Cənubi Koreya vətəndaşlarına pulsuz kompüterlər paylayacaq
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Cənubi Koreya aşağı gəlirli tələbələrə pulsuz kompüter verəcək.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, Cənubi Koreya hakimiyyəti kompüter və noutbukların qiymətlərinin artması fonunda vətəndaşları dəstəkləmək üçün tədbirlər hazırlayır.
Əsas addımlardan biri aztəminatlı tələbələrə yardımın genişləndirilməsi olacaq ki, hökumət onları pulsuz noutbuk və kompüterlərlə təmin etmək niyyətindədir.
Bu qərarın səbəbi kompüter avadanlıqlarının qiymətinin kəskin artması olub. Belə ki, ölkədə kompüterlərin istehlak qiymətləri indeksi 2025-ci ilin oktyabr ayında 4,3%-dən 2026-cı ilin mart ayında 12,4%-ə yüksəlib ki, bu da həssas qruplar arasında rəqəmsal uçurumu daha da artıra bilər.
Hökumət həmçinin RAM, kompüter və noutbuk bazarlarına nəzarəti gücləndirməyi və eyni zamanda aparatların təkrar emalı proqramını genişləndirməyi planlaşdırır.
Gülşən Şərif
Baxış sayı:204
Bu xəbər 10 Aprel 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















