Icma.az
close
up
RU
Cənubi Qafqazda formalaşan yeni reallıqlar

Cənubi Qafqazda formalaşan yeni reallıqlar

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Prezident İlham Əliyevin xarici televiziya kanallarına və nüfuzlu informasiya agentliklərinə verdiyi müsahibələr hər zaman həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Bu müsahibələr dövlət siyasətinin mahiyyətinin, Azərbaycanın milli maraqlarının və regional proseslərə baxışının qlobal auditoriyaya dolğun və dəqiq şəkildə çatdırılması baxımından mühüm rol oynayır. Davos İqtisadi Forumu çərçivəsində “Euronews” televiziyasına verilən son müsahibə də məhz bu xüsusiyyətləri ilə diqqəti cəlb edir.

Dövlət başçısı müsahibəsində beynəlxalq münasibətlər sistemində Azərbaycanın tutduğu mövqeyi, postmünaqişə dövründə ölkəmizin prioritetlərini və Cənubi Qafqazda formalaşan yeni reallıqları ardıcıl və prinsipial şəkildə təqdim edib. Prezident İlham Əliyev milli maraqlarımızı beynəlxalq aktorlara açıq və qətiyyətli formada çatdıraraq Azərbaycanın sülhpərvər, lakin qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi. Prezident müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyini bir daha konkret olaraq ifadə etdi. Dövlətimizin başçısı qeyd etdi ki, “bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir”. Prezidentin açıqlamaları Azərbaycanın Ermənistanla münasibətlərində ciddi dönüş nöqtəsinin yaşandığını göstərir. Tarixən konflikt və gərginliklə səciyyələnən bölgə indi sülh və əməkdaşlıq imkanları ilə yeni mərhələyə qədəm qoyur. Bu fikirlər Azərbaycanın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasında oynadığı aparıcı rolu aydın şəkildə ortaya qoyur. Tarixən münaqişə və gərginliklə müşayiət olunan Cənubi Qafqaz bu gün Azərbaycanın təşəbbüsləri və siyasi iradəsi sayəsində sülh, əməkdaşlıq və inkişaf imkanlarının formalaşdığı bir məkana çevrilməkdədir. Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi mesajlar bir daha təsdiqləyir ki, Azərbaycan postmünaqişə dövründə yalnız milli maraqlarına əsaslanan, beynəlxalq hüquqa söykənən və regionun gələcəyini hədəfləyən siyasət yürüdür. Davosdan verilən bu müsahibə ölkəmizin qlobal platformalarda artan siyasi çəkisinin, formalaşan yeni reallıqlarda söz sahibi olmasının bariz nümunəsidir.

Prezidentin müsahibəsində əsas diqqətçəkən məqamlardan biri də Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyasının Azərbaycana qarşı uzun illərdir sərgilədiyi ədalətsiz mövqe və açıq ikili standartlarla bağlıdır. Dövlətimizin başçısı haqlı olaraq vurğuladı ki, “artıq uzun illərdir biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq”. Bu qərar təsadüfi xarakter daşımır. Çünki Azərbaycanla bağlı obyektivlikdən uzaq, əsassız və siyasi sifariş xarakteri daşıyan qətnamələr, birtərəfli və qərəzli yanaşmalar həmin qurumlarla münasibətlərə ciddi zərbə vurub. Bununla yanaşı, Prezident İlham Əliyev onu da diqqətə çatdırdı ki, Azərbaycan Avropa Komissiyası ilə əməkdaşlığı davam etdirir. Bu fakt bir daha sübut edir ki, rəsmi Bakı dialoqa açıqdır, lakin ədalətsizliyə, ikili standartlara və siyasi təzyiqlərə güzəştə getmək niyyətində deyil. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Ermənistanın özünün belə Azərbaycanla münasibətlərin normallaşdırılmasını və əlaqələrin qurulmasını müsbət qiymətləndirdiyi bir vaxtda Avropa Parlamentinin ölkəmizi heç vaxt etmədiyi addımlarda, o cümlədən “təcavüzkar mövqedə” ittiham etməsi açıq-aşkar absurddur. Bu cür yanaşma Avropa Parlamentinin özünü gülünc və dərin ziddiyyətli vəziyyətə salmasından başqa bir məna daşımır. Reallıq ondan ibarətdir ki, ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması regionda davamlı sülh və sabitliyə doğru atılmış mühüm addımdır. Bu fakt Azərbaycanın sülhə sadiqliyini, konstruktiv və məsuliyyətli mövqe nümayiş etdirdiyini bir daha təsdiqləyir. Belə bir şəraitdə Avropa Parlamentinin qərəzli mövqeyi nə regionda baş verən real proseslərlə, nə də beynəlxalq hüququn fundamental prinsipləri ilə uzlaşır.

Eyni zamanda cənab Prezident müsahibəsində bildirib ki, Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə enerji əməkdaşlığımız artmaqdadır. Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.

Neva Abdurahmanova

YAP Qusar rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Yanvar 2026 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri