Ceremi Frimponq: Qarabağ tam olaraq Çempionlar Liqası səviyyəsinə uyğun komandadır
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Liverpul"un üzvü Ceremi Frimponq UEFA Çempionlar Liqası Liqa mərhələsinin sonuncu - 8-ci turunun "Qarabağ"la matçından öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, niderlandlı futbolçu "Qarabağ"ın Çempionlar Liqası səviyyəsində bir komanda olduğunu deyib:
"Almaniyanın "Bayer 04" klubunda oynayarkən "Qarabağ"a qarşı çıxış etmişdim. Həqiqətən çox yaxşı mübarizə aparmışdılar. Lakin son dəqiqələrdə vurduğumuz qollarla qalib gəlmişdik. "Qarabağ" tam olaraq Çempionlar Liqası səviyyəsinə uyğun komandadır. Sabah bizi çox çətin matç gözləyir. Buna görə qarşılaşmaya yaxşı hazırlaşmalıyıq və əlimizdən gələnin ən yaxşısını etməliyik".
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 27 Yanvar 2026 21:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















