Icma.az
close
up
RU
Cənubi Qafqazda geosiyasi şərait: yeni trekin əlamətləri

Cənubi Qafqazda geosiyasi şərait: yeni trekin əlamətləri

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kamal Adıgözəlov

Cənubi Qafqaz geosiyasi proseslərin qarşılıqlı təsirləri fonunda kifayət qədər riskli məkan kimi qəbul olunur. Müxtəlif istiqamətlərdən olan həmin təsirlər regional durumu ciddi surətdə "silkələyir". Ekspertlərin proqnozları heç də nikbin yöndə deyildir. Lakin hələlik proseslər özünün yetkin inkişaf səviyyəsinə çatmayıb. Onların müqayisəsi fonunda ümumi mənzərə haqqında proqnostik təsəvvürlər əldə etmək olar.

Qarışıq və sürətlə dəyişən mənzərə

Son vaxtlar ekspertlər Cənubi Qafqazın qlobal geosiyasi proseslərə və təhlükəsizlik arxitekturasının formalaşmasına sözün həqiqi mənasında daha dinamik təsir göstərməsindən tez-tez danışmağa başlayıblar. Regiondakı ümumi mənzərəyə təsir edən faktorlar kompleksi fonunda bunun başlıca əlamətlərini görmək mümkündür.

Söhbət elə hadisələrdən gedir ki, Cənubi Qafqazın geosiyasi dinamikasına ciddi təsirlər göstərir. Bunlar Donald Trampın yenidən prezident seçilməsi, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaza müdaxilə miqyasını genişləndirmək cəhdi, Bakıda COP29-un uğurlu təşkili, Türkiyənin, faktiki olaraq, yeni səviyyədə Cənubi Qafqazdakı maraqlarını həyata keçirməyə başlaması, Yaxın Şərqdəki vəziyyət və Rusiya-Ukrayna müharibəsinin yeni səviyyəyə yüksəlməsidir. Rəsmi İrəvanın isə bütün bunların arxasınca sürünməkdə davam etməsi diqqəti çəkir. Proseslər göstərir ki, Ermənistan siyasi-diplomatik şüuru nə rasionaldır, nə də konstruktiv ruha malikdir.

Vurğulanan faktorların təsirləri yekunda qarışıq və sürətlə dəyişən bir mənzərə yaradır. Burada pozitiv və neqativ tendensiyaların bir-birinə nisbətinin gərginliyi açıq hiss edilir. Bu kontekstdə yuxarıda qeyd edilən hadisələrin üzərində dayanaq.

Donald Trampın yenidən prezident seçilməsi

Şübhəsiz ki, dünyanın ən qüdrətli dövləti olan Amerikada kimin dövlət başına gəlməsi qlobal təsirə malikdir. Bu səbəbdən D.Trampın böyük səs üstünlüyü ilə yenidən prezident seçilməsinə dünya ekspertləri çox həssas reaksiya verməkdədirlər. Onların əksəriyyəti dünyada bu və ya digər ciddi geosiyasi dəyişikliklərin olacağını gözləyirlər. Bu dəyişməni həm müsbət, həm də mənfi qiymətləndirənlər vardır.

Reallıq ondan ibarətdir ki, hələlik D.Trampın bu və ya digər məsələyə necə münasibət göstərəcəyi aydın deyildir. Özü isə fikirlərini tez-tez dəyişir. Ekspertlər hesab edir ki, D.Tramp bununla incə manevrlər edir, vaxt qazanır. Hər bir halda ABŞ-ın yeni prezidenti kifayət qədər ciddi hazırlaşır. Lakin indidən hansısa dəqiq proqnoz vermək çox çətindir.

Gözləmək ki, D.Tramp ABŞ-ın Cənubi Qafqaz siyasətini keyfiyyətcə dəyişəcək, bizcə, xeyli risklidir. Belə aydın olur ki, müəyyən yenilik olması mümkünlüyü qalsa da, bütövlükdə Amerika nə İsraildən, nə Avropadan, nə də Yaxın Şərqdəki müttəfiqlərindən vaz keçməyəcək. Onun Rusiya, Çin, Türkiyə və Aİ-yə də münasibətində ciddi dəyişikliyin olması ehtimalı azdır. Xüsusilə İsrail-Fələstin və Rusiya-Ukrayna münaqişəsində Vaşinqtonun "sülh göyərçini" olacağını gözləmək doğru deyildir. Deməli, Cənubi Qafqazda mümkün yeni geosiyasi trekin "Amerika fraqmenti" hələ tam məlum deyildir – burada qeyri-müəyyənlik qalmaqdadır.

Avropa İttifaqının Cənubi Qafqaza müdaxilə miqyası

Son zamanlar Brüsselin bu regionda fəaliyyəti düşündürücü və daha ziddiyyətli bir tendensiya halını almaqdadır. Aydın duyulur ki, Aİ nə edəcəyini dəqiq bilmir. Xüsusilə Emmanuel Makronun Ermənistanı yenidən müdafiə etməyə başlaması hətta təşkilatın özündə belə birmənalı qarşılanmır. Eyni zamanda, Brüsselin Azərbaycana qarşı mövqeyinin konstruktivliyi ilə ziddiyyəti arasında da nisbət yenidən dəyişir.

Bir tərəfdən, avropalı siyasətçilər Azərbaycanın Aİ-nin enerji və milli təhlükəsizliyində getdikcə daha böyük rol oynamağa başladığını etiraf etməkdədirlər.

Digər tərəfdən isə, Avropa Parlamenti böhtançı və əsassız iddialarından əl çəkmir – daha absurd formada onları ortaya çıxarmaqda davam edir. Bu, xüsusilə COP29 ərəfəsi pik səviyyəyə çatmışdı.

Bunun fonunda Aİ-nin regiona konstruktiv siyasi təsiri müşahidə edilmir. Aİ hətta Ş.Mişel səviyyəsində sülh müqaviləsi məsələsində kölgədə qalır. Zəngəzur dəhlizi ilə bağlı isə faktiki olaraq gözə dəymir. Belə görünür ki, Aİ başqa geosiyasi güclərin fonunda bu regionda varlığını genişləndirməyə çalışsa da, real nəticəsi yoxdur. Hələlik isə hətta Gürcüstanda dayağını itirməklə Brüssel itkilərini kompensasiya edə bilmir.

Bakının COP29 uğuru

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) uğurla təşkil etdi və bununla Cənubi Qafqazın yeni geosiyasi ruhunu bütün dünyaya yenidən anlatdı. Belə aydın oldu ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki hərbi qələbəsi həm də geosiyasi, siyasi, təhlükəsizlik və əməkdaşlıq sahələrində qələbədir. Çünki region həmin istiqamətlərdə daha geniş imkanlar əldə edib.

Azərbaycan COP29-la sübut etdi ki, ərazicə kiçik olan dövlət belə təsirli geosiyasi fəaliyyət göstərə bilər. Dünya üzrə inkişafa, təhlükəsizliyə və sülhə töhfə verə bilər. Bakıda COP29 çərçivəsində aparılan müzakirələr nəticəverici oldu. Sonda dövlətlər iqlim dəyişikliyi ilə bağlı mübarizədə ortaq mövqeyə gəldilər.

Bundan başqa, Azərbaycanın regional miqyasda rolu haqqında ortaq fikir formalaşdı. Dünya bu regionda Azərbaycanın həyata keçirdiyi siyasətin müsbət nəticələrini birmənalı qəbul etdi. Bu kontekstdə Azərbaycana qarşı qarayaxma kampaniyasının da uğursuzluğu aydın oldu. Böyük dövlətlər üçün bu, siyasi-tarixi dərsdir.

Türkiyə və Cənubi Qafqaz

Rəsmi Ankara bütün istiqamətlərdə xarici siyasətini daha da gücləndirməkdədir. Bu sırada bizim region xüsusi yer tutur. Son proseslər göstərir ki, lazım bildiyi məqamlarda Ankara regional vəziyyətə ciddi təsir edə bilir. O cümlədən COP ərəfəsi Qərb dövlətlərinin təxribatçı fəaliyyəti zamanı, Ankara Azərbaycanın mövqeyini yüksək səviyyədə dəstəkləməsi ilə mesajını verdi. Belə bir davranışın mühüm geosiyasi anlamı danılmazdır.

Məsələ ondan ibarətdir ki, Ankara bütün imkanları ilə dünyaya mesaj verir: Azərbaycan tək deyildir, onun yanında qardaş Türkiyə və digər türk dövlətləri vardır! Deməli, Azərbaycanla ancaq Cənubi Qafqazın uğurlu müsəlman demokratik dövləti kimi danışmamalısınız. Azərbaycanla güclü Türkiyə-Azərbaycan tandemi və bütövlükdə TDT kontekstində danışmalısınız.

Qərbdə bu mesajı yaxşı anlayıblar. Təsadüfi deyil ki, Azərbaycanla hətta ən güclü dövlətlər belə, müəyyən səddi keçmədən münasibət qurmağa çalışırlar.

Burada bir vacib faktı vurğulamalıyıq. Qardaş Türkiyə ciddi dəstəkdir. Lakin Azərbaycan özü uğurlu inkişaf edən müstəqil dövlət olmasa, heç bir dövlət ona lazımi dəstəyi verməz. Yəni, Azərbaycanın bu səviyyədə dəstəyinin mənbəyində özünün sürətli, dayanıqlı inkişafı və böyük hərbi qələbəsi dayanır. Güclü Azərbaycanla hər kəs dost olmaq arzusuna düşər!

Yaxın Şərq və Rusiya-Ukrayna münaqişələri

Hazırda bu münaqişələrin dünyanın müxtəlif regionlarına təsirindən hər kəs bəhs edir. Doğrudan da, İsrail-Fələstin və Rusiya-Ukrayna münaqişələri ətraf regionlara hərbi, təhlükəsizlik, əməkdaşlıq və başqa sferalar üzrə təsirini getdikcə artırır. Təəssüf ki, həmin təsirlər əsasən mənfi xarakterlidir. Son günlər isə Rusiya-Ukrayna münaqişəsi, faktiki olaraq, növbəti ziddiyyət səviyyəsinə yüksəlib. Bundan öncə isə İsrail-Fələstin qarşıdurması daha da kəskinləşdi. Ona paralel olaraq İran məsələsini qabartdılar. Ümumi dinamika necədir?

Çox güman ki, Cənubi Qafqaza Yaxın Şərq və Şərqi Avropadan geosiyasi təzyiqlər artacaq. Bu isə bütövlükdə regionda sülhün taleyini sual altına ala bilər.

"Geosiyasi qambit" situasiyası: qurban kim olacaq?

Yuxarıdakı prosesləri vahid məntiqi çətir altına gətirsək, Cənubi Qafqazda, obrazlı desək, "geosiyasi qambit" situasiyasının yaranmaqda olduğu nəticəsini çıxara bilərik. Yəni, elə bir siyasi-diplomatik debüt gözlənilir ki, hansısa qüvvələr üçün proseslərin sürətlənməsi naminə regionda kimlərsə qurban verilməlidir! Həmin "piyada" və ya "yüngül fiqur" kimdir? Əlamətlər Ermənistanı göstərir! Yeni trekin adı "Qafqaz qambiti"dir!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Noyabr 2024 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see208

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see194

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see170

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see139

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see136

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see127

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri