Icma.az
close
up
RU
Cənubi Qafqazda sülh reallığı

Cənubi Qafqazda sülh reallığı

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Regionun gələcəyini müəyyənləşdirəcək həlledici addım

Azərbaycanın mövqeyi açıqdır - Ermənistan daimi sülh istəyirsə...

Bu günlərdə Cənubi Qafqaz tarixi bir mərhələdən keçir. Region uzun illər davam edən münaqişə, geosiyasi qarşıdurma və qeyri-müəyyənlik mərhələsindən çıxaraq yeni bir düzənin formalaşdığı məkana çevrilməkdədir. Region ilk dəfədir ki, qlobal güclərin maraqlarının toqquşduğu deyil, uzlaşdığı platforma kimi ön plana çıxır. Başqa sözlə, bu gün Cənubi Qafqaz yeni qlobal dizaynın, iqtisadi və siyasi münasibətlər sisteminin formalaşdığı bir məkan kimi çıxış edir. Bu yeni reallığın mərkəzində isə Azərbaycan dayanır. 44 günlük Vətən müharibəsindən sonra yaranmış geosiyasi vəziyyət, Azərbaycanın təşəbbüskarı olduğu diplomatik proseslər, irəli sürdüyü sülh gündəliyi və reallaşdırdığı beynəlxalq layihələr regionun taleyini dəyişən əsas faktor kimi çıxış edir. Post müharibə mərhələsində Azərbaycan qalib dövlət kimi məsuliyyətli davranaraq, regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın əsasını qoymağa yönəlmiş siyasət yürütməyə başladı. Bakı yeni reallıqları qəbul etdirməklə yanaşı, Cənubi Qafqazın gələcəyini iqtisadi inteqrasiya, nəqliyyat-kommunikasiya xətlərinin açılması və qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurmaq təşəbbüsü ilə çıxış etdi. Bu yanaşma regionu qlobal enerji və logistika xəritəsində daha strateji mövqeyə çıxardı. Artıq həm Qərb, həm də Şərq Cənubi Qafqazı alternativ marşrut, etibarlı tərəfdaş və sabit platforma kimi dəyərləndirir. Orta Dəhlizin aktuallaşması, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması, Asiya ilə Avropa arasında daşımaların genişlənməsi göstərir ki, region yeni qlobal nizamın vacib elementinə çevrilib. Bu transformasiya isə təsadüfi deyil - o, Bakının düşünülmüş, ardıcıl və prinsipial siyasətinin nəticəsidir. Azərbaycan əməkdaşlığa üstünlük verərək dünyaya mühüm mesaj ünvanlayır: müharibə bitibsə, indi sülh quruculuğu mərhələsi başlamalıdır. Yeni dünya nizamının regional konturları da məhz Azərbaycanın sülh təşəbbüsləri fonunda cızılır.

Sülh və iqtisadi inkişaf: yeni reallıqların təməli

Sirr deyil ki, iqtisadi inkişaf və qlobal layihələrin reallaşdırılması üçün əsas şərt sabitlik və təhlükəsizlikdir. Tarix göstərir ki, davamlı investisiya mühiti yalnız siyasi risklərin minimuma endirildiyi məkanlarda formalaşır. Azərbaycan məhz bu reallığı nəzərə alaraq post-müharibə dövründə sülh gündəliyini prioritet elan etdi. Qalib dövlət olmasına baxmayaraq, revanşist ritorikadan uzaq duraraq Ermənistanla münasibətlərin normallaşdırılması üçün konkret təkliflərlə çıxış etdi. 2022-ci ildən etibarən aparılan sülh gündəliyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır və region üçün uzunmüddətli təhlükəsizlik arxitekturası formalaşdırmağa yönəlib. Bu gün Bakı həm enerji sahəsində, həm də nəqliyyat-logistika istiqamətində həyata keçirdiyi layihələrlə regionu qlobal bazarlara inteqrasiya edir. Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələr Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz təşəbbüsü artıq Asiya ilə Avropanı birləşdirən əsas marşrut kimi strateji əhəmiyyət daşıyır. Beləliklə də, sülh təşəbbüsləri ilə iqtisadi maraqlar bir-birini tamamlayır. Azərbaycanın təqdim etdiyi model məhz budur: əvvəlcə təhlükəsizlik və hüquqi baza formalaşdırılır, daha sonra isə iqtisadi inteqrasiya dərinləşdirilir. Bu model təkcə region üçün deyil, qlobal miqyasda da müsbət presedent kimi qiymətləndirilə bilər.

Vaşinqton Zirvəsindən yeni mərhələnin başlanğıcına...

Ötən ilin avqustunda Vaşinqtonda baş tutan Sülh Zirvəsi prosesin yeni mərhələyə qədəm qoymasında mühüm rol oynadı. Bu görüş təkcə diplomatik hadisə deyil, həm də siyasi iradənin nümayişi idi. Sülh sazişi layihəsinin paraflanması tərəflərin prinsipial məsələlərdə yaxınlaşdığını göstərdi. Hazırkı situasiya hətta Ermənistan üçün də yeni imkanlar vəd edir. Regional inteqrasiya, nəqliyyat xətlərinin açılması, Zəngəzur dəhlizinin (TRIPP) reallaşması və iqtisadi əməkdaşlıq platformalarının genişlənməsi Ermənistan iqtisadiyyatında ciddi canlanma yarada bilər. Azərbaycanla ticarət əlaqələrinin qurulması, enerji və neft məhsullarının ixracı perspektivləri də bu yeni mərhələnin real nəticələri kimi qiymətləndirilə bilər. Beləliklə, Vaşinqton Zirvəsi və sonrakı diplomatik addımlar göstərir ki, region artıq yeni mərhələyə daxil olub. Bu mərhələnin əsas xüsusiyyəti qarşıdurmadan əməkdaşlığa keçiddir və bu keçidin əsas təşəbbüskarı Azərbaycandır.

Paşinyan: Azərbaycanla sülh müqaviləsinin imzalanması...

Hazırda prosesin ən mühüm mərhələsi sülh müqaviləsinin imzalanmasıdır. Siyasi bəyanatlar, paraflanmış sənədlər və razılaşdırılmış prinsiplər nə qədər vacib olsa da, hüquqi baxımdan bağlayıcı sənəd olmadan davamlı sabitlik tam təmin edilə bilməz. Azərbaycan bu məsələdə mövqeyini açıq şəkildə ifadə edir: sülh sənədi formal deyil, real və uzunmüddətli olmalıdır. Ermənistanın siyasi hakimiyyəti də sülhlə bağlı pozitiv fikirdədir  - məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, parlament seçkilərindən əvvəl Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin gündəliyinə salınıb. “Mənim belə bir gündəliyim var. Gündəlikdə müqavilənin ötən ilin dekabr, yanvar, oktyabr, aprel aylarında imzalanması da var idi, çünki sülh sazişi layihəsi üzrə müzakirələr keçən ilin martında başa çatıb. Beləliklə, işləməyə davam edəcəyik”, - o deyib.

Sülhün qalıcı olması üçün...

Sülhün imzalanması əsas şərtdir - lakin bunun üçün bütün hüquqi və institusional maneələr aradan qaldırılmalıdır. Xüsusilə, Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə qarşı iddiaların qalması sülhün legitimliyinə kölgə salan amillərdəndir. Əgər tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyırsa, bu prinsip əsas qanunvericilikdə də öz əksini tapmalıdır. Əks halda, gələcəkdə hüquqi ziddiyyətlər və siyasi manipulyasiyalar üçün zəmin qala bilər.

Azərbaycan qalib dövlət olsa da, maksimalist şərtlər irəli sürmür. Əksinə, beynəlxalq hüquqa əsaslanan, qarşılıqlı tanınmanı və əməkdaşlığı nəzərdə tutan model təklif edir. Göründüyü kimi, Ermənistan da son dövrlərdə sülhə dair konstruktiv bəyanatlar səsləndirir - amma sözlə əməl arasında uyğunluq təmin edilməlidir.

Daimi sülh üçün təkcə siyasi iradə kifayət deyil, həm də hüquqi baza möhkəm olmalıdır. Konstitusiya dəyişiklikləri, normativ sənədlərin uyğunlaşdırılması və cəmiyyətin sülhə hazırlanması bu prosesin ayrılmaz hissəsidir. Əks halda, imzalanacaq sənəd uzunömürlü olmayacaq.

Bu baxımdan, sülh müqaviləsi regionun gələcəyi üçün həlledici sənəd olacaq. O, yalnız iki ölkə arasında münasibətləri tənzimləməyəcək, həm də Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasını müəyyən edəcək.

Ermənistan real addımlar atmalıdır

Beləliklə, indi əsas məsələ sülh prosesini hüquqi cəhətdən rəsmiləşdirmək və geri dönməz etməkdir. Əgər Ermənistan həqiqətən də qarşıdan gələn siyasi mərhələyə - o cümlədən parlament seçkilərinə qədər sülh müqaviləsini imzalamaqda maraqlıdırsa, o zaman institusional səviyyədə (parlamentdə və ya Konstitusiya Məhkəməsində) konkret addımlar atmalıdır.

Konstitusiyada dəyişikliklərin edilməsi, ərazi iddialarının aradan qaldırılması və qarşılıqlı tanınma prinsipinin təsbit olunması bu prosesin əsas şərtlərindəndir. Bu addımlar atılarsa, sülh sənədi formal deyil, real təminata çevriləcək. Əks halda, imzalanacaq hər hansı razılaşma gələcəkdə yenidən sual altına düşə bilər. Sülh isə yalnız iki ölkə üçün deyil, bütövlükdə region üçün həyati əhəmiyyət daşıyır. Sabitlik yeni investisiyaların cəlb olunmasına, iqtisadi artıma, nəqliyyat və enerji layihələrinin genişlənməsinə, xalqlar arasında etimadın möhkəmlənməsinə xidmət edəcək. Cənubi Qafqaz qarşıdurma məkanı deyil, əməkdaşlıq və tərəqqi platformasına çevrilə bilər.

P.SADAYOĞLU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Fevral 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see308

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see276

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see267

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see264

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see216

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see204

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see189

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

23 Sentyabr 2026 08:28see188

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see186

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see186

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see184

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see182

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see181

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see178

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see176

Tıxaclara görə BDU da dərslər onlayn keçiriləcək

23 Sentyabr 2026 07:36see175

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see174

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see173

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see172

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri