Icma.az
close
up
RU
Tramp Azərbaycanın Cənubi Qafqazda lider mövqeyini qəbul edir

Tramp Azərbaycanın Cənubi Qafqazda lider mövqeyini qəbul edir

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


ABŞ-da və dünya siyasətində qlobalistlərin, solçu-liberal güclərin hökmranlıq etdiyi "Bayden epoxası" bitsə də, lakin həmin güclərin törtöküntüləri olan ermənipərəst konqresmenlərin ölümöncəsi aqoniyası, təxribatları hələ də davam edir. Bu sıraya erməni lobbisinin maliyyələşdirdiyi anti-Azərbaycan kampaniyası da daxildir. Belə ki, ABŞ konqresmenləri Azərbaycanla Ermənistan arasında sülh prosesini pozmaq üçün bugünlərdə növbəti təxribata əl atıblar.
Söhbət əlbəttə ki, bütün konqresmenlərdən getmir. Mediada yayılan məlumatlara görə, 87 konqresmen ABŞ Prezidenti Donald Trampın administrasiyasına müraciət edib. Onlar Ağ Evi 2023-cü ilin sentyabrında Qarabağı könüllü tərk etmiş ermənilərin yenidən bölgəyə qayıtmasına dəstək verilməsinə çağırıblar. Hər iki palatadan olan konqresmenlərin imzaladığı bu təxribatçı sənədin məhz indi ortaya çıxması təsadüfi hadisə deyil. Müraciətə imza atanların arasında ənənəvi ermənipərəst mövqeyi ilə məşhurlaşmış Frenk Pallone, Qas Bilirakis, Bred Şerman kimi avantüristlərin də adlarının yer aldığını nəzərə alsaq, sözügedən müraciətin birbaşa Azərbaycan və Ermənistan arasında sülh prosesinin əngəllənməsinə hesablanması qətiyyən şübhə doğurmur.
Bu konqresmenlərin ABŞ Prezidenti Donald Trampa ünvanladıqları bədnam müraciət ilk növbədə Azərbaycan və Ermənistan liderlərinin bu yaxınlarda uğurla baş tutmuş Əbu-Dabi görüşünün nəticələrini sıfırlamağa və sülh prosesini tormozlamağa yönəlib. Bu da ondan irəli gəlir ki, Əbu-Dabi danışıqlarının nəticələri və Bakı ilə İrəvanın bundan sonra sülh danışıqlarını sırf ikitərəfli formatda, heç bir vasitəçiyə ehtiyac olmadan davam etdirmək qərarı məkrli erməni lobbisini həqiqətən də çox ciddi şəkildə narahat edib. Məhz bu narahatlığın nəticəsidir ki, ABŞ-dakı erməni lobbisi dərhal hərəkətə keçərək rüşvətə bulaşmış konqresmenlərin əliylə növbəti anti-Azərbaycan kampaniyasına start verib. Çünki Azərbaycanla Ermənistan arasında sülh və sabitliyin bərqərar olması radikal-millətçi erməni lobbisinin xain maraqları ilə üst-üstə düşmür.
Ancaq həm erməni lobbisi, həm də dünya erməniçiliyinə nökərçilik edən bir qrup konqresmen unudurlar ki, Co Baydendən fərqli olaraq Donald Tramp dünyada və o cümlədən Cənubi Qafqazda münaqişələrin körüklənməsinin yox, dayanıqlı sülhün tərəfdarıdır. Tramp öz sələflərindən (özündən əvvəlki ABŞ prezidentlərindən) sülhyaratma missiyasına üstünlük verməsi ilə fərqlənir. Bu adam münaqişələri körükləyən, qızışdıran yox, müharibələri bitirməyə can atan adamdır. Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə Trampla bağlı səsləndirdiyi fikirlər sırasında məhz bu fikiri də dilə gətirməsi heç də təsafi deyildi. Bəli, Bayden-Blinken cütlüyünün dağıdıcı siyasətindən fərqli olaraq Prezident Tramp Cənubi Qafqazda sülhə töhfə verməyə çalışır, Azərbaycan və Ermənistan liderlərinin sülh səylərini fəal şəkildə dəstəkləyir.
Eyni zamanda, Prezident Tramp Azərbaycanın Cənubi Qafqazda lider mövqeyini qəbul edir və bundan əvvəl Prezident İlham Əliyevə ünvanladığı təbrik məktublarında da həmişə ABŞ-Azərbaycan əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb. O, həmçinin ilk prezidentliyi dövründə, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə mane olmamağı ilə diqqət çəkib. Ancaq bu gün Trampa müraciət ünvanlayan muzdlu konqresmenlər isə Azərbaycanla Ermənistan arasında yenidən münaqişəni alovlandırmağa çalışırlar. Çünki erməni lobbisindən onlara belə tapşırıq verilib.
Deməli, erməni lobbisinin və konqresmenlərin bu təşəbbüsü təkcə Azərbaycan-Ermənistan sülh prosesinə qarşı yox, həm də Trampın özünün qlobal sülh gündəliyinə qarşı yönəlib. Şübhəsiz ki, Ağ Ev də bu məkrli planın fərqindədir. Ona görə də, konqresmenlərin anti-Azərbaycan müraciətinə Trampın reaksiyasının mənfi olacağına qətiyyən şübhə etmirik. Ağ Evin mövqeyi erməni lobbisini də, möhtəkir konqresmenləri də məyus edəcək. Prezident İlham Əliyevin Xankəndidəki mediaforumda vurğuladığı kimi Tramp “Vaşinqton bataqlığı”nı axıra qədər qurutmaq siyasətini davam etdirəcək. Bu "bataqlıq"da çabalayanların sırasına hazırda erməni lobbisindən muzd alıb müraciət imzalayan satlıq konqresmenlər də daxildir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 İyul 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri