Icma.az
close
up
RU
Cənubi Qafqazda ən aşağı işsizlik səviyyəsi Azərbaycandadır

Cənubi Qafqazda ən aşağı işsizlik səviyyəsi Azərbaycandadır

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

MTM-in Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlil göstərir ki, hər il ölkəmizdə on minlərlə yeni iş yerləri açılır və bu say hər ötən il daha da artır.

Rəsmi rəqəmlərə əsasən, 2024-cü ilin ilk 9 ayında ölkədə 69 587 yeni iş yeri açılıb və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,3% çox olub.

2023-cü ilin sonunda ölkəmizdə 82 318, 2022-ci ildə 71 280, 2021-ci ildən cari ilin oktyabr ayının 1-dək isə ümumilikdə, 292 176 yeni iş yeri yaradılıb.

Aparılan təhlil göstərir ki, cari ilin ilk 9 ayında açılan yeni iş yerlərinin 87,15%-i və ya 60 645-i mövcud müəssisə və təşkilatların, 11,85%-i və ya 8 248-i yeni yaradılmış müəssisə və təşkilatların payına düşür. Yeni iş yerlərinin qalan 1%-i və ya 694-ü isə digər formalarda yaradılıb.

Buradakı digər yeni iş yerlərinə müxtəlif beynəlxalq və yerli layihələr, abadlıq işləri və fəaliyyəti yenidən bərpa edilmiş müəssisə və təşkilatlar daxildir.

Cari ilin ilk 9 ayında ölkəmizdə yaradılan yeni iş yerlərinin bölgələr üzrə sayına baxsaq, onların 77,43%-nin və ya 53 882 iş yerinin Bakı şəhərində açıldığını görərik. Digər bölgələrdə açılan iş yerlərinin sayı 15 705 olub və bu da ümumi göstəricinin 22,57%-ni təşkil edib.

Rəsmi rəqəmlər göstərir ki, 2024-cü ildə paytaxtda yaradılan yeni iş yerlərinin böyük əksəriyyəti mərkəzə yaxın hissələrdə açılıb. Aşağıdakı cədvəldən də göründüyü kimi, Bakıda açılan yeni iş yerlərinin böyük əksəriyyəti Nərimanov rayonunun payına düşür.

Daha dəqiq desək, cari ilin ilk 9 ayında Bakı şəhərinin Nərimanov rayonunda 11 392 yeni iş yeri açılıb. 7 800 yeni iş yeri ilə Nəsimi rayonu ikinci, 6 659 yeni iş yeri ilə Xətai rayonu üçüncü yeri tutub.

Sözügedən dövrdə Bakı şəhərinin rayonları arasında ən az iş yeri açılan rayon isə Pirallahıdır. Cari ildə bu ərazidə cəmi 8 yeni iş yeri yaradılıb.

Cari ilin ilk 9 ayında Bakı istisna olmaqla Azərbaycanın digər bölgələrində yaradılan yeni iş yerlərinin sayına baxsaq, Abşeron rayonunun 1601 yeni iş yeri ilə ilk sırada qərarlaşdığını görərik. Sumqayıt şəhəri 1341 yeni iş yeri ilə ikinci yerdədir.

İlk iki sırada yer alan bölgələr paytaxta ən yaxın ərazilər olsa da, üçüncu yeri 1331 yeni iş yeri ilə Naxçıvan şəhəri tutub. 4-cü və 5-ci sıralarda Gəncə və Şirvan şəhərləri qərarlaşıb. Cari ilin ilk 9 ayında Gəncə şəhərində 976, Şirvan şəhərində isə 878 yeni iş yeri yaradılıb.

Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlərə görə, hər il Azərbaycan əhalisinin sayı artsa da, işsiz şəxslərin sayında azalma qeydə alınır.

Bu azalma xüsusilə də son 4 ildə özünü bariz şəkildə göstərir. Daha dəqiq desək, cari ilin noyabr ayının ilk gününə qeydə alınan işsiz şəxslərin sayı 1 yanvar 2021-ci il tarixi ilə müqayisədə 32,9% az olub.

1 noyabr 2024-cü il tarixinə ölkədəki işsiz şəxslərin sayı 282,8 min nəfər təşkil edib ki, bu da son bir ildə işsiz şəxslərin sayının 1,4% azalması deməkdir.

Cari ilin əvvəlində Azərbaycanda işsizlik səviyyəsi 5,46%-ə bərabər idisə, noyabrın 1-nə olan göstəriciyə görə, bu rəqəm 5,33%-ə düşüb. Son 4 ilin rəqəmləri göstərir ki, Azərbaycanda işsizlik səviyyəsi hər ötən il daha da azalır.

Əlavə məlumat üçün bildirək ki, 1 yanvar 2021-ci il tarixində ölkədə işsizlik səviyyəsi 7,16%-ə bərabər olub.

Hər üç ölkənin Dövlət Statistika Komitələrinin son məlumatlarının müqayisəsi göstərir ki, Cənubi Qafqazda işsizlik səviyyəsi ən az olan ölkə Azərbaycandır. Ölkəmizdə işsizlik faizi 5,33% ( 01.11.2024) təşkil edib ki, bu da 282,8 min nəfərə bərabərdir. Say baxımından işsiz şəxslərin sayının çox olmasının səbəbi Azərbaycanın əhali sayının digər iki ölkədən ən az 3 dəfə çox olmasıdır.

Ermənistanda 1 iyul 2024-cü il tarixinə olan məlumata əsasən, işsizlik səviyyəsi 13,76%-ə (190 min nəfər), Gürcüstanda isə 1 oktyabr 2024-cü il tarixinə olan göstəriciyə əsasən, 13,82%-ə (225,7 min nəfər) bərabər olub.

Media Təhlil Mərkəzi (MTM)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR işçilərinə mükafat – Rəsmi əmr FOTO

15 Sentyabr 2025 18:42see1633

Alvarezlə Kroufordun döyüşü tarixə düşüb

15 Sentyabr 2025 00:08see215

İsrailin addımları artıq bütün dünyada narahatlıq yaradıb ŞƏRH

15 Sentyabr 2025 19:52see187

Aysel hovuz kənarından FOTOlarını yaydı

14 Sentyabr 2025 03:04see143

Bolqarıstanlılar avronun qəbul edilməsinə etiraz edir

14 Sentyabr 2025 05:22see141

“Benfika” “Qarabağ” matçında söz sahibi o olacaq

14 Sentyabr 2025 13:47see140

Mövsümün sonunda Mançester Siti dən ayrılacaq

14 Sentyabr 2025 16:59see140

Türkiyəli nazir müavini: Kültür yolu festivalı çərçivəsində Azərbaycanla əməkdaşlıq edəcəyik

14 Sentyabr 2025 12:49see139

Real ın oyunçusuna qırmızı verən hakim cəzalandırılacaq

14 Sentyabr 2025 17:05see139

İlham Əliyev Hadrut qəsəbəsində olub FOTOLAR KONKRET

14 Sentyabr 2025 13:43see138

Beşiktaş Musayevi istəyir

14 Sentyabr 2025 13:49see137

Ermənistan Ağrıdağı SİLDİ FOTO

14 Sentyabr 2025 13:04see135

Niderlandda Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunub

14 Sentyabr 2025 03:08see133

Yaşlanma əleyhinə inyeksiya

14 Sentyabr 2025 20:01see131

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB VİDEO

15 Sentyabr 2025 00:52see130

Geosiyasətin cinayət yolu...

15 Sentyabr 2025 13:28see124

Rubio: ABŞ Polşadakı PUA hadisəsi ilə bağlı daha çox məlumat toplamaq istəyir

14 Sentyabr 2025 03:23see122

İsrail ordusu Nəbatiyəni vurdu: Hədəf...

15 Sentyabr 2025 23:45see121

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

15 Sentyabr 2025 21:39see119

Operanın sərhədlərini aşan, ifası ilə insanlıq dərsi verən tenor Luçano Pavarotti

15 Sentyabr 2025 02:00see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri