Icma.az
close
up
RU
Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası

Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Məlumdur ki, tariximizə Milli Qurtuluş Günü kimi yazılan 1993-cü ilin 15 iyunundan bizi 32 illik zaman ayırır. Bu, Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük tarixi əhəmiyyətə malik bir gündür. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafının təməlləri qoyuldu.

Xüsusilə qeyd etmək lazımdır ki, xalqımız 5 ildir ki, Milli Qurtuluş Gününü qalib xalq kimi qürur hissi ilə qeyd edir. Çünki Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə suverenliyimiz tam təmin olunub. Azərbaycanın müasir dövlətçilik tarixində Milli Qurtuluş Gününün müstəsna yeri var. Həmin tarixi gün xalq-Lider birliyi nəticəsində Azərbaycan dövlətinin tənəzzüldən və böhrandan xilas olaraq sabitlik və yüksəliş dövrünə qədəm qoymasını ifadə edir: Bu xilaskarlıq missiyası xalqımıza şanlı qələbələr yaşadıb. Bunu 32 il öncəyə ekskurs edib həmin tarixi dövrə nəzər yetirdikdə aydın şəkildə görə bilərik.

Yeri gəlmişkən, qeyd edək ki, ötən əsrin 90-cı illərinin əvvəlində siyasi təlatümlər, iqtisadi böhran, vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən, Ermənistanın işğalçı siyasəti nəticəsində ard-arda əzəli torpaqlarını - doğma yurdlarını itirən Azərbaycan xalqı ciddi sınaq və tarixi seçim qarşısında idi. Belə bir taleyüklü mərhələdə xalqımız çıxış yolunu zəngin dövlətçilik təcrübəsinə malik dahi şəxsiyyət - vətənpərvər lider Heydər Əliyevin ətrafında sıx birləşməkdə gördü. Xalq Ulu Öndərə Azərbaycanın xilası naminə respublikaya rəhbərlik etməsi barədə qətiyyətli çağırış etdi. Cəmiyyətdə ümumi bir fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir olan yeganə şəxsiyyət Heydər Əliyevdir. Xalqımız öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi və bir neçə gündən sonra hakimiyyətin sükanı arxasına keçdi. Bu, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu.

Heydər Əliyev bundan öncə dəfələrlə öz həyatını riskə ataraq, böyük fədakarlıq və vətənpərvərlik nümunəsi ortaya qoymaqla tarixi-siyasi məsuliyyəti üzərinə götürmüşdü. 32 il bundan əvvəl - 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Məclisinin Sədri seçilməsi tariximizə Milli Qurtuluş Günü olaraq yazıldı. Ulu Öndər müstəqilliyimizin ilk illərində yaranmış vəziyyəti belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".

1993-cü il oktyabrın 3-də Heydər Əliyevin milli iradə və etimad əsasında prezident seçilməsindən sonra ölkəmizdə sabitliyin təmin edilməsi, bütün sahələri əhatə edən kompleks islahatların aparılması, sistemli ordu quruculuğu, milli maraqlara və zamanın çağırışlarına uyğun xarici siyasətin həyata keçirilməsi nəticəsində Azərbaycanın davamlı inkişafı təmin edildi, qarşıda duran milli hədəflər və strateji vəzifələr gerçəkləşdirildi, yüksəlişin möhkəm əsasları yaradıldı. Ümummilli Liderin müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi illər Azərbaycanı Qurtuluşdan Zəfərə aparan möhtəşəm dövr kimi tarixə əbədi həkk olundu. Dahi şəxsiyyətin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis yetişdirməsidir. Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında layiqli yerdədir, milli maraqlarımız bütün səviyyələrdə qətiyyətlə qorunur. Azərbaycan artıq öz prinsipial mövqeyi olan, müstəqil siyasət yeridən ölkə kimi tanınır. Bu gün qüdrətli Azərbaycan Heydər Əliyev ideyaları əsasında - sözü imzası qədər dəyərli olan Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla inkişaf edir, Ulu Öndərin müəyyənləşdirdiyi bütün strateji hədəflər reallığa çevrilir. Həm Heydər Əliyevi, həm də İlham Əliyevi Azərbaycan xalqının xilaskar liderləri adlandırmaq olar. Əgər Ulu Öndər Azərbaycanı ən ağır, ən dəhşətli günlərdə müstəqilliyini itirmək təhlükəsindən qurtarıbsa, cənab İlham Əliyev Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib, 200 illik uydurma erməni xülyasına son qoyub, xalqının ən ağrılı problemi olan keçmiş Qarabağ münaqişəsini öz gücünə 44 günə həll edib.

2020-ci ilin sentyabrında başlayıb noyabrında Zəfərimizlə bitən İkinci Qarabağ müharibəsi, 2023-cü ildə həyata keçirilən lokal xarakterli anti-terror tədbirləri bir daha Azərbaycanın gücünü dünyaya nümayiş etdirdi. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam təmin edən böyük Zəfərin memarı Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün dünyada sözü imzası qədər keçərli olan qlobal lider kimi tanınır. Onun həyata keçirdiyi müstəqil siyasət Azərbaycanı dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətə çevirib. Ölkəmiz ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır.

Ən əsası, bu gün ölkəmiz özünün ən parlaq günlərini yaşayır. Əminliklə qeyd edə bilərik ki, Azərbaycan çoxəsrlik tarixində heç vaxt bu qədər istiqrarlı, güclü olmayıb. Bütün bu hədsiz sevinci xalqımıza Müzəffər Ali Baş Komandan İlham Əliyev bəxş edib.

Zamir HÜSEYNOV,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 İyun 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see382

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see367

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see343

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see337

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see334

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see333

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see329

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see326

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see324

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see316

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see296

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see275

FAO nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

12 Sentyabr 2026 18:32see274

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see269

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see269

Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?

12 Sentyabr 2026 16:39see261

ABŞ Çin rəqabətinin görünməyən tərəfləri: Məsələ “ticarət savaşı“ndan daha dərindir?

12 Sentyabr 2026 16:12see254

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see241

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see237

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri