Icma.az
close
up
RU
Fransanın Cənubi Qafqaz “sevdası”

Fransanın Cənubi Qafqaz “sevdası”

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Ermənistan hansı yolu seçəcək: yenidən asılılığı, yoxsa müstəqil dövlət olmağı?

Ermənistanın 30 il davam etmiş işğal siyasəti bölgənin iqtisadi potensialının tam açılmasına mane olmaqla yanaşı, fərqli xarici maraqların regiona müdaxilə cəhdlərinə də şərait yaratmışdı. Məhz Ermənistanın əli ilə Cənubi Qafqaza uzanan “əllər” uzun illər konfrantasiyaların davam etməsində, normal münasibətlərin olmamasında maraqlı idilər. Halbuki, Cənubi Qafqazın geosiyasi mövqeyi, enerji resursları, tranzit imkanları və Avropa ilə Asiyanı birləşdirən strateji xətt üzərində yerləşməsi onu beynəlxalq siyasətin mühüm aktorlarından birinə çevirə bilərdi. Bu isə adıçəkilən qrupların və ya mərkəzlərin, hətta dövlətlərin planları ilə uzlaşmırdı.

2020-ci ildə Azərbaycanın yaratdığı yeni siyasi və hərbi reallıqlar bölgədə tamamilə fərqli mənzərə formalaşdırdı - regionda yeni əməkdaşlıq modeli yarandı. Bu model qarşıdurma deyil, kommunikasiyaların açılması, iqtisadi inteqrasiya və uzunmüddətli sülh konsepsiyasına əsaslanır.

Təəssüfləndirici haldır ki, bölgədə yaranan yeni reallıqlar yenə də bəzi dairələrin maraqları ilə üst-üstə düşmür. Uzun illər Cənubi Qafqazda idarə olunan gərginlikdən siyasi və iqtisadi üstünlüklər əldə edən bu qüvvələr yeni mərhələdə təsir imkanlarını itirmək istəmirlər. Xüsusilə Fransa son dövrlərdə Ermənistan üzərindən regionda yenidən mövqe qazanmağa çalışır. Parisin İrəvana münasibətdə nümayiş etdirdiyi “xüsusi diqqət” ilk baxışda humanitar və siyasi dəstək kimi təqdim olunsa da, proseslərin dərinliyinə baxdıqda burada daha geniş geosiyasi hesablamaların olduğu görünür.

Bölgəyə dönüş “planı”

Yaranan yeni situasiyada özünü Avropanın strateji təməli sayan Paris yeni oyun qurmağa çalışır. Məhz bu baxımdan Fransanın son illərdə Ermənistanla münasibətləri sürətlə dərinləşdirməsi təsadüfi görünmür. Paris heç vaxt siyasi sərmayəsini nəticəsiz layihələrə yatırmır. Bu səbəbdən də Fransanın “erməni sevgisi” emosional bağlılıqdan daha çox geosiyasi hesablamalara söykənir. Makron hakimiyyəti müəyyən mənada ermənipərəst təsirdə olan Qərb dairələrinin Cənubi Qafqaz strategiyasını həyata keçirməyə çalışır. Fransa bölgədə siyasi təsir imkanlarını genişləndirəcəyi təqdirdə Avropa İttifaqı daxilində də açıq liderlik mövqeyinə yüksələcəyini düşünür. Ermənistan isə bu siyasətin əsas dayağı kimi nəzərdən keçirilir. Makronun müxtəlif platformalarda Ermənistanla “strateji tərəfdaşlıq” mesajları verməsi də təsadüfi deyil. Məqsəd İrəvanı öz təsir dairəsində saxlamaq və onun vasitəsilə region proseslərinə müdaxilə imkanları əldə etməkdir.

Qərbin siyasəti heç vaxt yalnız bir məqsədə xidmət etmir. Bir layihə üzərindən bir neçə istiqamətdə mənfəət qazanmaq ənənəsi uzun illərdir tətbiq olunur. Ermənistan məsələsində də oxşar yanaşma hiss edilir:  Fransa bir tərəfdən özünü Ermənistanın təhlükəsizlik təminatçısı kimi təqdim edir, digər tərəfdən isə regionda artan Azərbaycan-Türkiyə birliyinin təsirinə qarşı balans formalaşdırmağa çalışır. Eyni zamanda enerji və tranzit layihələrində pay sahibi olmaq niyyəti də bu siyasətin əsas komponentlərindən biridir.

Fransanın manipulyasiya siyasəti

Bir sıra siyasi şərhçilərin düşüncəsinə görə, Makron administrasiyası və ermənipərəst dairələrin Ermənistana yönəlik fəallığı təkcə siyasi yaxınlaşma ilə məhdudlaşmır. Bu prosesin arxasında regionda formalaşan sülh perspektivinə təsir göstərmək niyyəti də dayanır. Çünki uzunmüddətli sabitlik yaranacağı təqdirdə Cənubi Qafqazda tamamilə yeni siyasi və iqtisadi mühit formalaşacaq. Azərbaycanın təşəbbüsü ilə yaranan reallıqlar Ermənistan üçün də yeni imkanlar açır. İrəvan regional layihələrə qoşulmaqla həm iqtisadi dirçəliş əldə edə, həm də real dövlətə çevrilə bilər. Məhz bu perspektiv bəzi dairələri narahat edir. Uzun illər Ermənistanı siyasi təsir vasitəsi kimi istifadə edən qüvvələr güclü və müstəqil Ermənistan modelində maraqlı deyillər. Onlar üçün daha uyğun variant xarici dəstəkdən asılı, təhlükəsizlik qorxusu ilə idarə olunan və qərarlarını müstəqil şəkildə verə bilməyən Ermənistandır. Belə bir vəziyyətdə həm maliyyə yardımları adı altında siyasi təsir göstərmək, həm də hərbi və texniki asılılıq yaratmaq daha asan olur.

Digər tərəfdən, müxtəlif beynəlxalq platformalarda Azərbaycana qarşı aparılan kampaniyalar da prosesin tərkib hissəsi kimi görünür: Okamponun ifşa olunan planları, Avropa Parlamentinin qərəzli və qeyri-hüquqi mövqeyi, Aİ tərəifndən seçkiqabağı Ermənsitana  göndərilməsi nəzərdə tutulan missiya birmənalı şəkildə bölgədə yaranacaq sabitliyə zərbə vurmaq üçün alətlərdir. Birtərəfli bəyanatlar və qərəzli hesabatlar bölgədə etimad mühitini zəiflətməyə hesablanıb.

Gizli hesablamalar - Paşinyanı devirmək bahasına da olsa...

Siyasi müşahidəçilərin fikrincə, Fransa prezidentinin Avropa Siyasi Birliyinin Zirvə toplantısından sonra Ermənistanda qalması da təsadüfi addım deyildi. Bu addım Parisin İrəvana verdiyi siyasi mesaj olmaqla yanaşı, regionla bağlı da “boş dayanmayacağını” nümayiş etdirməsi idi. Fransa göstərməyə çalışırdı ki, Cənubi Qafqaz proseslərində iştirak etmək niyyətindən geri çəkilməyəcək. Bu gün erməni lobbisinin təsirində olan bəzi beynəlxalq təşkilatlar və siyasi mərkəzlər regionda davamlı sülhün formalaşmasını öz maraqları baxımından riskli hesab edirlər. Çünki sülh əldə olunduğu halda uzun illər istifadə edilən “münaqişə kartı” aktuallığını itirəcək. Bu isə müəyyən siyasi dairələrin həm təsir imkanlarını, həm də maliyyə və siyasi dividend mənbələrini zəiflədəcək.

Bu mənada seçki prosesi onlar üçün bir fürsətdir. Bəzi beynəlxalq aktorlar hətta Ermənistan hakimiyyətini belə öz maraqları müstəvisində sabotaja məruz qoyurlar. Bu isə göstərir ki, Ermənistanla bağlı hesablamalar geosiyasi struktura malikdir. Başqa sözlə, onlar Paşinyana qarşı belə oyunlar qura bilərlər - təki sülhə mane olsunlar.

Ermənistanın qarşısındakı tarixi seçim

Ermənistan üçün çıxış yolu əslində kifayət qədər aydındır - regional sülh və əməkdaşlıq kursunu seçmək. Qarşıdakı siyasi proseslər, xüsusilə parlament seçkilərindən sonrakı mərhələ bu baxımdan həlledici ola bilər. Sülh sazişinin imzalanması Ermənistan üçün yalnız təhlükəsizlik məsələsi deyil, həm də iqtisadi və siyasi gələcək deməkdir. Kommunikasiyaların açılması, regional layihələrə qoşulmaq və qonşularla münasibətlərin normallaşması Ermənistan iqtisadiyyatına ciddi nəfəs verə bilər. Əgər İrəvan yenidən xarici siyasi mərkəzlərin təsiri altında hərəkət etməyə üstünlük versə, ölkə əvvəlki kimi forpost funksiyasını davam etdirəcək. Bu isə Ermənistanın uzunmüddətli perspektivdə həm iqtisadi, həm də siyasi baxımdan asılı vəziyyətdə qalması deməkdir. Xaricdən verilən vədlər isə heç vaxt real inkişaf modelini əvəz etmir.

Əksinə, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün yeni bazarlar, tranzit imkanları və investisiya perspektivləri aça bilər. Region dövlətləri arasında qarşılıqlı asılılıq artdıqca müharibə riski azalır və iqtisadi maraqlar ön plana keçir. Bu isə Ermənistanın ilk dəfə olaraq həqiqətən müstəqil və dayanıqlı dövlət modelinə yaxınlaşması üçün şans yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 May 2026 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Putinin təklifinə çox ehtiyatla yanaşacaq

30 İyun 2026 09:19see404

Marşrut avtobusu ilə piyadanı öldürən sürücüyə cəza verildi

29 İyun 2026 14:49see324

Oğlunu görmək üçün Ərzuruma getdi Fotolar

29 İyun 2026 16:15see262

TDT ölkələrinin dini qurum rəhbərləri Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər FOTO

29 İyun 2026 13:00see257

Paris Fransadakı istilərə görə ABŞ ı ittiham etdi

30 İyun 2026 09:51see240

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

30 İyun 2026 11:30see236

ABŞ və İran arasında ən təhlükəli mərhələ hələ qarşıdadır Politoloqdan AÇIQLAMA

29 İyun 2026 18:13see227

BET Awards 2026: Los Ancelesdə qırmızı xalının ən parlaq obrazları (FOTOLAR)

29 İyun 2026 15:01see222

Xankəndində işləmək istəyənlərin NƏZƏRİNƏ

29 İyun 2026 11:07see221

Bakıda yeni məktəb binası tikilir 624 şagird oxuyacaq

29 İyun 2026 19:14see214

Fatimə Hüseynova Rusiyanın raket hücumunda öldü Foto

29 İyun 2026 23:41see208

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

30 İyun 2026 09:20see199

“Qarabağ” Macarıstan klubunun oyunçusunu transfer edir

30 İyun 2026 01:04see193

Fayton gələr toz eylər... Fotolar

29 İyun 2026 18:26see192

Ömrün və sözun ucalığında

29 İyun 2026 19:14see188

Almaniya əlavə vaxtda oynamaq üzrə mundialların rekorduna imza atıb

30 İyun 2026 05:22see186

50 illik seriya bitdi Almaniya penaltilərdə uduzdu

30 İyun 2026 03:36see182

Azərbaycanda Milli Sevgililər Günüdür

30 İyun 2026 00:49see173

Türkiyə Aİ dən obyektiv yanaşma gözləyir Fidan

01 İyul 2026 05:00see164

Fərid Qayıbov idmançılarla görüşüb

01 İyul 2026 02:04see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri