Icma.az
close
up
RU
Cənubi Koreya prokurorluğu keçmiş prezidenti seçki qanununu pozmaqda ittiham ediblər

Cənubi Koreya prokurorluğu keçmiş prezidenti seçki qanununu pozmaqda ittiham ediblər

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cənubi Koreyanın Xüsusi Prokuroru Min Cun-ginin komandası ölkənin keçmiş prezidenti Yun Sok-yulu siyasi kampaniyaların maliyyələşdirilməsi ilə bağlı qanun pozuntularında ittiham edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə prokuror nümayəndələri məlumat yayıb.

Məlumata görə, prokurorlar keçmiş birinci xanım Kim Qın-hiyə qarşı qiymətli kağızlarla bağlı fırıldaqçılıq və korrupsiya işlərini də araşdırır. Yun Sok-yul və həyat yoldaşı adından 2021-ci ilin iyunundan 2022-ci ilin martına qədər bir neçə ictimai rəy sorğusu aparılıb. Bu sorğuların dəyəri 270 milyon von (təxminən 185 min dollar) olub, lakin ödəniş edilməyib. Prezident seçkiləri 9 mart 2022-ci ildə keçirilib.

Siyasi məsləhətçi və seçki bürosunun faktiki rəhbəri Myung Tae-gyun da qanun pozuntusunda ittiham olunub. Prokurorlar bildirirlər ki, Yun Sok-yul bu qanunsuz fəaliyyətindən 137 milyon von (təxminən 94 min dollar) gəlir əldə edib və onun aktivlərinin müsadirə olunmasını tələb edirlər.

Bundan əlavə, keçmiş prezident dövlət sisteminə qarşı üsyan təşkil etmək, hakimiyyət orqanlarının fəaliyyətinə mane olmaq, hakimiyyətdən sui-istifadə və düşmənə kömək etməkdə ittiham olunur. Cinayət Məcəlləsinə görə, belə hallarda ömürlük həbs və ya ölüm cəzası nəzərdə tutulur, lakin ölüm cəzası 1997-ci ildən bəri tətbiq olunmur.

Xatırladaq ki, apreldə Konstitusiya Məhkəməsi Yun Sok-yulu hakimiyyətdən uzaqlaşdırıb. İyunda isə Li Ce-myunq prezident seçkilərində qalib gəlib və kürsüdə oturub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 24 Dekabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri