Icma.az
close
up
RU
Metsamor AES bağlanmalıdır! Deputat

Metsamor AES bağlanmalıdır! Deputat

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən gün Ermənistan və Rusiya arasında Birgə Koordinasiya Komitəsinin beşinci iclası keçirilib. İclasda Ermənistan və Rusiya nümayəndələri Metsamor Atom Elektrik Stansiyasının (AES) ikinci enerji blokunun istismar müddətinin yenidən uzadılması layihəsini müzakirə ediblər. Azərbaycan Metsamor AES-in dərhal bağlanmasını və fəaliyyətinin dayandırılmasını tələb edib. Müxtəlif beynəlxalq platformalarda Metsamor AES-in həm Cənubi Qafqaz, həm də ətraf regionlar üçün çox ciddi ekoloji, humanitar və nüvə təhlükəsi mənbəyi olduğu mütəmadi olaraq bəyan edilib.

Ermənistanın bu köhnəlmiş Atom Elektrik Stansiyasının müddətini uzatmağa çalışmasının arxasında duran səbəblər maraq doğurur.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu Modern.az-a bildirib ki, Ermənistan mümkün enerji böhranına hazırlaşır:

"Çünki Rusiya ilə münasibətlər həm Ermənistanın qaz təchizatında, həm də elektrik təchizatında potensial problemlər yarada bilər. Ona görə də, Ermənistanın Atom Elektrik Stansiyasının enerji blokunu yenidən istismara hazırlaması elə Atom Elektrik Stansiyası boyda bir təhlükədir. Bu təhlükə təkcə Ermənistan üçün deyil, həm də Azərbaycan və Türkiyə üçün də böyük təhdiddir. Nəticə etibarilə Metsamor Atom Elektrik Stansiyası Türkiyənin İğdır şəhəri ilə sərhəddədir və eyni zamanda paralel olaraq həm də Naxçıvanla sərhəddədir".

Deputat bu qərarın sadəcə enerji təchizatı məsələsi yox, həm də siyasi qərar olduğunu düşünür:

"Ermənistanın Rusiya ilə münasibətlərdə Rusiyanın təzyiqini bir qədər azaltmağa hesablanıb. Ona görə ki, bundan əvvəl modul tipli yeni Atom Elektrik Stansiyalarının Ermənistanda quraşdırılması ilə bağlı Amerika Birləşmiş Ştatları ilə bir razılaşma var idi. Amma hazırkı siyasi vəziyyət və Rusiyanın təzyiqi görünür, bu razılaşmanın reallaşmasını əngəlləyir. Artıq dəfələrlə istismar müddəti uzadılmış bir Atom Elektrik Stansiyasının istismar müddətinin yenidən uzadılması regionu saatlı bomba ilə təhdid etmək deməkdir".

Parlamentari vurğulayıb ki, Ermənistan Metsamor AES-in onun özü üçün də təhlükəli olduğunu analamlıdır:

"Bu gün dünyanın diqqəti yaşıl enerji mənbələrinə yönəlib. Belə bir vaxtda hər an böyük faciələrə səbəb olacaq Atom Elektrik Stansiyasının istismarı region üçün çox təhlükəlidir. Xüsusən nəzərə almaq lazımdır ki, köhnə, artıq istifadə olunmayan texnologiyalarla bu istismar həyata keçirilir. Ermənistan bunu mütləq nəzərə almalıdır. Ona görə də, Metsamor AES-in istismarının uzadılması reallaşdırılmamalıdır. Əksinə, qonşu ölkələrin enerji ixracatı hesabına Ermənistanın alternativ elektrik enerji təminatı yaradılmalıdır. Bunun üçün Ermənistan qısa müddətdə sülh sənədini imzlamağa hazır olmalıdır. Beləliklə, həm Ermənistan, həm Türkiyə, həm də Azərbaycan üçün təhlükəli olan Metsamor AES-i bərpa etmək əvəzinə,  Türkiyə və Azərbaycandan yaşıl enerji mənbələri ilə öz tələbatını ödəmiş olsun".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Sentyabr 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri