Icma.az
close
up
RU
Yaponiya və Cənubi Koreyada rekord istilər qeydə alınıb

Yaponiya və Cənubi Koreyada rekord istilər qeydə alınıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 5 avqust, AZƏRTAC

Çərşənbə axşamı Yaponiyanın Honşü adasındakı dağlıq, dənizə çıxışı olmayan Qunma bölgəsində rekord yüksək temperatur (41,8 dərəcə Selsi) qeydə alınıb.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, ölkənin Meteorologiya Agentliyinin məlumatına görə, əvvəlki rekord 41,2 dərəcə Selsi olub. Hökumət insanları kondisionerdən düzgün istifadə etmək və nəm saxlamaq kimi istiliklə bağlı xəstəliklərin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.

Meteorologiya agentliyi yüksək təzyiq sisteminin isti və günəşli hava gətirərək əsas Honşü adasının ətrafındakı əraziləri əhatə etməyə davam edəcəyini bildirib. Bazar ertəsi günü İşikavadakı Komatsu bölgəsində 40.3 dərəcə Selsi temperatur qeydə alınıb ki, bu da yayın ən isti günlərindən biridir. Mərkəzi Tokio və Otsu, Takamatsu, Okayama və Oita şəhərlərində havanın hərarəti 37 dərəcəyə çatıb. Yaponiyanın 47 əyalətindən 44-də günvurma xəbərdarlığı edilib. Rəsmilər sakinləri evdə qalmağa, kondisionerdən istifadə etməyə, nəmlənməyə və istilərin pik saatlarında açıq havada fəaliyyətlərdən çəkinməyə çağırıblar.

FOTO Koreya 2

Adətən, yay mövsümünün sərin keçdiyi Cənubi Koreyada da rekord isti hava qeydə alınıb. Bu ölkənin Meteorologiya İdarəsi (KMA) çərşənbə axşamı bildirib ki, güclü istilik dalğaları və tropik gecələr fonunda Cənubi Koreya bu ilin ən isti ikinci iyul ayını yaşayır.

Yonhap xəbər agentliyinin KMA-ya istinadla verdiyi məlumata görə, iyulda ölkə üzrə orta temperatur 27,1 dərəcə Selsi olub. Ən yüksək hərarət isə 1994-cü ilin iyulunda qeydə alınıb (27,7 dərəcə Selsi).

Ölkədə 14,5 gün ərzində 33 dərəcədən yuxarı olan istilik dalğaları yaşanıb, bu da 1994-cü ildə 17,7 gün və 2018-ci ildə 15,4 gündən sonra iyul ayı üçün ən çox üçüncü göstərici olub. Cənubi Koreya da keçən ay 6,7 tropik gecə qeyd edərək, rekordlar üzrə dördüncü yerdədir.

Sakit okeanın şimalında yüksək təzyiq sisteminin adi haldan daha erkən təsiri ilə iyulun əvvəlində başlayan qızmar temperaturlar Tibet yüksək təzyiqinin əlavə təsiri ilə daha da güclənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Avqust 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri