Icma.az
close
up
RU
Menu

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

Azı qərar, çoxu zərər...

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

DÇ 2026: Ukrayna 8 qollu görüşdən qalib ayrıldı

Cənubi Qafqazın radioaktiv saatlı bombası Metsamor AES

Cənubi Qafqazın radioaktiv saatlı bombası Metsamor AES

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

Əliş Şirinov,

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,
Energetika fakültəsinin magistrı

***

Metsamor Atom Elektrik Stansiyası (AES) Cənubi Qafqazda nüvə təhlükəsizliyi baxımından ən kritik təhdidlərdən biri hesab olunur.

Məqalənin başlığında 1976-cı ildə inşa edilən stansiyanın “radioaktiv saatlı bomba” kimi təqdim olunmasında səbəb, onun istismar müddətini çoxdan başa vurmuş qurğu və avadanlıqlar kompleksinin texnoloji prosesinin qəza riskinin həddindən artıq çox olması, seysmik aktiv zonada yerləşməsi və beynəlxalq standartlara uyğun olmamasıdır. Metsamor AES-in Ermənistanın enerji təminatında mühüm rolu olsa da, mümkün qəza nəticəsində yaranacaq radiasiya sızıntısı təkcə bu ölkəni deyil, Azərbaycan, Gürcüstan, Türkiyə və daha geniş regionu da ciddi ekoloji, sosial və iqtisadi fəsadlarla üz-üzə qoya bilər. Məqalə Metsamor AES-in texniki zəifliklərini, seysmik və ekoloji risklərini, həmçinin beynəlxalq reaksiyaları təhlil edir.

Cənubi Qafqaz regionu enerji və təhlükəsizlik məsələlərinin kəsişdiyi mühüm geosiyasi məkandır. Region dövlətləri – Azərbaycan, Ermənistan və Gürcüstan, həmçinin, regionun cənub sərhədində yerləşən Türkiyə və İran, o cümlədən, şimal sərhədində isə Rusiya enerji təhlükəsizliyi, iqtisadi inkişaf və siyasi sabitlik məsələlərində bir-birindən fərqli, lakin bir-birinə təsir edən proseslərlə üz-üzə qalırlar. Bu mürəkkəb kontekstdə ən çox müzakirə olunan problemlərdən biri də Ermənistan ərazisində yerləşən Metsamor Atom Elektrik Stansiyasının (AES) ekoloji çirkli və günü-gündən təhlükə doğuran fəaliyyəti ilə bağlıdır. Metsamor AES seysmik cəhətdən aktiv zonada, müasir təhlükəsizlik standartlarına cavab verməyən köhnəlmiş texnologiyalar əsasında inşa edildiyi üçün və istismar müddətini 10 il əvvəl başa vurmasına baxmayaraq ümumilikdə 50 ilə yaxın müddət ərzində istismar olunduğunu nəzərə alaraq beynəlxalq ekspertlər tərəfindən nüvə təhlükəsizliyi baxımından son dərəcə riskli obyekt hesab olunur.

Metsamor AES 1976-cı ildə sovet dövründə istismara verilmiş və Ermənistanın enerji tələbatının təxminən 40%-ni ödəmək məqsədilə 1980-ci ildə ikinci blok da quraşdırılaraq stansiyanın ümumi gücü 880 MVt-a çatdırılmışdır.

1983-cü ildə AES-in 3-cü və 4-cü enerji bloklarının tikintisinə başlanılsa da, 1986-cı ildə Çernobıl AES-də baş verən qəzadan sonra bu proses dayandırılıb. WWER - 440/230 tipli 2 yunitardan ibarət olan stansiya 1988-ci ildə Spitakda baş vermiş zəlzələ ilə əlaqədar olaraq fəaliyyətini tamamilə dayandırmış, lakin, 1993-cü ildə Ermənistanın üzləşdiyi ciddi enerji böhranına görə fəaliyyətini bərpa etmək barədə qərar qəbul edərək, 1995-ci ildə 2-ci enerji blokunun işə salınmasına nail olmuşdur. AES dayandırıldığı dövrdə 1 nömrəli blokda buxar generatorlarının korpuslarında 2 yerdə diametri 1 metr olan kəsik tədqiqat aparmaq üçün götürülmüş və bunun nəticəsi olaraq 1 nömrəli blok təhlükəli, hətta istifadəyə yararsız hala düşmüşdür. Buxar generatorlarının bu halda bərpası çox çətin, əvəzlənməsi isə çox bahalıdır.

Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA), Avropa İttifaqı və bir sıra aparıcı dövlətlər, o cümlədən, beynəlxalq təşkilatlar dəfələrlə stansiyanın bağlanması və əvəzlənməsi ilə bağlı çağırışlar etmişdir. Buna baxmayaraq, Ermənistan hökuməti enerji asılılığını azaltmaq məqsədilə stansiyanın fəaliyyətini uzatmaqda davam edir. Bu isə regionun təhlükəsizlik mühitinə ciddi təhdid yaradır.

Nüvə təhlükəsizliyi sahəsində dünya təcrübəsi göstərir ki, bu tip stansiyalarda baş verə biləcək qəza yalnız bir ölkənin problemi ilə məhdudlaşmır. 1986-cı ildə Ukraynada Çernobıl AES-də baş verən qəza yüz minlərlə insanın həyatına, sağlamlığına və ətraf mühitə bərpası mümkün olmayan ziyan vurmuşdur. Oxşar şəkildə, 2011-ci ildə Yaponiyanın Fukuşima AES-də yaşanan hadisə də nüvə texnologiyalarının nə dərəcədə riskli olduğunu bir daha sübut etmişdir. Bu nümunələr göstərir ki, nüvə təhlükəsizliyi məsələsi regional deyil, qlobal xarakter daşıyır. Metsamor AES-in fəaliyyəti də yalnız Ermənistanı deyil, bütün Cənubi Qafqazı, hətta Yaxın Şərq və Qara dəniz hövzəsi ölkələrini də potensial risk altında saxlayır. Bu stansiyanın yerləşmə yerini nəzərdən keçirsək görərik ki, tikili İrəvandan 36 km cənubda Metsamor şəhəri yaxınlığında qurulub. Bu isə Türkiyə sərhədindən 17,5 km, İran sərhədindən 60 km, Azərbaycan sərhədindən 75 km məsafə deməkdir.
 Metsamor AES-in ən təhlükəli xüsusiyyətlərindən biri onun yerləşdiyi coğrafi məkandır.

Ermənistan seysmik baxımdan olduqca aktiv zonada yerləşir və güclü zəlzələlərin tarixi faktları mövcuddur. 1988-ci ildə baş verən Spitak zəlzələsi nəticəsində on minlərlə insan həlak olmuş, şəhərlər və kəndlər dağılmışdır. Bu, bölgədə seysmik risklərin real olduğunu göstərən ən bariz nümunədir. Metsamor kimi köhnə texnologiya ilə işləyən nüvə stansiyasının belə bir zonada yerləşməsi isə təsadüfən deyil və dünya miqyasında ciddi strateji səhv kimi qiymətləndirilir.

Digər tərəfdən, Metsamor AES-in istismar müddətinin çoxdan bitməsi və texniki baxımdan müasir standartlardan geri qalması onun təhlükəsizlik səviyyəsini daha da aşağı salır. Hal-hazırda dünyada bu tip reaktorların böyük əksəriyyəti ya bağlanmış, ya da daha müasir texnologiyalarla əvəz olunmuşdur. Ermənistan isə iqtisadi və siyasi səbəblərə görə stansiyanın fəaliyyətini uzatmaqdadır. Bu isə daxili enerji balansını qorumaq məqsədi daşısa da, nəticədə bütün region üçün ekoloji fəlakət qaynağı olmaqda qalır. 

Mümkün nüvə qəzasının nəticələri çoxşaxəlidir. İlk növbədə radiasiya sızıntısı kənd təsərrüfatı torpaqlarını, içməli su hövzələrini və havanı çirkləndirərək insanların sağlamlığına uzunmüddətli ziyan vura bilər. Radiasiyanın təsiri ilə xərçəng, genetik xəstəliklər və doğum qüsurları kimi ciddi sağlamlıq problemləri yarana bilər. İkinci tərəfdən, belə bir qəza regionun iqtisadi inkişafına böyük zərbə vuracaq, əhali arasında kütləvi köçlərə və sosial xaosa səbəb olacaqdır. Nəhayət, Metsamor AES-in yaratdığı risklər siyasi baxımdan da təhlükəli ola bilər. Region dövlətləri arasında gərginliyi artıraraq beynəlxalq münasibətlərin yeni böhranlarla üz-üzə qalmasına yol aça bilər. 

Eksperimental aspektdən yanaşaraq Metsamor AES-in davamlı fəaliyyəti halında üç mümkün ssenari ilə tanış olaq: 

1.    Optimist ssenari – AES-də qəza baş vermir, lakin standartlara cavab verməyən, köhnəlmiş texnologiya səbəbindən daimi təhlükə qalır;

2.    Realist ssenari – güclü seysmik hadisə nəticəsində lokal qəza baş verir və Ermənistanla yanaşı, qonşu ölkələrin sərhədyanı bölgələri də təsirlənir;

3.    Pessimist ssenari – istismar müddəti başa çatmış qurğu və avadanlıqlar kompleksinin texnoloji prosesinin pozulması, habelə, daxili təhlükəsizlik qüsurları nəticəsində böyük qəza baş verərək Çernobıl tipli ekoloji və humanitar fəlakətə səbəb olur.

Metsamor AES-in partlaması nəticəsində realist və pessimist ssenarilər üzrə baza müqayisələri və təxmini maliyyə ziyanı hesablamalarının təhlilini nəzərdən keçirək:

I. Baza müqayisələr

Oxşar AES-lərdə baş vermiş nüvə qəzası nümunələrini araşdıraq:

•    Çernobıl (1986)

-  Dəyən ziyan: təxminən 235 milyard ABŞ dolları (Dünya Bankı, 2006).

-  200 000 nəfər daimi köçürüldü, yüzlərlə yaşayış məntəqəsi yararsız hala qaldı.

•    Fukuşima (2011)

-  Rəsmi hesablamalara görə ziyan: 186–200 milyard ABŞ dolları.

-  150 000-dən çox insan köçürüldü.

 Metsamor AES həm köhnə RBMK tipli Çernobıl reaktoruna yaxın texnologiyaya, həm də çox yüksək seysmik zonada yerləşməsinə görə risk baxımından daha kritikdir. Təxmini hesablamalara görə qəza nəticəsində dəyə biləcək ziyanı minimal olaraq 190 milyard ABŞ dolları həcmində qiymətləndirmək olar. 

II. Təxmini maliyyə ziyanı

•    Ermənistan daxilində:

-    Münbit torpaqların çirklənməsi → kənd təsərrüfatına illik 10–12 milyard ABŞ dolları ziyan.

-   Əhalinin köçürülməsi və sosial xərclər → 40–45 milyard ABŞ dolları.

-   Enerji sisteminin dağılması, elektrik enerjisi böhranı → 20–25 milyard ABŞ dolları.

•    Regional təsirlər:

-    Azərbaycan, Türkiyə, Gürcüstan torpaqlarına radioaktiv çöküntü → kənd təsərrüfatı, turizm və xidmət sahələrinə ümumilikdə 60–70 milyard ABŞ dolları ziyan.

-  Xəzər hövzəsində (balıqçılıq və hidrosfer, ekosistem) çirklənmə ehtimalı → 15–20 milyard ABŞ dolları.

•    Beynəlxalq təsirlər:

-  Qaçqın axını və humanitar böhran → 10–15 milyard ABŞ dolları beynəlxalq yardım xərci.

-  Ermənistanın ÜDM-i təxminən 27 milyard ABŞ dollarıdır → belə bir qəza ölkənin iqtisadiyyatını tam çökdürər ki, bu da beynəlxalq təşkilatların, eləcə də böyük güc mərkəzi olan dövlətlərin bu ölkəyə məcbur iqtisadi yardımları, həmçinin, siyasi təsir mexanizmləri ilə prosesə müdaxiləsi ilə nəticələnə bilər.
Eksperimental analizlər göstərir ki, Metsamor AES-in region üçün yaratdığı risklər təkcə nəzəri deyil, həm də real potensiala malikdir. Bu risklərin azaldılması yalnız Ermənistanın daxili siyasəti ilə məhdudlaşmır, həm də regional əməkdaşlıq, beynəlxalq nəzarət mexanizmləri və alternativ enerji mənbələrinin inkişafı ilə bağlıdır.

Metsamor AES-in fəaliyyəti yalnız Ermənistanın enerji balansı məsələsi deyil, bütün Cənubi Qafqazın təhlükəsizlik və ekoloji sabitlik məsələsidir. Qəza ehtimalı yalnız bu ölkənin daxilində deyil, Azərbaycan, Gürcüstan, Türkiyə və daha geniş coğrafiyada uzunmüddətli fəlakətli nəticələrə səbəb ola bilər. Onun yaratdığı risklər regional və qlobal miqyasda ciddi rezonans yaratmaq gücünə malikdir. Çernobıl və Fukuşima hadisələri göstərir ki, nüvə qəzası sərhəd tanımır və onilliklər boyu davam edən ekoloji və humanitar böhran yaradır. Buna görə də, Metsamor problemi beynəlxalq gündəmdə saxlanılmalı, regional əməkdaşlıq və alternativ enerji strategiyaları ilə həll olunmalıdır. Əks halda, Cənubi Qafqaz “radioaktiv saatlı bomba” üzərində yaşamğa davam edəcəkdir.

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://mia.az
archiveBu xəbər 26 Avqust 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see571

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see416

Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir

11 Oktyabr 2025 12:04see373

MDB üzvləri Azərbaycan təcrübəsindən yararlanmalıdır ŞƏRH

11 Oktyabr 2025 08:35see192

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see158

Onunla görüşmək üçün səbəb yoxdur Tramp

10 Oktyabr 2025 22:17see150

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see141

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see140

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see138

Ukrayna 1400 km dən neft emalı zavodunu vurdu KONKRET

11 Oktyabr 2025 16:01see138

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see132

Kişilərdə cinsi zəifliyin səbəbləri bunlardır Seksoterapevt AÇIQLADI

11 Oktyabr 2025 12:32see132

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

10 Oktyabr 2025 19:03see132

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see132

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see132

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see131

Parisxə Şəhidlər ölməz, Vətən bölünməz şüarı

10 Oktyabr 2025 23:43see130

İsak etiraf edib ki, “Liverpul”a keçdikdən sonra keçmiş baş məşqçisi ilə danışmayıb

11 Oktyabr 2025 06:08see129

Toral Bayramov: “Əlimizdən gələni etməyə çalışdıq” MÜSAHİBƏ

11 Oktyabr 2025 14:06see127

DÇ 2026: Ukrayna 8 qollu görüşdən qalib ayrıldı

11 Oktyabr 2025 01:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri