Cənubi Koreyanın sabiq Prezidenti üçün 10 il həbs cəzası tələb olunur
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Pekin, 26 dekabr, AZƏRTAC
Cənubi Koreyanın keçmiş Prezidenti Yun Sok Yolun cinayət işini aparan prokuror həbsdən yayınma ittihamı ilə ona 10 illik azadlıqdan məhrumetmə cəzası verilməsini istəyir.
AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, prokurorun həbs tələb etdiyi ittiham hərbi vəziyyətin elanından sonra başlanan istintaq prosesi çərçivəsində Yun Sok Yolun saxlanılması üçün verilən həbs qərarının icrasına sabiq prezidentin mane olmasıdır. Belə ki, xüsusi istintaq qrupunun yanvarda sabiq prezidenti saxlamaq cəhdinin qarşısı onun təhlükəsizlik xidməti tərəfindən alınıb.
Seul Mərkəzi Rayon Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası sabiq prezidentin işinə baxaraq, gələn il yanvarın 16-da qərar verməyi planlaşdırır.
Sabiq prezident haqqında daha 3 ittiham, o cümlədən ölkədə hərbi vəziyyətin elan edilməsi və konstitusiya quruluşuna qarşı qiyam rəhbərlik üzrə cinayət işinə baxılır.
Qeyd edək ki, 2024-cü il dekabrın 3-də Koreya Respublikasının sabiq Prezidenti Yun Sok Yol ölkədəki KXDR tərəfdarları ilə mübarizə aparmağın zəruriliyini əsas gətirərək hərbi vəziyyət rejimi elan edib. Cənubi Koreya Prokurorluğu onu qiyamda günahlandırdıqdan sonra Konstitusiya Məhkəməsi apreldə onun impiçmentini təsdiqləyib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 26 Dekabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















