Icma.az
close
up
RU
Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb ŞƏRH

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Prezident cənab İlham Əliyevin hər çıxışı, müsahibəsi həm ölkəmiz, həm region, həm də dünyada baş verən hadisələrlə bağlı ölkə və beynəlxalq ictimaiyyətin daha dolğun şəkildə məlumatlandırılmasında əhəmiyyətli rol oynayır.

Bu baxımdanPrezident cənab İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər mühüm çağırışları özündə ehtiva edir . Müsahibə zamanı Prezident cənab İlham Əliyev yalnız keçmiş müharibənin nəticələrinə toxunmaqla kifayətlənməyib, həm də regionun gələcəyi və Azərbaycanın yeni inkişaf mərhələsi barədə aydın təsəvvür yaradıb.Jurnalistin ünvanladığı suallara olduqca dolğun, aydın və faktlara əsaslanan cavablar verən ölkə rəhbərinin fikirləri özündə bir neçə səciyyəvi elementi aydınlaşdırır. Müsahibədə regionumuzda və beynəlxalq münasibətlər prosesində hazırda cərəyan edən mühüm məqamlara toxunub, Azərbaycanın yürütdüyü xarici siyasətlə bağlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

İlk növbədə dövlətimizin başçısı ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış bəyanatın əhəmiyyətindən bəhs edərək, bu sənədin Cənubi Qafqazda uzun illər yaşanan qarşıdurma və gərginliyin sonu, sabitlik, əməkdaşlıq və iqtisadi inkişaf üçün yeni bir mərhələnin başlanması kimi dəyərləndirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan güclü dövlətdir və Qarabağda qazandığı möhtəşəm Qələbədən sonra heç bir qüvvə ölkəmizə qarşı məkrli planlar həyata keçirə bilməz.

Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən əsas mövzulardan biri də enerji siyasətidir. Azərbaycanın enerji resursları yalnız milli iqtisadiyyat üçün deyil, həm də beynəlxalq enerji təhlükəsizliyi üçün həlledici əhəmiyyət daşıyır.Hal-hazırda Azərbaycan 10 Avropa ölkəsini təbii qazla təmin edir, onlardan 8-i Avropa İttifaqının üzvüdür. Bu, ölkəmizin Avropanın enerji xəritəsindəki strateji rolunu daha da möhkəmləndirir. Qeyd edildi ki, 2030-cu ilədək qaz ixracının həcmi daha da artırılacaq və 8 milyard kubmetr əlavə həcmdə enerji Avropaya çatdırılacaq.

Həmçinin müsahibədə məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı görülən işlərə də xüsusi diqqət ayırmışdır. Dövlət başçısı demişdir: “Biz artıq 50 mindən çox insanı azad olunmuş ərazilərdə məskunlaşdırmışıq və bu proses davam edir.”Bu siyasət yalnız sosial ədalətin bərpası deyil, həm də Azərbaycanın milli həmrəyliyinin və humanitar siyasətinin göstəricisidir. Ərazilərin minalardan təmizlənməsi, infrastrukturun yenidən qurulması və yeni yaşayış məntəqələrinin inşası “Böyük Qayıdış” proqramının əsas prioritetlərindəndir.

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın müstəqil siyasətini, praqmatik yanaşmalarını və beynəlxalq müstəvidə artan nüfuzunu bir daha təsdiq etmişdir. Dövlət başçısı müxtəlif mövzulara toxunaraq, ölkəmizin regional güc mərkəzinə çevrildiyini, iqtisadi, siyasi və humanitar sahələrdə nümunəvi model yaratdığını vurğulamışdır.

Bu gün Azərbaycan formalaşan yeni nizamda özünəməxsus yeri, təmin ediləcək maraq və mənafeləri ilə beynəlxalq aləmdə, dünya səhnəsində xüsusi rola malik dövlətdir.

Bu müsahibə Azərbaycanın xarici siyasət prioritetlərini, regionda sülh və əməkdaşlıq istiqamətində atdığı addımları və beynəlxalq arenada nüfuzunu bir daha nümayiş etdirmişdir.

Əli Paşayev

YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri