Icma.az
close
up
RU
Cənubi Koreyada hərbi vəziyyətin tətbiqini istəyən müdafiə naziri işdən çıxarıldı

Cənubi Koreyada hərbi vəziyyətin tətbiqini istəyən müdafiə naziri işdən çıxarıldı

Cənubi Koreya Prezidenti Yun Sok Yol dövlət başçısına siyasi böhranla əlaqədar ölkədə hərbi vəziyyət tətbiq olunmasını təklif edən müdafiə naziri Kim Yon-Hyonun istefasını qəbul edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Yonhap" məlumat verib.

Məlumata görə, müdafiə naziri postuna Səudiyyə Ərəbistanındakı səfir Çxve Byon Hyok təklif edilib ki, onun təhlükəsizlik sektoru üzrə geniş biliyə malik olmaqla yanaşı, həm də geniş praktik təcrübəsi olduğu bildirilir.

O, prinsipial və pedant bir şəxs kimi təsvir edilib, öz biliyi və təcrübəsi sayəsində ABŞ ilə Alyansın döyüş hazırlığının qorunub-saxlanmasına töhfə verə biləcəyi qeyd edilib.

Xatırladaq ki, Cənubi Koreyada müxalifət partiyaları ölkə Prezidenti Yun Sok Yolu hərbi vəziyyət elan etməsi səbəbi ilə vətənə xəyanətdə ittiham edib və ona qarşı impiçment elan edilməsi üçün vəsatət qaldırıb.

seeBaxış sayı:58
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri