Cənubi Koreyanın hava limanında təyyarə yandı: 170 dən çox insan təxliyə edildi
Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Cənubi Koreyanın Gimhae beynəlxalq hava limanından Honq-Konqa uçan “Air Busan” təyyarəsində yanğın baş verib. Bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.
Sfera.az bildirir ki, yanğın təyyarə havaya qalxmazdan əvvəl quyruq hissədə başlayıb və sürətlə gövdəyə doğru yayılıb.
Təyyarədə olan 169 sərnişin və 7 ekipaj üzvünün hamısı şişmə slaydlar vasitəsilə təxliyə edilib.
Yanğınsöndürənlər əvvəlcə tələfat olmadığını bildirsələr də, sonradan məlum olub ki, təxliyyə zamanı 3 nəfər həyati təhlükəsi olmayan xəsarətlər alıb.
Yanğının səbəbi məlum deyil. Hadisə ilə bağlı hüquq-mühafizə və yerli hakimiyyət orqanları araşdırma aparır.
Xatırladaq ki, dekabrın sonunda Cənubi Koreyadan Tailandın paytaxtı Banqkokdan uçan “Juju Air” təyyarəsi eniş etmək istəyərkən Muan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağından çıxaraq beton divara çırpılıb. Təyyarədə olan 181 nəfərdən 179-u həlak olub. İki ekipaj üzvü sağ qala bilib.
Aysel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 29 Yanvar 2025 00:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















