Cənubi Koreya müxalifətinin sabiq lideri prezidentliyə namizədliyini irəli sürəcək
Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.
Cənubi Koreyanın aparıcı müxalif “Toburo” partiyasının sabiq lideri Li Çje Mön növbədənkənar prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Li Çje Mön çərşənbə günü partiya sədri vəzifəsindən istefa verib. Vaxtilə çoxları onun prezidentliyə namizəd olacağını gözləyirdi. O, 2022-ci il seçkilərində Yun Sok Yola bir faizdən az səslə uduzmuşdu.
Xatırladaq ki, aprelin 4-də Koreya Respublikasının Konstitusiya Məhkəməsi prezident Yun Sok Yolu hakimiyyətdən kənarlaşdırıb. Növbədənkənar seçkilər iyunun 3-nə təyin edilib.
Yerli sosiologiya agentliyi “Flower” tərəfindən keçirilən araşdırmaya görə, rəyi soruşulan koreyalıların 49,6 faizi növbəti prezident seçkilərində “Toburo” partiyasının namizədinə səs verəcəklərini bildirib. Respondentlər arasında hakim “Vətəndaş qüvvəsi” partiyasının dəstəyi isə 29,5 faiz təşkil edib.
Sorğu martın 17-dən 20-dək 3 min seçici arasında keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 10 Aprel 2025 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















