Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Liqa 1: PSJ dən geridönüş

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Vaşinqton sammiti: Cənubi Qafqaz üçün sülh mərhələsi

Vaşinqton sammiti: Cənubi Qafqaz üçün sülh mərhələsi

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Pərvanə SULTANOVA
[email protected]

Prezident İlham Əliyevin ABŞ-a səfəri, imzalanan sənədlər həm Azərbaycan-Amerika münasibətlərində, həm də regional sülh və təhlükəsizliyin təmin edilməsində mühüm dönüş nöqtəsi oldu. Söhbət ikitərəfli sənədlərdən, eləcə də Ermənistanla imzalanmış Birgə Bəyannamədən, sülh sazişinin paraflanmasından gedir. Ən vacib məqamlardan biri Azərbaycan və ABŞ arasında əməkdaşlıq və strateji tərəfdaşlıq istiqamətində yeni səhifənin açılması, həmçinin 907-ci düzəlişin ləğvi oldu. Bu tarixi səfər Birləşmiş Ştatların, onun lideri Donald Trampın Azərbaycan dövlətinə, Prezidentinə böyük hörmətlə yanaşdığını, ölkəmizin regiondakı roluna verdiyi önəmi göstərdi.

Trampın Azərbaycan Prezidentinə xitabən "Siz böyük lidersiniz!", "Siz gözəl danışıq aparırsınız", "Xalqınız böyük xalqdır" söyləməsi, özünün dediyi kimi, nadir hallarda təqdim etdiyi Ağ evin rəmzi açarını hədiyyə etməsi də bu hörmətin nümayişi idi.

Azərbaycan ABŞ-la münasibətlərə hər zaman üstünlük verib, regionda Birləşmiş Ştatların ən yaxın tərəfdaşı olub. Amma təəssüf ki, xüsusilə Bayden-Blinken administrasiyası dövründə Azərbaycan-ABŞ münasibətlərində ciddi gərginliklər özünü göstərdi. Əfqanıstan əməliyyatlarının başa çatmasından dərhal sonra ABŞ administrasiyası nankorcasına 907-ci düzəlişi yenidən canlandırdı və bundan Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadə etməyə çalışdı. ABŞ Konqresində qəbul edilən bu düzəliş və Azərbaycanın regional siyasətinə qarşı əsassız ittihamlar Vaşinqton və Bakı arasında əlaqələrə mənfi təsir göstərdi. Lakin Azərbaycan hökumətinin prinsipial mövqeyi, Prezident İlham Əliyevin ardıcıl, məqsədyönlü diplomatik strategiyası sayəsində bu təzyiqlər real nəticələrə gətirib çıxarmadı. Hazırda isə Tramp administrasiyasının rəhbərliyi ilə münasibətlərdə yeni səhifə açılmaqla, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın yeni imkanları formalaşır.

Prezident İlham Əliyev yerli mediaya müsahibəsində ABŞ-a işgüzar səfərini Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli adlandırıb: "Deyə bilərəm ki, bu gün Amerika-Azərbaycan münasibətlərində yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Əlbəttə ki, Azərbaycanın milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə münasibətlərin qurulması çox önəmli məsələdir. Prezident Trampla görüşümüz çox səmimi şəkildə, deyə bilərəm ki, dostluq şəraitində keçdi. Bir çox önəmli məsələlər müzakirə edildi. Eyni zamanda, bildiyiniz kimi, Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupu da yaradılmışdır və əlbəttə ki, bu sənədin böyük əhəmiyyəti var. Orada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib. Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri ehtiva edir".

Təbii ki, təkcə ABŞ-ın sabiq administrasiya deyil, Makron, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti də Azərbaycana qarşı qərəzli siyasət aparır, dövlətimiz əleyhinə müxtəlif qətnamələr qəbul edirdilər. Onların bu addımları həm də sülh prosesi üçün əngələ çevrilirdi. Azərbaycan isə öz diplomatik məharəti ilə həm də sülhü qazanaraq bir daha öz gücünü bütün dünyaya nümayiş etdirmiş oldu.

Milli Məclisin deputatı Fatma Yıldırım Vaşinqton görüşü ilə bağlı "525"ə deyib ki, Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlər tarixi bir mərhələyə qədəm qoyur: "Cənab Prezident İlham Əliyevin ABŞ-a son səfəri Azərbaycanın beynəlxalq siyasətdə artan rolunun, güclənən nüfuzunun və etibarlı tərəfdaş statusunun bariz nümunəsidir. Bu səfər təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də qlobal strateji əməkdaşlıq çərçivəsində mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq formatının əsaslarının qoyulması, ölkəmiz üçün böyük diplomatik və siyasi uğur sayılır".

Deputat bildirib ki, səfər çərçivəsində, ABŞ tərəfindən Azərbaycanla bağlı illərlə davam edən "Azadlığa Dəstək Aktı"na edilən 907-ci düzəlişin tamamilə aradan qaldırılması da mühüm hadisə oldu: "1992-ci ildən bəri qüvvədə olan bu məhdudiyyətlər 33 il sonra, nəhayət ki, aradan qaldırıldı. Bu hadisə təkcə siyasi və diplomatik baxımdan deyil, həm də Azərbaycan xalqının yaddaşına yazılacaq tarixi bir dönüş nöqtəsi kimi qiymətləndirilir. 907-ci düzəlişin tamamilə aradan qalxması cənab Prezident İlham Əliyevin beynəlxalq hüquqa əsaslanan uğurlu siyasətinin nəticəsidir".

Millət vəkilinin sözlərinə görə, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan tarixi sənəd - "Trump Route for International Peace and Prosperity" (Trump Yolu) layihəsi - ölkəmizin diplomatiya salnaməsinə qızıl hərflərlə yazılacaq növbəti böyük qələbədir: "Bu sənəd, illərdir gərgin müzakirələrin və ardıcıl diplomatik səylərin nəticəsi olmaqla yanaşı, cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyinin, strateji düşüncə və uzaqgörən siyasətinin bariz nümunəsidir. "Trump Yolu" Azərbaycanın əsas ərazisini uzun illərdir blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, ölkəmizi birbaşa qardaş Türkiyəyə bağlayacaq. Bu layihə təkcə yeni bir nəqliyyat xətti deyil, həm də enerji, ticarət, logistika və kommunikasiya sahələrində böyük strateji imkanlar yaradan regional körpüdür. Bu marşrut Orta Asiyadan Avropaya qədər uzanan yeni iqtisadi və ticarət magistralını formalaşdıraraq bütün bölgənin inkişafına təkan verəcək".

Onun sözlərinə görə, bu layihənin əhəmiyyəti həm də siyasi müstəvidə özünü göstərir: "Azərbaycan və Ermənistan arasında imzalanan bu sənəd, regionda uzunmüddətli sülhün möhkəmlənməsi, xalqlar arasında qarşılıqlı etimadın bərpası və əməkdaşlıq üçün yeni səhifənin açılması deməkdir. Bu, yalnız Azərbaycan və Türkiyənin deyil, bütün Cənubi Qafqazın və qonşu dövlətlərin faydalanacağı bir təşəbbüsdür".

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Sultan Zahidov hesab edir ki,  Vaşinqton görüşləri ölkəmiz üçün iki əsas aspektdən mühüm əhəmiyyət kəsb edir: "Bu səfər Trampın Azərbaycan Prezidentini şəxsən dəvət etməsi ilə baş tutdu və ABŞ-ın Azərbaycana verdiyi önəmin, eyni zamanda ölkəmizin İkinci Qarabağ zəfəri nəticəsində yaratdığı reallıqların qəbulunun göstəricisidir. Bu, həm də Azərbaycanın uğurlu xarici siyasətinin və diplomatiyasının nəticəsidir".

Ekspert əlavə edib ki, səfər çərçivəsində ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq üzrə işçi qrup yaradıldı və qarşılıqlı Anlaşma Memorandumu imzalandı: "Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu sənəd ikitərəfli münasibətlərdə yeni bir səhifənin açıldığını göstərir. Çünki xüsusilə Bayden administrasiyası dövründə iki ölkə arasında münasibətlər gərgin olub, ABŞ-ın ermənipərəst mövqeyi və 907-ci düzəlişin yenidən bərpa olunması bu münasibətlərə mənfi təsir göstərib. Lakin Trampın təşəbbüsü ilə qeyd edilən düzəliş dayandırıldı və bu, Azərbaycan-ABŞ əlaqələrində yeni mərhələnin başlanğıcı oldu".

Onun sözlərinə görə, üçtərəfli görüşdə regionda sülh və sabitliyin təmin olunmasına yönəlmiş addımlar razılaşdırıldı: "Cənubi Qafqaz kimi münaqişələrlə dolu bir regionun sülh mərhələsinə qədəm qoyması, məhz İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbə və ərazi bütövlüyünün bərpası nəticəsində mümkün oldu. Bu zəfər təkcə Azərbaycanın deyil, Ermənistanın da geosiyasi yönünü dəyişdi. Ermənistan artıq Rusiyadan uzaqlaşaraq yeni təhlükəsizlik təminatları axtarır. Vaşinqton görüşü əslində Azərbaycanın 2020-ci ildə başladığı və 2022-ci ildə sülh üçün təqdim etdiyi 5 prinsip əsasında irəliləyən sülh prosesinin məntiqi nəticəsidir".

O əlavə edib ki, bu nəticələri həzm edə bilməyən qüvvələr də mövcuddur: "Məsələn, İranın bəzi dairələri, xüsusilə hərbi qanadı, Zəngəzur dəhlizinə qarşı mənfi münasibət sərgiləyir. Onlar bu layihənin öz strateji maraqlarını zəiflədəcəyini düşünürlər. Amma reallıq ondan ibarətdir ki, Azərbaycan öz milli maraqları əsasında siyasət yürüdür və başqa dövlətlərin narahatlıqları ilə deyil, öz müstəqil mövqeyi ilə çıxış edir.

Rusiya tərəfdən də müəyyən narahatlıq ifadə olundu. Çünki ABŞ-ın Cənubi Qafqaza gəlməsi Rusiyanın regional təsir dairəsinə zərbə vurur. Lakin sual olunur: Rusiya bu vaxta qədər Qafqazda sülh üçün nə edib? Hansı münaqişəni həll edib? Azərbaycan bu reallıqları çox yaxşı dərk edir və artıq bölgədə sülhün və təhlükəsizliyin bərqərar olması üçün bütün imkanlarını səfərbər edib. Vaşinqton görüşü, bir sözlə, təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Avrasiya regionu üçün mühüm geosiyasi və geoiqtisadi nəticələr vəd edir. Regionda sabitlik və inkişafın təmin olunması baxımından bu görüşün əhəmiyyəti böyükdür".

Ekspert söyləyib ki, üçtərəfli razılaşmada yer alan əsas məqamlardan biri Zəngəzur dəhlizinin açılmasıdır ki, bu, təkcə Azərbaycanın Naxçıvanla əlaqəsini bərpa etməsi demək deyil: "Bu dəhliz Türkiyəni, Avropanı, Mərkəzi Asiyanı və Çini birləşdirən geniş bir ticarət yolunun əsas halqası olacaq. Bu baxımdan Zəngəzur dəhlizinə yalnız lokal layihə kimi yox, Orta Dəhlizin strateji hissəsi kimi yanaşmaq lazımdır. Bu da onu göstərir ki, dəhlizdən təkcə Azərbaycan deyil, bütün region və Avrasiya iqtisadi məkanı faydalanacaq".

Onun sözlərinə görə, hazırda əsas məsələ - Vaşinqtonda əldə olunan razılaşmaların praktiki mərhələyə keçməsidir: "Ermənistan öz konstitusiyasını dəyişdirməli, sülh sazişini imzalamağa hazır olmalıdır. Eyni zamanda, Zəngəzur dəhlizi ilə bağlı texniki və siyasi işlər sürətlə davam etdirilməlidir ki, bu tarixi fürsət əldən verilməsin".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:388
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Avqust 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see499

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see480

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see461

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see333

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see321

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see288

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see270

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see265

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see255

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see249

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see240

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see220

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see220

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see219

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see216

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see209

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see198

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see192

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri