Icma.az
close
up
RU
Cənubi Qafqazda tarixi sülh

Cənubi Qafqazda tarixi sülh

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beləliklə, 35 illik geopolitik münaqişə regionlarından birində – Cənubi Qafqazda ilk böyük uzlaşma, uğurlu sövdələşmə, nəhayət, əldə edildi!

Uzun illər Rusiyanın təsir zonası sayılan Cənubi Qafqazın iki ölkəsinin – Azərbaycan və Ermənistan liderlərinin məhz Vaşinqtonda və ABŞ prezidenti Trampın zəmanəti altında Sülh Sazişinin paraflanması, Üçtərəfli Birgə Bəyannamənin imzalanması bu böyük geopolitik uzlaşmanın əsas göstəricisi olmaqla yanaşı, ilk növbədə, Azərbaycanın 2020-ci ildəki Vətən Savaşı və 2023-cü ildəki antiterror əməliyyatlarıyla regionda dəyişdiyi reallıqların və əldə etdiyi nəticələrin artıq nəinki ABŞ, bütövlükdə Qərb dünyası tərəfindən də rəsmən qəbul edilməsi, legitimləşməsi və dünyanın gələcək siyasi xəritəsində əks olunacağı deməkdir!

Bundan qabaq belə Üçtərəfli Bəyannamə regionda gedən geopolitik münaqişənin digər əsas iştirakçısı – Rusiya prezidenti Putinin iştirakıyla da imzalanmışdı!

Beləliklə, son 35 ildə Avropayla Asiyanı birləşdirən Cənubi Qafqaz körpüsünü nəzarət altına almaq istəyən hər iki güc mərkəzinin – Rusiya və ABŞ-ın liderlərinin imzaladığı sənədlərdə Azərbaycanın müharibəylə əldə etdiyi nəticələr rəsmən etiraf və qəbul olunur, eyni zamanda, sülhə zəmanətdə qarşıdakı dönəmdə hər iki ölkənin məsuliyyət daşıyacağını ortaya qoyur!

Bu, həqiqətən, Azərbaycan üçün çox böyük uğurdur və bu uğurun altında strateji düşüncə, böyük zəhmət, diplomatik məharət yatır!

Unutmayaq ki, Trampdan əvvəlki ABŞ prezidenti – demokrat Bayden hakimiyyətdə olduğu 4 il boyunca bu nəticələri qəbul etmək istəmir, Avropa İttifaqıyla bərabər, regionda sülhə əsas maneə kimi çıxış edirdi.

Demokrat Baydendən fərqli olaraq, respublikaçı Tramp “Qarabağ İttifaqı”nın – Putin, Ərdoğan və Əliyevin ABŞ-dakı 2024-cü il seçkilərində qələbəsini ən çox arzuladıqları və bunun üçün çalışdıqları lider idi.

İndi bu lider ABŞ dövlətinin sükanı arxasındadır və şübhəsiz ki, onun mövqeyinin qarşıdakı mərhələdə ABŞ-da güclü olması Rusiya, Türkiyə və Azərbaycanın da marağındadır.

Cənubi Qafqazda sülhün əldə olunmasındakı şəxsi töhfələrinə görə hətta münaqişə iştirakçısı olan hər iki dövlət tərəfindən “Nobel” sülh mükafatını almağa namizədliyinin irəli sürülməsi Trampın beynəlxalq aləmdə nüfuzunu xeyli gücləndirməklə, onu Ukrayna cəbhəsində də sülh mövqeyində durmağa və buradakı münaqişəni tezliklə yekunlaşdırmağa təşviq edəcək.

Təsadüfi deyil ki, məhz Azərbaycan və Ermənistan liderləriylə razılaşmadan – Cənubi Qafqazda uğurlu uzlaşmadan sonra bir neçə aydır məxfi şəkildə hazırlığı aparılan Tramp-Putin görüşünün də konkret tarixi və yeri açıqlandı: 15 avqust, Alyaska!

Görüş üçün məhz Alyaskanın seçilməsinin isə xüsusi mənası var: vaxtilə Rusiyanın olan bu ərazi 1867-ci ildə ABŞ-la Rusiya arasındakı ilk böyük sövdələşmənin nəticəsi olaraq amerikalılara satılıb!

Cənubi Qafqazın ardınca növbəti geopolitik sövdələşmə məkanı Qara dəniz hövzəsi – Ukraynadır!

Elxan Şükürlü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 09 Avqust 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri