Cənubi Koreyanın Prezidenti həbs oluna bilər
Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Biz səylə araşdırma aparırıq və həbslə bağlı məsələlərə baxacağıq"
Cənubi Koreya Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəhbəri Oh Donq Vun ölkə Prezidenti Yun Seok-yeolun konstitusiya quruluşunu devirmək üçün üsyan etmək ittihamı ilə həbs oluna biləcəyini açıqlayıb. Bu barədə AYNA TasS-a istinadən məlumat verir.
"Biz səylə araşdırma aparırıq və həbslə bağlı məsələlərə baxacağıq", deyə Vun deputatlardan birinin Prezidentin həbsinin planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı sualına cavabında deyib.
"Bu barədə çoxlu fikirlər var. Lakin istintaqın bir proseduru var, əlaqəli vəzifələr var və biz onlarla məşğul oluruq", Vun əlavə edib.
Xatırladaq ki, Cənubi Koreya polisi, prokurorluğu və antikorrupsiya qurumu Prezidentin xalqı üsyana çağırması və konstitusiya quruluşunu devirməyə cəhddə şübhəli bilərək araşdırmalara başlayıb.
Qeyd edək ki, dekabrın 3-ü axşam saatlarında Yun Seok-yeol “Şimali Koreya tərəfdarı olan ünsürlərə” və “parlament müxalifətinin hərəkətləri nəticəsində icra hakimiyyətinin iflic vəziyyətinə düşməsinə” qarşı mübarizə məqsədilə ölkədə hərbi vəziyyət tətbiq edib və bu vəziyyət təxminən altı saat sonra ləğv edilib. Dekabrın 7-də Cənubi Koreya Parlamentində Prezidentin impiçmenti ilə bağlı səsvermə keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 11 Dekabr 2024 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















