Icma.az
close
up
RU
Cənubi Qafqaz reallığı...

Cənubi Qafqaz reallığı...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qərarları Bakı və Ankara verir

Fransanın bölgədəki proseslərə müdaxilə cəhdi iflasa uğradı...

Azərbaycanın müəllifliyi ilə Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıq bölgədə uzunmüddətli sülh və əməkdaşlıq imkanlarını artırır. İqtisadi layihələr, dövlətlərarası münasibətlərin normallaşması, ümumən bölgədə əməkdaşlıq mühitinin yaranması Cənubi Qafqaz üçün geniş imkanlar açır. Bununla belə, təəssüfləndirici haldır ki, bəzi ermənipərəst dairələr, hətta dövlətlər yenə də öz qeyri-adekvat mövqelərindən əl çəkmək istəmir, prosesə mümkün qədər maneə olmağa çalışırlar. Xüsusilə Fransanın son dövrlərdə sərgilədiyi mövqe bunu açıq şəkildə nümayiş etdirir. Bu ölkənin qanunverici orqanının, eləcə də Parisin arzusu ilə Avropa Parlamentinin Azərbaycana qarşı tutduğu mövqe onların bütün planlarını ifşa edir. Paraldel olaraq may ayının əvvəlində Fransa prezidenti Emmanuel Makronun Ermənistana etdiyi səfər çərçivəsində səsləndirdiyi bəyanatlar bir daha göstərdi ki, Paris Cənubi Qafqazda yenidən təsir imkanları qazanmağa çalışır. Makronun çıxışlarında Azərbaycana qarşı əsassız ittihamların yer alması, Ermənistanı birtərəfli şəkildə dəstəkləyən ritorikaya üstünlük verməsi Fransanın bölgəyə korporativ maraqlardan qaynaqlanan müdaxilə imkanlarına yenidən cəhd etmək niyyətində olduğunu  göstərir.

Bakı öz qətiyyətini Parisə göstərmişdi...

Xatırladaq ki, bir neçə il öncə də Fransanın bu kimi cəhdlərinin şahidi olmuşduq - Avropa Siyasi Birliyinin 2022-ci ildə Praqada baş tutan Sammitindən sonra Azərbaycan qəti şəkildə Parisin bu prosesdə iştirakını istəmədiyini bildirmişdi. 2022-ci ilin noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında Prezident İlham Əliyev bildirmişdi ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz. Bu bizim deyil, onların günahıdır: “Praqa görüşündən bir həftədən də az sonra Fransa Prezidenti Makron müsahibəsində Azərbaycanı tənqid etdi və bizi törətmədiyimiz işlərdə ittiham etdi. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu”.

Dövlət başçısı qeyd etmişdi ki, “Bütün bunlar nəzərə alınsa, aydındır ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz. Bu bizim deyil, onların günahıdır”.

Artıq situasiya da dəyişib - rəsmi Bakı açıq şəkildə bəyan edir ki, proses iki dövlət arasında, Azərbaycan və Ermənistan arasında gedir. Aparılan danışıqlarda əsas söz sahibi birbaşa tərəflərdir. Fransa isə bu prosesə yenidən daxil olmaq üçün müxtəlif siyasi manevrlərə əl atır. Makron administrasiyasının davranışları onu göstərir ki, Fransa regionda sabitliyin möhkəmlənməsindən daha çox öz geosiyasi maraqlarını təmin etməyə çalışır.

Fransa prezidentinin ölkəsində belə olmayan “nüfuzu”...

Halbuki Paris rəhbərliyi ilk növbədə öz daxilində mövcud olan ciddi sosial, siyasi və iqtisadi problemlərlə məşğul olmalıdır. Fransada etiraz aksiyalarının davam etməsi, hökumətə qarşı ictimai narazılığın artması və Makronun nüfuzunun sürətlə aşağı düşməsi artıq beynəlxalq medianın da diqqət mərkəzindədir.

