Icma.az
close
up
RU
Millimizin futzalçısı: “İlk qələbə üçün əlimizdən gələni edəcəyik”

Millimizin futzalçısı: “İlk qələbə üçün əlimizdən gələni edəcəyik”

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Normal hazırlıq keçmişik. Komandada vəziyyət yaxşıdır”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Kənan Manafov deyib.

O, AVRO-2026-nın əsas seçmə mərhələsinin Yunanıstanla sabah keçiriləcək oyunu ərəfəsində fikirlərini azfutzal.az-a açıqlayıb: “Zədəli və bəzi problemlərə görə komandaya qoşula bilməyən futzalçılarımız oldu. Onların yoxluğuna baxmayaraq, çalışacağıq ki, səfərdən yaxşı nəticə ilə dönək. Rəqibimizi yaxşı tanıyırıq. Son oyunumuzu da onlara qarşı keçirmişik. Bakıdakı matçda hesabı açan tərəf olsaq da, sonradan məğlub duruma düşdük. Halbuki bir neçə epizodda fərqi artıra bilərdik. Əvəzində son dəqiqədə bərabərlik qolunu vurduq”.

Manafov rəqib barədə də danışıb: “Yunanıstan yığması bizdən fərqli olaraq martda artıq bir oyun keçirib. Onlar Xorvatiya millisi ilə qarşılaşıblar. Qrupun favoritinə minimalhesabla yeniliblər. Ümumi götürdükdə, biz onları, onlar da bizi yaxşı tanıyır. Baş məşqçimiz sabahkı oyunda müdafiədə və hücumda necə oynamalı olduğumuzu deyəcək. Əslində, məşq prosesində bunun üzərində işləmişik. Son təlimatları oyunöncəsi məşqdə alacağıq”.

Kənan əsas hədəfin qələbə olduğunu qeyd edib: “Komanda dünən səhər saatlarında Afinaya çatıb. İlk məşqimizi oyunun keçiriləcəyi arenada deyil, başqa məkanda reallaşdırdıq. Bu məşq daha çox uzaq səfərdən sonra bərpa xarakteri daşıyırdı. Yenə deyirəm, məqsəd aydındır. Cari seçmə mərhələdə ilk qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik. Yunanıstan yığması da yaxşı rəqibdir. Xüsusilə də müdafiədə keyfiyyətli oynayırlar”.

Qeyd edək ki, Yunanıstan – Azərbaycan oyunu sabah keçiriləcək.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Mart 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see291

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see257

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see225

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see208

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see155

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see152

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see148

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see138

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see136

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see135

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see135

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see133

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see133

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see127

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see126

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see126

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see125

Bir milyona yaxın insan quru yolla Azərbaycana necə gəlib gedib?

23 Oktyabr 2025 16:28see123

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see123

1300 illik çörək tapıldı: Üzərində İsa Məsihin görüntüsü var

23 Oktyabr 2025 18:23see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri