Cənubi Koreyada rekord istilər qeydə alındı
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Cənubi Koreyada 1904-cü ildən bəri aparılan meteoroloji müşahidələr tarixində ən yüksək hava temperaturu qeydə alınıb.
Ölkənin cənub-şərqində yerləşən Yanqsan şəhərində termometrlər 42,5 dərəcə selsi göstərib.
Milli Meteorologiya Agentliyinin məlumatına görə, rekord göstərici yerli vaxtla saat 13:26-da (Bakı vaxtı ilə 08:26) qeydə alınıb. Yanqsan şəhəri Busan limanının yaxınlığında yerləşir.
Bundan əvvəl, iyulun ortalarında ölkədə tarixdə ilk dəfə ən yüksək səviyyəli meteoroloji xəbərdarlıq elan olunmuşdu. Agentliyin rəhbəri Li Mi Son bildirmişdi ki, bu xəbərdarlıq sistemi tətbiq ediləndən bəri ilk belə haldır.
Onun sözlərinə görə, xəbərdarlıq hətta sağlam insanların belə istiliklə əlaqəli xəstəliklər və ölüm riski ilə üzləşə biləcəyini göstərir.
Meteorologiya Agentliyinin statistikası göstərir ki, Cənubi Koreyada isti hava dalğalarının orta illik davametmə müddəti 1970-ci illərdəki 8 gündən son beş ildə 19 günə qədər artıb. Ölkədə maksimum temperaturun 33 dərəcə və ya daha yüksək olduğu günlər "isti hava dalğası" kimi qeydə alınır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 02 Avqust 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















