Icma.az
close
up
RU
Cənubi Koreya mətbuatında 20 Yanvara dair məqalələr dərc olunub AZƏRTAC

Cənubi Koreya mətbuatında 20 Yanvara dair məqalələr dərc olunub AZƏRTAC

Pekin, 21 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı Cənubi Koreyanın “Diplomacy Journal”, “Seoul City News”, “Korea News Plus” və “Naewoeilbo” xəbər saytlarında məqalələr dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalələrdə 20 Yanvar hadisələrinin mahiyyəti və nəticələri, Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar hadisələrinin ictimailəşdirilməsi və ona siyasi-hüquqi qiymət verilməsi üçün səylərindən söz açılıb. Qeyd olunub ki, sovet qoşunlarının dinc sakinlərin üzərinə yeridilməsi nəticəsində 150 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 4 nəfər itkin düşüb. 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik və azadlıq mübarizəsinə önəmli tarix kimi düşüb.

Yazılarda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam olaraq bərpa etməsi barədə də məlumat verilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri