Icma.az
close
up
RU
Cənubi Koreyanın yeni prezidentindən ilk jest Təbliğat yayımı dayandırıldı

Cənubi Koreyanın yeni prezidentindən ilk jest Təbliğat yayımı dayandırıldı

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Cənubi Koreya hökuməti Şimali Koreya ilə gərginliyi azaltmaq məqsədilə demilitarizasiya zonasında yerləşdirilən təbliğat səsgücləndiricilərinin yayımını dayandırıb. Bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, bu qərar ölkənin yeni prezidenti Li Çje Myonun ilk xarici siyasət jesti kimi dəyərləndirilir. O, impiçment edilmiş Yun Sok Yolin əvəzində vəzifəyə gəlib. Xatırladaq ki, Yun ilin əvvəlində ölkədə hərbi vəziyyət tətbiq etməyə çalışdığı üçün vəzifəsindən uzaqlaşdırılmışdı.

Yeni prezidentin bu addımı Pxenyanla dialoqun bərpası və qarşılıqlı etimadın qurulmasına yönəlmiş siyasi siqnal kimi qiymətləndirilir.

Səsgücləndiricilər 2023-cü ilin iyununda yenidən işə salınmışdı. Bu, Şimali Koreyanın Cənubi Koreya ərazisinə təxribat məqsədilə şüar və plakatlarla dolu hava şarları göndərməsinə cavab olaraq həyata keçirilmişdi. Pxenyan bu addıma sərt reaksiya verərək səsgücləndiriciləri artilleriya ilə vurmaqla hədələmişdi.

Eyni zamanda, Şimali Koreya da sərhəd bölgəsində səsgücləndiricilər işə salaraq güclü səs-küy yaymış, bu isə Cənubi Koreya əhalisinin narazılığına səbəb olmuşdu. Qarşılıqlı “səs müharibəsi” bölgədə humanitar və psixoloji gərginliyi daha da artırmışdı.

Cənubi Koreya Müdafiə Nazirliyi bəyan edib ki, təxribatların azaldılması və dialoqun bərpası üçün bu cür humanitar addımlar davam etdiriləcək.

Ekspertlər hesab edirlər ki, Li Çje Myonun Pxenyanla yumşaq siyasətə üstünlük verməsi, ABŞ-ın regiondakı artan hərbi mövcudluğu fonunda Cənubi Koreyanın daha balanslı regional mövqe tutmaq istəyindən irəli gəlir.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 İyun 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see614

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see542

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see388

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see293

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see291

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see266

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see265

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see255

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see254

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see253

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see227

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see224

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see222

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see221

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see221

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see220

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see217

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see216

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri