“Cənubi Qafqaz regionunda inkişafın yeni mərhələsi başlayacaq” Paşinyan
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
“Ermənistan və Azərbaycan ikitərəfli münasibətlərdə fundamental mərhələyə qədəm qoyur”.
“Qafqazinfo” xəbər verir ki, bu fikri Ermənistan Baş naziri Nikol Paşinyan Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən üçtərəfli görüşdə səsləndirib.
Ermənistan Baş naziri keçmişi arxada qoyaraq gələcəyə baxdıqlarını söyləyib.
Bildirib ki, bu mərhələ ABŞ Prezidentinin iştirakı olmadan mümkün deyildi.
“Sülh sazişinin hazırlanması və imzalanması iki ölkənin yeni mərhələyə qədəm qoyması, eləcə də qarşılıqlı olaraq suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşılması deməkdir. Bugünkü bəyannaməyə Prezident Tramp da imza atır. Bu sənədlə biz tariximizin yeni fəslini açırıq. Beləcə, Cənubi Qafqaz regionunda inkişafın yeni mərhələsi başlayacaq. Ermənistan Trampın “Sülh və Rifah Marşrutu”nun tamamlanması və icrası istiqamətində bərabərhüquqlu əməkdaşlıq edəcək. Bundan sonra iqtisadi imkanların genişləndirilməsi və infrastruktur sahəsində investisiyaların qoyulmasına başlanacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 09 Avqust 2025 01:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















