vurğulayaraq, onun tezliklə hakimiyyətdən uzaqlaşdırılmasının tərəfdarı olduğunu açıqlayıb. Amma partiyadaxili aparılan müzakirələrdən sonra hakim partiyanın prezidentin impiçmentini boykot etməsi barədə razılıq əldə olunub.

Dövlət başçısı Yun Sok Yol dekabrın 7-də, impiçment məsələsinin parlamentdə müzakirəsindən bir neçə saat əvvəl televiziya ilə müraciət edərək, hərbi vəziyyətin elan olunmasına görə xalqdan üzr istəyib. O, hərbi vəziyyətin elanına görə hüquqi və siyasi məsuliyyətdən boyun qaçırmayacağını deyib, bir daha hərbi vəziyyət elan etməyəcəynə dair vəd verib. Bütün bunlara baxmayaraq, hərbi vəziyyətin elan olunmasından paytaxt Seul da daxil olmaqla, ölkədə Prezident Yun Sok Yolun istefasını tələb edən aksiyalar keçirilir. Ekspertlər hesab edirlər ki, parlamentdə impiçmentin baş tutmamasına baxmayaraq, ictimaiyyətin dövlət başçısına istefa təzyiqləri hələ davam edəcək.

Hərbi vəziyyətin elan olunmasında əlaqəli olan 3 general vəzifəsindən azad edilib. Bundan başqa, hərbi prokurorluq həmin 3 general da daxil olmaqla, dövlətə xəyanətdə şübhəli bilinən 10 yüksək rütbəli hərbçinin ölkədən çıxışını qadağan etmək üçün Ədliyyə Nazirliyinə müraciət edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:285
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Dekabr 2024 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri