Ceremi Frimponq: “Qələbə üçün əlimizdən gələni edəcəyik“
Icma.az, Moderator.az saytına istinadən bildirir.
"Qələbə üçün əlimizdən gələni edəcəyik. Komanda yoldaşlarımla birlikdə bütün diqqətimizi "Qarabağ"la oyuna yönəltmişik".
Moderator.az xəbər verir ki, bunu İngiltərənin "Liverpul" klubunun futbolçusu Ceremi Frimponq evdə "Qarabağ"la keçirəcəkləri UEFA Çempionlar Liqası oyunundan öncə mətbuat konfransında deyib.
O, "Bayer Leverkuzen"də çıxış edərkən "Qarabağ"a qarşı oynadığı oyun barədə danışıb:
"Bu oyun əsl sürət qatarı idi. Yanılmıramsa, 2:0 və ya 3:0 geridə idik, amma dönüş edə bildik. Ona görə də onların nə qədər güclü olduqlarını yaxşı bilirəm. Şübhəsiz, Çempionlar Liqası səviyyəsində komandadır. Asan oyun olmayacaq. Biz tam hazırlıqlı olmalıyıq".
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 29-da Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 27 Yanvar 2026 20:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















