Icma.az
close
up
RU
Cənubi Koreya Prezidenti dövlətə xəyanətdə ittiham olunur

Cənubi Koreya Prezidenti dövlətə xəyanətdə ittiham olunur

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Ədliyyə Nazirliyi tərəfindən Yun Sok Yolun ölkədən çıxışına qadağa qoyulub

Cənubi Koreya prokurorluğu hərbi vəziyyət elanı qərarı ilə ölkəni siyasi xaosa sürükləyən Prezident Yun Sok Yolu dövlətə xəyanətdə şübhəli şəxs elan edib. Bu barədə hərbi vəziyyət məsələsinə görə yaradılmış xüsusi istintaq komissiyasının rəhbəri Park Se Hyun açıqlama verib. O, vəziyyətlə əlaqədar bir neçə şikayət qeydə alındığını, prokurorluğun Prezident Yun Sok Yola qarşı irəli sürülən xəyanət və səlahiyyətlərdən sui-istifadə ittihamlarını araşdırdığını deyib.

Ədliyyə Nazirliyi isə Prezident Yun Sok Yolun ölkədən çıxışına qadağa qoyub. Prezidentə qarşı təhqiqat çərçivəsində qəbul edilən bu qərar dekabrın 9-u yerli vaxtla saat 15:30-dan etibarən qüvvəyə minib.

6 saatlıq hərbi vəziyyətin nəticələri

Qeyd edək ki, Cənubi Koreyada yaranmış gərginliyin səbəbi  Prezident Yun Sok Yolun müxalifəti qiyamın hazırlanmasına yönəlmiş anti-dövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan etməsi olub. Hərbi vəziyyət ölkədə müxalifət ilə yanaşı, sadə vətəndaşların da etirazına səbəb olub. Bu səbəbdən ordu və təhlükəsiz qüvvələri ilə insanlar arasında toqquşmalar qeydə alınıb. Müxalifətdən olan deputatlar ordunun və təhlükəsizlik qüvvələrinin müqavimətinə baxmayaraq, qısa zamanda parlamentə toplaşaraq hakim partiyanın deputatlarının iştirak etmədiyi gizli səsvermədə prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul ediblər. Hərbi vəziyyətin elan olunmasından təxminən 6 saat sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib. Küçələrə çıxarılmış ordu və təhlükəsizlik qüvvələri geri çəkilib. Bundan başqa, ölkə başçısının hərbi vəziyyət elan etməklə dövlətə xəyanət etməsinə dair iddialar səsləndirilib. Müdafiə naziri Kim Yonq-Hyunq isə fövqəladə hərbi vəziyyətin yaratdığı bütün iğtişaşlara görə məsuliyyəti öz üzərinə götürərək istefa verib.

Prezident xalqdan üzr istəsə də...

Bunun ardınca, Cənubi Koreya Prezidenti Yun Sok Yol hərbi vəziyyətin elan olunmasına görə xalqdan üzr istəyib. Dövlət başçısı televiziya ilə müraciətində hərbi vəziyyətin elanına görə hüquqi və siyasi məsuliyyətdən boyun qaçırmayacağını deyib. Amma müxalif Demokratiya Partiyası başda olmaqla, müxalifət bununla kifayətlənməyərək, Prezidentin impiçmenti prosesinə start vermişdi. Dekabrın 7-də parlamentin xüsusi iclasında hakim partiyanın deputatlarının boykot qərarı səbəbindən yetərsay olmadığı üçün impiçment reallaşmayıb.

Artıq hərbi vəziyyət məsələsinə görə sabiq müdafiə naziri Kim Yonq-Hyun saxlanılıb. Hərbi vəziyyətin elan olunmasını Prezidentə müdafiə nazirinin təklif etdiyi güman olunur. Artıq onun ofisində və evində axtarış aparılıb. Sabiq nazirin hərbi vəziyyət saatlarında ölkənin nüfuzlu siyasətçilərinin həbs olunmasına göstəriş verdiyi də iddia edilir. Hərbi vəziyyətin tətbiqində yol verilmiş zorakılıq hallarına görə bir neçə general vəzifəsindən azad edilib. Bundan başqa, hərbi prokurorluq həmin bəzi generallar da daxil olmaqla, dövlətə xəyanətdə şübhəli bilinən yüksək rütbəli 10 hərbçinin ölkədən çıxışını qadağan etmək üçün Ədliyyə Nazirliyinə müraciət edib.

Hakim partiya Prezidentin postundan vaxtından tez getməsinin tərəfdarıdır

Hakim Xalqın Gücü Partiyasının rəhbəri Han Donq Hun jurnalistlərə açıqlamasında siyasi xaosu minimuma endirmək üçün Prezidentin vaxtından əvvəl vəzifəsindən gedişinə çalışacaqlarını, prosesi proqnozlaşdırılan və şəffaf şəkildə davam etdirmək üçün əsas müxalifət olan Demokratiya Partiyası ilə məsləhətləşəcəyini söyləyib. “Prezident istefa verənə qədər faktiki olaraq vəzifə səlahiyyətlərindən uzaqlaşdırılacaq və Baş nazir partiya ilə məsləhətləşərək dövlət işləri ilə məşğul olacaq”, - deyə partiya lideri bildirib.

Hakim partiyanın boykotu səbəbindən baş tutmayan impiçment cəhdindən sonra əsas müxalif qüvvə olan Demokratiya Partiyası isə Prezident Yun Sok Yolun dərhal həbs olunmasına çağırış edib. Müxalifət hakim partiyanın baş nazirin dövlət işlərinə rəhbərlik etmək planını qətiyyətlə rədd edib. Müxalifətdən olan deputat Kim Min Seok prezidentin vəzifəsindən kənarlaşdırılmasının konstitusiyaya uyğun yeganə proses olduğunu deyib. Müxalifət prezidentin vəzifədən kənarlaşdırılacağına qədər hər həftə impiçment məsələsini parlamentdə müzakirəyə çıxaracağını bəyan edib.

Bütövlükdə, hərbi vəziyyət qərarından sonra paytaxt Seul da daxil olmaqla, ölkədə Prezident Yun Sok Yolun istefasını tələb edən aksiyalar keçirilir. Ekspertlər hesab edirlər ki, parlamentdə impiçmentin baş tutmamasına baxmayaraq, ictimaiyyətin dövlət başçısına istefa təzyiqləri hələ davam edəcək.

N.BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:256
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Dekabr 2024 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri