Icma.az
close
up
RU
Cənubi Koreya universitetində Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə dair mühazirə dinlənilib

Cənubi Koreya universitetində Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə dair mühazirə dinlənilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Pekin, 8 noyabr, AZƏRTAC

Azərbaycanın Koreya Respublikasındakı səfiri Ramin Həsənov Hankuk Xarici Dillər Universitetinin Türkiyəşünaslıq-Azərbaycanşünaslıq ixtisası üzrə tələbələri üçün “Azərbaycanın xarici siyasəti: müstəqilliyinin bərpa olunmasından bəri ölkənin strateji prioritetlərinə aparan yol” mövzusunda mühazirə ilə çıxış edib

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın xarici siyasət strategiyası və beynəlxalq əməkdaşlığının əsas konturlarının Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edildiyini vurğulayan səfir bu günlərdə Ulu Öndərin anadan olmasının 102-ci ildönümünün qeyd olunduğunu bildirib, Heydər Əliyevin siyasi irsinin Azərbaycanın dövlətçilik tarixində yeri və rolundan bəhs edib.

Diplomat müstəqilliyinin bərpasından sonra ilk illərdə çox ağır siyasi və sosial-iqtisadi problemlər, eləcə də vətəndaş müharibəsi təhlükəsi ilə üzləşən, həmçinin Ermənistanın hərbi təcavüzünə məruz qalan Azərbaycanın məhz xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyevin müdrik siyasəti və uzaqgörənliyi sayəsində öz dövlətçiliyini xilas etməsi və qısa zamanda regionda və dünyada söz sahibi olan ölkəyə çevrilməsini diqqətə çatdırıb.

Ramin Həsənov Ulu Öndərin əsasını qoyduğu xarici siyasət strategiyasının istiqamətləri və söykəndiyi prinsiplər barədə ətraflı məlumat verib, habelə bu siyasətin Azərbaycan və region üçün müvəffəqiyyətli nəticələrini vurğulayıb. O qeyd edib ki, Heydər Əliyevin uzaqgörən neft strategiyası sayəsində Azərbaycan regionda və dünyada etibarlı tərəfdaşa, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan aktora çevrilib. Heydər Əliyevin siyasətinə bu gün də sadiq qalan dövlətimiz xarici siyasət və diplomatik fəaliyyətdə böyük uğurlar qazanıb. Səfir bu xüsusda ötən il ölkəmizdə keçirilmiş COP29 tədbirinin yüksək peşəkarlıq və müvəffəqiyyətlə təşkili, həmçinin Azərbaycanın COP29-a uğurlu sədrliyinin nailiyyətlərindən danışıb.

R.Həsənov, həmçinin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsindən sonra yaranmış vəziyyət və post-münaqişə məsələlərinə toxunub. Ermənistanla sülh razılaşmasının layihəsinin artıq razılaşdırıldığını və onun imzalanması üçün Ermənistan tərəfindən atılmalı olan addımları qeyd edib. İki dövlət arasında mövcud olan digər məsələlər qismində sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur dəhlizinin açılması, Qərbi Azərbaycan icmasının hüquqlarının bərpası, Ermənistanın mina terrorundan danışıb.

Mühazirə səfirlik əməkdaşları və tələbələr arasında inter-aktiv dialoqla davam edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri