Icma.az
close
up
RU
Cənubi Qafqazda “Tramp dəngələri” Biz ümidliyik, ermənilər nigaran

Cənubi Qafqazda “Tramp dəngələri” Biz ümidliyik, ermənilər nigaran

Icma.az bildirir, Ayna portalına istinadən.

Çətin ki, Ağ Ev bu məsələdə Ermənistanın mövqeyinə müsbət yanaşsın

Ötən həftənin əsas mövzusu (bəlkə də, ondan sonrakı həfətələrin də) təbii ki, ABŞ-ın 47-ci Prezidenti Donald Trampın andiçmə mərasimi olub. Bu şən, həyati enerji ilə dolu görünən yaşlı milyarder, qocalması və zəif gizlədilə bilən demensiyası ilə yadda qalan sələfi Co Baydenlə kəskin ziddiyyət təşkil edir, baxmayaraq ki, yaş fərqi sonuncunun xeyrinə cəmi 4 ildir.

Sanki canının hələ sulu olduğunu sübut etmək üçün Tramp 47 dəqiqə ərzində Ağ Evin əvvəlki rəhbərinin 78 icra qərarını ləğv edərək, bütün səylərini puç etdi. Trampın ABŞ Prezidenti seçilməsi onun tərəfdarları arasında təsvirolunmaz sevincə səbəb olub və müvafiq olaraq, rəqiblərini depressiyaya salıb. Burada söhbət təkcə Amerikanın özündən deyil, həm də dünyanın müxtəlif ölkələrindəki əhval-ruhiyyədən gedir.

Başlayaq ondan ki, bir çox xarici siyasət məsələlərində Baydenlə xüsusi fikir ayrılığı olmayan bir çox Avropa İttifaqı (Aİ) ölkələri hadisələrin bu inkişafından o qədər də sevinmədilər. Xüsusilə, Ukrayna məsələsində Aİ və ABŞ-ın qəbul etdiyi qərarlar ortaq məxrəcə gətirilirdi. Avropalılar bu qarşılıqlı anlaşmadan daha çox razı qalırdılar. Axı ABŞ Ukraynaya hərbi yardımın əsas yükünü öz üzərinə götürmüşdü və bununla da Avropanın iqtisadi yükünü yüngülləşdirirdi.

Lakin Respublikaçı Tramp hakimiyyətə gəldikdən sonra Avropa İttifaqının öz nisbi “havayıyeyənliyi” ilə vidalaşmalı olması üçün bütün ilkin şərtlər mövcuddur. ABŞ-ın yeni-köhnə Prezidenti heç bir diplomatik hiylələr etmədən açıq şəkildə bildirdi ki, Ukraynaya yardım məsələsində Aİ ilə ABŞ-ın payları, heç olmasa “bərabərləşdirilməli” olacaq.

Trampın xüsusilə sevmədiyi İran onun gəlişindən məmnun deyil. Daha doğrusu, heç xoşuna da gəlmir. Təbii ki, bu iki böyük dövlət arasında münasibətlər heç vaxt yaxşı olmayıb, lakin yeni administrasiya dövründə daha da pisləşə bilər.

Ötən ilin dekabrında Donald Trampın İranla müharibə ehtimalını istisna etmədiyini xatırlatmaq kifayətdir. Müvafiq suala cavab olaraq, o, dayandı və dedi: "Hər şey mümkündür".

Belə görünür ki, bu gün ABŞ-ın İrana mümkün hücumu üçün kifayət qədər əlverişli şərait var. Hazırda cənub qonşumuzu daxili ziddiyyətlər, xüsusən də sosial xarakterli ziddiyyətlər parçalayır, baxmayaraq ki, problemlərin aşkar əlamətləri hələ üzə çıxmayıb.

Bununla belə, bir çox iranlılar 2022-ci ildə hicab qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən saxlanılan Məhsə Əmininin vəfatından bir neçə gün sonra ümummilli etirazlardan sonra, rejim əleyhdarları olaraq qalırlar. Xüsusilə də İranın gənc nəsli getdikcə İslam İnqilabından uzaqlaşır və onların bir çoxu hakimiyyətin tətbiq etdiyi sosial məhdudiyyətlərdən narazıdır. Qadınlar hər gün başlarını örtmədən küçələrdə göründükləri üçün həbs olunmaq riski ilə onlara meydan oxumağa davam edirlər.

İran rejiminin qarşısında duran problemlər xarici siyasət arenasında uğursuzluqlarla daha da ağırlaşır. Nisbətən qısa müddət ərzində Tehran Yaxın Şərqdə bir vaxtlar güclü mövqelərini demək olar ki, tamamilə itirdi.

İranın qondarma “müqavimət oxu” İsrailə məğlub oldu və bundan sonra İran hakimiyyətinin çox yaxın münasibətlərdə olduğu Suriyada Bəşər Əsəd rejimi çökdü. İranın bölgədə Yəməndəki husilərdən başqa real müttəfiqi qalmayıb.

Görünür, yuxarıda qeyd olunan hadisələrin birləşməsi İranı Rusiya ilə daha da yaxınlaşmağa sövq edib. Bu kontekstdə İran Prezidenti Məsud Pezeşkiyanın Moskvaya səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüşməsi təsadüfi deyil və bundan sonra müdafiə sahəsində də daxil olmaqla, Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilə imzalanıb.

Bu arada, onsuz da buludlu olan “erməni səması” üzərində Tramp hakimiyyətə gəldikdən sonra qara buludlar yenidən toplanır. Belə ki, politoloq Artur Xaçikyan bundan narahatlığını gizlətmir və qeyd edir ki, “İran Türkiyə və Azərbaycanın Ermənistana münasibətdə iştahını cilovlayan yeganə ölkədir, lakin Donald Trampın vəzifəyə qayıtmasından sonra hücuma məruz qalacağı təqdirdə, bu rolu yerinə yetirə bilməyəcək”.

Xaçikyanın Bakı və Ankaranın ancaq Ermənistana hücum etmək fikrində olması ilə bağlı boş mülahizələrini bir kənara qoyaq. Çünki ermənilər uzun müddət qaranlıq otaqda qara pişiyi tapmağa cəhd göstəriblər.

Lakin o, İranın Ermənistanın oyunbazlıqlarını və “istəklərini” ört-basdır etmək ehtimalının az olacağı barədə haqlıdır. Artıq yuxarıda qeyd etdiyimiz kimi, hazırda çoxsaylı problemlərlə üzləşən İranın Ermənistana ayırmaağa vaxtı və imkanı yoxdur. Təsadüfi deyil ki, Zəngəzur dəhlizinin açılmasına bu qədər kəskin etiraz edən, “qırmızı xətləri” sağa-sola yelləyən Tehran bu gün sakitləşib.

Yeri gəlmişkən, Zəngəzur dəhlizi haqqında. Adı çəkilən erməni politoloq qeyd edib ki, “mövcud vəziyyət Ermənistanın düşmənlərinə təzyiq göstərmək və hətta hərbi yolla Zəngəzur dəhlizini açmağa cəhd etmək imkanı yaradacaq”.

“Türkiyə və Azərbaycan lobbiləri Trampın yeni administrasiyası ilə çox fəal işləyirlər və bunun fonunda Ermənistanda belə işləri görə biləcək peşəkar kadrlar yoxdur. Bundan əlavə, diaspor nümayəndələri Ermənistanın Tramp üçün heç bir hərbi-strateji əhəmiyyətinin olmadığını bildirirlər. ABŞ-ın birinci müttəfiqi Azərbaycanla müttəfiq olan İsrail, ikincisi isə Türkiyədir”, - deyə Xaçikyan əlavə edib.

Əgər Zəngəzur dəhlizinin açılmasının hərbi yolu ilə bağlı cəfəngiyyatı istisna etsək, o zaman, prinsipcə, başqa məsələlərdə Xaçikyan müəyyən mənada haqlıdır. İrəvanla Tehranın yaxın münasibətlərindən xəbəri olan Tramp administrasiyasının bu məsələdə erməni mövqeyinə müsbət yanaşmasını gözləmək sadəlöhvlük oları.

Üstəlik, Zəngəzur layihəsi ABŞ üçün təkcə siyasi baxımdan cəlbedici layihə deyil. Türkiyədən Azərbaycana, oradan da Orta Asiyaya birbaşa marşrut Vaşinqtonun regiondakı mövqeyini iqtisadi baxımdan gücləndirəcək. Məsələnin maddi tərəfi isə biznesmen Trampa ən yaxındır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://ayna.az
archiveBu xəbər 28 Yanvar 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri