Cənubi Koreya müxalifətinin namizədi Li Çje Men prezident seçkilərində liderlik edir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 3 iyun, AZƏRTAC
Koreya Respublikasında keçirilən prezident seçkilərində aparıcı müxalif “Toburo” partiyasının sabiq sədri Li Çje Men öndədir.
AZƏRTAC xəbər verir ki, MBC telekanalı bu barədə “exit-poll”un nəticələrinə istinadla məlumat yayıb.
Məlumata görə, prezident seçkilərində Li Çje Men 51,7 faiz, onun əsas rəqibi, hakim “Vətəndaş Gücü” partiyasının namizədi Kim Mun Su 39,3 faiz, Yeni İslahatlar Partiyasının namizədi Li Çjun Sok isə 7,7 faiz səs toplaya bilər.
Ölkə üzrə 325 seçki məntəqəsində keçirilən “exit-poll”da təxminən 80 min seçici iştirak edib. Sosioloji tədqiqat KBS, MBC və SBS telekanallarının sifarişi ilə “Hankook Research”, “Korea Research” və “Ipsos” kompaniyaları tərəfindən birgə keçirilib.
Qeyd edək ki, bundan öncə keçirilən sonuncu rəy sorğusunda Li Çje Men rəqibi Kim Mun Sunu təxminən 10 faiz üstələyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 03 İyun 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