Makron hazırda öz ölkəsində ən aşağı siyasi reytinqlə fəaliyyət göstərən liderlərdən biri, bəlkə də birincisidir.  Son illərdə Fransada pensiya islahatları, sosial bərabərsizlik, iqtisadi çətinliklər və miqrasiya problemləri səbəbindən hökumətə qarşı ciddi etiraz dalğaları baş qaldırıb. Küçələrdə aylarla davam edən aksiyalar, polis zorakılığı ilə bağlı yayılan görüntülər və ictimai narazılıq Makron hakimiyyətinin ciddi legitimlik böhranı yaşadığını göstərir. Bir çox siyasi dairələrdə artıq Makronun xalqın iradəsini tam şəkildə təmsil etmədiyi barədə fikirlər səsləndirilir. Belə bir vəziyyətdə Fransa prezidentinin diqqətini daxili problemlərdən yayındırmaq üçün xarici siyasətdə daha fəal görünməyə çalışdığı açıq hiss olunur. Ermənistana səfəri və burada Azərbaycana qarşı yönəlmiş açıqlamalar da məhz bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Makron daxildə zəifləyən nüfuzunu beynəlxalq platformalarda aktiv görünməklə kompensasiya etməyə çalışır. Lakin Fransa rəhbərinin bu cəhdləri nə region ölkələri, nə də beynəlxalq ictimaiyyət tərəfindən ciddi qəbul edilir.

Makronun sərhəd planı baş tutmadı..

Makronun Ermənistana səfəri zamanı diqqət çəkən məqamlardan biri də onun Türkiyəyə quru sərhədi vasitəsilə keçmək istəyi ilə bağlı yayılan məlumatlar oldu. Bu addım sıradan diplomatik detal deyil, daha çox siyasi mesaj xarakteri daşıyırdı. Fransa prezidenti bu vasitə ilə regionda normallaşma proseslərinə təsir göstərən əsas aktorlardan biri kimi görünməyə çalışırdı. Lakin proseslərin inkişafı göstərdi ki, regionun əsas siyasi qərarları xarici güclərin deyil, məhz Azərbaycan və Türkiyə liderlərinin qətiyyətli mövqeyi əsasında formalaşır. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığın əsas müəllifləridir. İki qardaş ölkənin ortaya qoyduğu siyasi iradə nəticəsində bölgədə yeni əməkdaşlıq platformaları yaranıb, kommunikasiyaların açılması və münasibətlərin normallaşdırılması istiqamətində ciddi addımlar atılıb.

Beləliklə, Makronun sərhəd məsələsi üzərindən siyasi dividend qazanmaq cəhdi nəticəsiz qaldı. Çünki Ankara və Bakı açıq şəkildə nümayiş etdirdi ki, regionun taleyi kənardan idarə oluna bilməz. Bu gün Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi də Azərbaycan faktorundan kənarda mümkün deyil. Fransa isə bu proseslərə təsir imkanına malik olmadığını qəbul etməlidir.

Regionun siyasi gələcəyini Bakı və Ankara müəyyənləşdirir

Cənubi Qafqazda təhlükəsizlik, əməkdaşlıq və iqtisadi inteqrasiya məsələlərində əsas söz sahibi Azərbaycan və Türkiyədir. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyət bölgədə qüvvələr balansını tamamilə dəyişib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, regional proseslərin əsas təşəbbüskarına çevrilib. Türkiyə isə həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan Azərbaycanın ən yaxın strateji müttəfiqi kimi bölgədə sabitliyin əsas təminatçılarından biridir.

Fransa isə hələ də köhnə geopolitik yanaşmalarla hərəkət etməyə çalışır. Makronun müxtəlif simvolik addımlarla bölgədə rol almağa çalışması isə siyasi reallığı dəyişmir. Artıq Cənubi Qafqazın siyasi xəritəsi Bakı və Ankaranın formalaşdırdığı strateji əməkdaşlıq modeli üzərində qurulur və bu reallıq beynəlxalq aktorlar tərəfindən də qəbul edilir.

Bu gün bölgədə sülh və əməkdaşlıq perspektivlərini müəyyən edən əsas faktor regional dövlətlərin qarşılıqlı anlaşması və strateji tərəfdaşlığıdır. Xarici güclərin proseslərə müdaxilə cəhdləri isə əvvəlki effektini itirib. Fransa bunu nə qədər tez qəbul etsə, həm özü, həm də region üçün bir o qədər faydalı olar. Çünki Cənubi Qafqaz artıq yeni dövrə qədəm qoyub və bu dövrün əsas söz sahibləri regionun öz liderləridir.

Pərviz SADAYOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 May 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri