Icma.az
close
up
RU
Cənubi Qafqazda ən aşağı işsizlik səviyyəsi Azərbaycandadır TƏHLİL AZƏRTAC

Cənubi Qafqazda ən aşağı işsizlik səviyyəsi Azərbaycandadır TƏHLİL AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 3 dekabr, AZƏRTAC

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlil göstərir ki, hər il ölkəmizdə on minlərlə yeni iş yerləri açılır və bu say hər ötən il daha da artır.

Rəsmi rəqəmlərə əsasən, 2024-cü ilin ilk 9 ayında ölkədə 69 min 587 yeni iş yeri açılıb və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz çox olub. 2023-cü ilin sonunda ölkəmizdə 82 min 318, 2022-ci ildə 71 min 280, 2021-ci ildən cari ilin oktyabr ayının 1-dək isə ümumilikdə, 292 min 176 yeni iş yeri yaradılıb.

AZƏRTAC-ın məlumatına görə, MTM-in təhlili göstərir ki, cari ilin ilk 9 ayında açılan yeni iş yerlərinin 87,15%-i və ya 60 min 645-i mövcud müəssisə və təşkilatların, 11,85 faizi və ya 8 min 248-i yeni yaradılmış müəssisə və təşkilatların payına düşür. Yeni iş yerlərinin qalan 1 faizi və ya 694-ü isə digər formalarda yaradılıb. Buradakı digər yeni iş yerlərinə müxtəlif beynəlxalq və yerli layihələr, abadlıq işləri və fəaliyyəti yenidən bərpa edilmiş müəssisə və təşkilatlar daxildir.

Cari ilin ilk 9 ayında ölkəmizdə yaradılan yeni iş yerlərinin bölgələr üzrə sayına baxsaq, onların 77,43 faizinin və ya 53 min 882 iş yerinin Bakı şəhərində açıldığını görərik. Digər bölgələrdə açılan iş yerlərinin sayı isə 15 min 705 olub və bu da ümumi göstəricinin 22,57 faizini təşkil edib.

Rəsmi rəqəmlər göstərir ki, 2024-cü ildə paytaxtda yaradılan yeni iş yerlərinin böyük əksəriyyəti mərkəzə yaxın hissələrdə açılıb. Aşağıdakı cədvəldən də göründüyü kimi, Bakıda açılan yeni iş yerlərinin böyük əksəriyyəti Nərimanov rayonunun payına düşür. Daha dəqiq desək, cari ilin ilk 9 ayında Bakı şəhərinin Nərimanov rayonunda 11 min 392 yeni iş yeri açılıb. 7 min 800 yeni iş yeri ilə Nəsimi rayonu ikinci, 6 min 659 yeni iş yeri ilə Xətai rayonu üçüncü yeri tutub.

Cari ilin ilk 9 ayında Bakı istisna olmaqla Azərbaycanın digər bölgələrində yaradılan yeni iş yerlərinin sayına baxsaq, Abşeron rayonunun 1601 yeni iş yeri ilə ilk sırada qərarlaşdığını görərik. Sumqayıt şəhəri 1341 yeni iş yeri ilə ikinci yerdədir. İlk iki sırada yer alan bölgələr paytaxta ən yaxın ərazilər olsa da, üçüncü yeri 1331 yeni iş yeri ilə Naxçıvan şəhəri tutub. 4-cü və 5-ci sıralarda Gəncə və Şirvan şəhərləri qərarlaşıb. Cari ilin ilk 9 ayında Gəncə şəhərində 976, Şirvan şəhərində isə 878 yeni iş yeri yaradılıb.

Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlərə görə, hər il Azərbaycan əhalisinin sayı artsa da, işsiz şəxslərin sayında azalma qeydə alınır. Bu azalma xüsusilə də son 4 ildə özünü bariz şəkildə göstərib. Daha dəqiq desək, bu ilin noyabr ayının ilk gününə qeydə alınan işsiz şəxslərin sayı 2021-ci il yanvarın 1-i ilə müqayisədə 32,9 faiz az olub.

2024-cü il noyabrın 1-dək ölkədəki işsiz şəxslərin sayı 282 min 800 nəfər təşkil edib ki, bu da son bir ildə işsiz şəxslərin sayının 1,4 faiz azalması deməkdir.

Cari ilin əvvəlində Azərbaycanda işsizlik səviyyəsi 5,46 faizə bərabər idisə, noyabrın 1-nə olan göstəriciyə görə, bu rəqəm 5,33 faizə düşüb və son 4 ilin rəqəmləri göstərir ki, Azərbaycanda işsizlik səviyyəsi hər ötən il daha da azalır.

Məlumat üçün xatırladaq ki, 2021-ci il yanvarın 1-də ölkədə işsizlik səviyyəsi 7,16 faizə bərabər olub.

Cənubi Qafqazdakı hər üç ölkənin Dövlət Statistika Komitələrinin son məlumatlarının müqayisəsi göstərir ki, bu regionda işsizlik səviyyəsi ən az olan ölkə Azərbaycandır. Ölkəmizdə işsizlik faizi 5,33 faiz ( 01.11.2024) təşkil edib ki, bu da 282 min 800 nəfərə bərabərdir. Say baxımından işsiz şəxslərin sayının çox olmasının səbəbi Azərbaycanın əhali sayının digər iki ölkədən ən az 3 dəfə çox olmasıdır.

Ermənistanda 2024-cü il iyulun 1-nə olan məlumata əsasən, işsizlik səviyyəsi 13,76 faizə (190 min nəfər), Gürcüstanda isə 2024-cü il oktyabrın 1-nə olan göstəriciyə əsasən, 13,82 faizə (225 min 700 nəfər) bərabər olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri