Cənubi Koreya vətəndaşlarına Venesuelaya səfəri qadağan etdi
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Cənubi Koreya, ABŞ ilə davam edən siyasi anlaşılmazlıqlar səbəbilə Venesuelanın sərhəd bölgələrində yerləşən Zulia, Tachira, Apure və Sucre ştatlarına səfər qadağası qoyub.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, ABŞ ilə yaşanan siyasi gərginliklər səbəbindən Venesuelaya qarşı ölkənin dörd pilləli səyahət xəbərdarlığı sisteminin ən yüksək səviyyəsi olan 4-cü dərəcə xəbərdarlıq tətbiq olunur.
Qadağanın Venesuelanın sərhədə yaxın bölgələrinə şamil edildiyi, ölkənin qalan hissəsi üçün isə vətəndaşlara həmin əraziləri tərk etmələrini tövsiyə edən 3-cü dərəcə səyahət xəbərdarlığının tətbiq ediləcəyi bildirilib.
Nazirlik əlavə edib ki, qanunlara əsasən, səfəri qadağan olunmuş bölgələrə xüsusi icazə almadan gedən və ya həmin yerlərdə qalan şəxslər barəsində cinayət məsuliyyəti tətbiq oluna bilər.
Baxış sayı:20
Bu xəbər 22 Noyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















