Icma.az
close
up
RU
Cənubi Qafqazda yeni dövr

Cənubi Qafqazda yeni dövr

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

…Yaxud, ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ

Azərbaycan-ABŞ münasibətləri müstəqilliyimizin ilk günlərindən başlayıb. Respublikaçı ata Buşun prezidentliyi dövründə ölkəmiz müstəqilliyini elan edib və Ağ Evin sahibi tərəddüd etmədən Azərbaycanı dünya dövlətləri ailəsində görməkdən məmnun olduğunu məktubunda xüsusi olaraq qeyd edib. Bu ilin noyabrın 5-də keçirilən seçkilərdə Respublikaçı Donald Tramp ikinci dəfə ABŞ prezidenti seçildi və Demokratların qeyri-müəyyən idarəçiliyinə önümüzdəki 4 il ərzində əngəl olmağı bacardı. Demokratların hakimiyyəti barəsində belə düşünməyə bizi vadar edən çoxlu nüanslar var. Co Bayden prezidentliyə başlamasının ilk günündən dünya siyasətinə yanaşmasında nöqsanlara yol verdi. Dünya gücü hesab edilən və Demokratlardan təşkil olunmuş Vaşinqton administrasiyası ikili standartlara rəvac verdi, hələ də təsdiqini tapmayan, qondarma “erməni soyqırımı”nı tanıdı, Ermənistan-Azərbaycan savaşında işğalçı Ermənistana dəstək oldu, ABŞ konqresmenləri, Konqresin Nümayəndələr Palatasının spikeri səviyyəsində İrəvanda ermənilərin cinayətlərini görməzdən gəldilər və işğala məruz qalan Azərbaycanı “erməni torpaqlarını işğal edən ölkə” kimi tanıdılar. Əlbəttə, bütün bunlar absurd yanaşmalar idi.

Bayden hakimiyyəti ABŞ tarixinə qara ləkə kimi düşəcək. İdarəçilik qabiliyyəti getdikcə tükənən mister Co-nun əvəzindən ölkəni başqaları idarə edir, dünyanın taleyüklü məsələlərinin həllində Vaşinqtonun reaksiyası ya ləngiyir, ya da adekvat olmurdu. Bu da dünya ölkələri arasında münasibətlərdə ənənəvi yanaşmalardan sapmaya, ya da idarəolunmaz birvəziyyətə salırdı. Ukraynada baş verənlər, Yaxın Şərqə kütləvi qırğınla müşaiyət olunan müharibənin nəzarətdən çıxması, İran-İsrail qarşıdurmasının qanlı fazaya keçməsi, Şərq-Qərb münasibətlərində gərginlik, Cənub-Şərqi Asiya regionunda müharibə eskalasiyasının artması, Cənubi Qafqazda yeni müharibə riski, BMT Təhlükəsizlik Şurasında nizamsızlıq, üzv dövlətlər arasında anlaşmanın sıfırlanması, inamsızlıq, nüvə müharibəsi anonsu, bütün bunlar Baydenin ABŞ prezidenti olduğu bir dönəmdə yaşandı və bu gün də davam etməkdədir.

Trampın qayıdışı…

Əslində 2020-ci ilin noyabr ayında keçirilən president seçkilərində Tramp məğlub yox, qalib namizəd idi. ABŞ-ın tarixində çox az-az görünən seçki etirazları, məğlub tərəfin tərəfdarlarının Kapitoli binasına hücumu və oranı ələ keçirmələri Baydenin seçkilərin nəticələrini oğurlamasına cavab idi. Necə deyərlər, daş qayaya rast gəlmişdi. Amma çılğın görünən Trampın hadisələrin sonrakı gedişində təmkin davranışı Demokratların demokratiyadan uzaq kütlə olduqlarını bir daha isbatladı. Tramp isə siyasətdən getmədi, 4 il gündəmdə olmağı bacardı, Respublikaçılar arasında nüfuzunu qoruyub saxladı. Mediada tez-tez görünməsi, dünya hadisələrinə reaksiyaları, Demokratların hakimiyyətini silkələyən fikirlərin səsləndirilməsi Trampın növbəti seçkilərdə namizəd olacağına bir işarə idi.

Trampa qarşı Federal prokuror tərəfindən həbs sanksiyasının verilməsinə hazırlıq da Bayden hakimiyyətinin cılızlığını ortaya qoymuş oldu. Trampdan qurtulmaq üçün Baydenin yeganə mübarizə planı onu yolundan istənilən üsullarla götürmək idi. Seçkilərə təxminən bir ay qalmış Bayden mübarizədən geri çəkildi və vitse-prezident Kamala Harrisin namizədliyini irəli sürdü. Əksər analitiklər Baydenin bu addımının məğlubiyyəti öz adına yazmamaq niyyəti ilə atıldığını qeyd edirlər.

Yeni və korrektəli münasibətlər

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa zəng edib və onu təbrik edib. Təbrik məqsədli telefon zəngində bir sıra məqamlar diqqət çəkir. Dövlətimizin başçısı vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynacaq. Baydendən fərqli olaraq Tramp praqmatik siyasətçidir. Onun prezident seçilməsinin bir çox münaqişələrin tənzimlənməsi ilə nəticələnəcəyi düşünülür. Azərbaycan Trampın hakimiyyəti dövründə Qarabağ problemini böyük ölçüdə həll etdi. Erməni lobbisinin Baydeni dəstəkləməsi təsadüfi deyil. Rəsmi Bakı düşünür ki, Trampın hakimiyyətə gələndən sonra Ermənistanla ikili danışıqlar effketiv olacaq və prosesə kənar təsirlər azalacaq. Başqa sözlə, sülh müqaviləsinin imzalanması daha real görünür. Təcrübə göstərir ki, kənar təsirlər olmasa, Ermənistanla uzlaşma əldə etmək mümkündür.

Birinci prezidentlik dövründə Azərbaycanla Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlət başçısı ikitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvar olduğunu bildirib. Bakı ilə Vaşinqton arasında enişli-yoxuşlu bir münasibətlər sistemi var. Xüsusilə Co Baydenin hakimiyyəti dövründə ABŞ Azərbaycanla başda enerji sahəsi olmaqla, bir çox istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu desə də, hədə və təhdid ritorikası ilə danışmaqdan vaz keçmirdi. Həmçinin Rusiyanın Cənubi Qafqazda təsirini zəiflətmək və Ermənistanda nüfuz qazanmaq üçün İrəvanla Bakını qarşı-qarşıya gətirən situasiyalar yaradırdı.

Prezidentin təbrik mesajında qeyd etdiyi məqamlar D.Tramp dövründə Bakı-Vaşinqton münasibətlərinin normallaşması, hətta inkişafına olan inamın göstəricisidir. Azərbaycan ABŞ-la bir çox sahədə əməkdaşlıq edir və yeni perspektivlər var. Bakı Avropanın enerji təminatı kimi məsələlərdə ən etibarlı tərəfdaş kimi çıxış edir. Xüsusilə Azərbaycanın İran-İsrail, Türkiyə-İsrail, ABŞ-Rusiya, Ukrayna-Rusiya, ABŞ-Çin kimi tandemlərdə balans yaratmaq ustalığı Bakını Vaşinqtonun diqqət mərkəzinə gətirir. Fors-major hadisə baş verməsə, Trampın hakimiyyəti dövründə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Bu da regional aktor kimi Bakının çəkisini artırar. Avropaya nəql edilən təbii qazın artırılmasında da Azərbaycan-ABŞ münasibətlərinin normallaşması mühüm yer tutur.

Prezident İlham Əliyev hələ Şuşa Qlobal Media Forumunda vurğulamışdı ki, Trampın hakimiyyətdə olduğu illərdə Azərbaycan-ABŞ münasibətləri qarşılıqlı faydalı əməkdaşlıq səviyyəsində idi. Tramp beynəlxalq sülhün və təhlükəsizliyin təminatı sahəsində çox ciddi işlər görüb. İnanırıq ki, Trampın ABŞ-də hakimiyyətə gəlməsi Azərbaycanla əlaqələrinin yaxşılaşmasına xidmət edəcək. Artıq bu reallıqdır. Təxminən iki aydan sonar Tramp rəsmi olaraq Baydeni Ağ Evdən çıxaracaq. Prezidentimiz Trampla telefon danışığı ilə bir daha nümayiş etdirdi ki, rəsmi Bakı-Vaşinqton münasibətlərində Bayden Administrasiyasının yeritdiyi yanlış region siyasəti ucbatından yaranmış gərginliyin aradan qaldırılması üçün mübit imkanlar yaranıb. Tərəflər bundan maksimum istifadə edəcəklər. Tramp kifayət qədər qətiyyətli siyasətçidir və Cənubi Qafqaz regionunda hansı maraqların olduğunu bilir. Eyni zamanda Azərbaycanın regionun lider dövləti olduğunun fərqindədir. Ölkəmizin beynəlxalq sülhün və təhlükəsizliyinin təminatı, beynəlxalq terrorçuluğa qarşı mübarizə, Avropanın enerji təhlükəsizliyində oynadığı rol və digər məsələlərlə bağlı ölkəmizin mövqeyini çox gözəl bilir. Azərbaycanın hansı coğrafiyada yerləşdiyini də hesabladıqda Trampın ikinci prezidentliyi dövrü Bakı-Vaşinqton münasibətlərinin inkişafı üçün əlavə imkanlar yaranacağını qətiyyətlə deyə bilərik.

İlham Əliyev faktoru…

Azərbaycan regionun güclü dövlətidir, söz sahibidir, bütün layihələrin təşəbbüskarı və icraçısıdır. Bütün bunlar regionda marağı olan güclərin diqqətindən yayınmır, Azərbaycanla bu və ya digər şəkildə təmaslar qurmağa, əlaqələri genişləndirməyə, ölkəmizlə dostlaşmağa çalışırlar. Azərbaycan Prezidentinin beynəlxalq arenada nüfuzu, siyasi bilikləri, təcrübəsi, diplomatiya elmini dərindən bilməsi ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayır. Ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Prezident İlham Əliyev xarici siyasət kursunu bu prinsiplər əsasında qurub. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əməl edən dövlət kimi tanınır. Ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət edir. Ona görə də dünya Azərbaycanın sözünü eşidir, Prezidentimizin təşəbbüslərinə dəstək verir.

Azərbaycan bütün qonşularla, digər xarici tərəfdaş ölkələrlə səmərəli əməkdaşlıq edir. Dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan mövcud münasibətlərini daha da möhkəmləndirə bilib. Azərbaycan-Türkiyə-Gürcüstan və Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq platformaları buna əyani misaldır. Bu illər ərzində beynəlxalq təsisatlarla da səmərəli əməkdaşlıq əlaqələri qurması ölkəmizin beynəlxalq imicinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Həmçinin Türk Şurası, Müstəqil Dövlətlər Birliyi, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və bu kimi digər qurumlarla səmərəli əməkdaşlıq əlaqələri daxildir.

Seçkilər və qələbə reallığı

Trampın qələbəsi Amerika xalqının seçimidir və dəyişikliklərə inamın böyüklüyüdür. Xarici siyasətdəki aqressiv siyasət, xarici münaqişələrə böyük məbləğdə vəsait xərclənməsi, ölkə daxilində sosial narazılıqların artması, həmçinin etnik və dini azlıqlar arasında artan gərginliklər cəmiyyətdə ciddi iz buraxıb. Amerikalılar düşünürlər ki, ölkədən xaricdə baş verən hadisələri koordinasiya etməkdənsə, daxildəki problemlərə diqqət yetirmək lazımdır. Tramp seçki kampaniyasında bunu düşünərək düzgün istiqamət götürdü. ABŞ-nin xarici siyasətində rekonstruksiya aparılacağına şübhə yeri yoxdur, ölkədə iqtisadi islahatlar aparmaq və daxili problemlərə daha çox diqqət ayırmaq vədləri Trampın dəstəkçilərinin, tərəfdaşlarının, ona səs verənlərin sayını artırdı. Trampın qələbəsi, Amerika cəmiyyətinin tələbi, social sifarişi idi.

"Onun bir çox bəyanatları ilə razıyam"

Azərbaycan Prezidenti İlham Əliyev bu ilin iyul ayında Şuşada keçirilmiş 2-ci Qlobal Media Forumunda sualları cavablandırarkən Donald Tramp barədə demişdi: "… Tramp “Vaşinqton Post”u və “Nyu-York Tayms”ı feyknyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Mən tamamilə onunla razıyam. Mən təkcə bu məsələdə deyil, onun bir çox bəyanatları ilə razıyam. Bu gün ABŞ Prezidenti məhz media tərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasının qurbanıdır. Elə, sadəcə, bunu görəndə biz özümüzü bir az rahat hesab edə bilərik. Yəni, bu gün diqqət Azərbaycandan yayınıbdır. Əlbəttə, biz çox arzu edirik ki, media obyektiv olsun, hər kəs obyektiv olsun. Ancaq medianın xüsusi məsuliyyəti var. Çünki medianın mesajları, məsələni işıqlandırması bir çox insanların həyatına təsir edir. Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər".

Donald Trampın qələbəsi ABŞ-nin xarici siyasətində və müxtəlif ölkələrlə əlaqələrində, xüsusilə də Azərbaycanla münasibətlərində mühüm bir dönüş nöqtəsi ola bilər. Trampın yenidən Ağ Evə qayıdışı ABŞ-nin beynəlxalq arenada mövqeyinin necə dəyişəcəyinə dair çoxsaylı suallar doğurduğu kimi, bəzi qlobal məsələlərin həllində köklü dəyişikliklərin olacağına da ümidlər yaradır. Perspektivdə ABŞ və Azərbaycan arasındakı münasibətlər əsasən enerji, təhlükəsizlik və ticarət sahələrində güclənə bilər. Tramp administrasiyasının Azərbaycanın enerji resurslarına olan marağının davam etməsi, ikitərəfli münasibətlərin inkişafına təkan verəcək. Cənubi Qafqaz, xüsusilə də Azərbaycan ABŞ-ın strateji maraqlarına cavab verən mühüm bir regional partnyora çevrilə bilər.

V.VƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Noyabr 2024 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1195

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see163

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see130

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see115

Anası ilə bağlı hədiyyə Zülfiyyəni ağlatdı Video

15 İyul 2025 12:56see114

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see113

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see113

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb

15 İyul 2025 15:17see112

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see112

İranla Rusiya arasında əlaqələr PİSLƏŞİB

15 İyul 2025 18:40see111

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see111

DİN vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi

15 İyul 2025 15:12see110

Tramp: Zelenski Moskvaya atəş açmamalıdır KONKRET

15 İyul 2025 21:54see110

Şəbnəmin Böyükada Fotosessiyası

15 İyul 2025 11:57see110

ABŞ Ali Məhkəməsi Trampa “yaşıl işıq” yandırdı Təhsil Nazirliyini ləğv edilməsi qanuni sayıldı

15 İyul 2025 17:51see110

Tələbə köçürməsinə start verildi

15 İyul 2025 13:45see109

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see109

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see109

Parlamentdə İmamverdi İsmayılovun hekayəsindən sitat gətirdi Video

15 İyul 2025 13:38see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri