Cərimə ödənişləri zamanı tutulan 40 qəpiklə bağlı açıqlama
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Noyabrın 1-dən etibarən bütün banklarda cərimə ödənişləri zamanı 40 qəpik komissiya haqqı tutulur.
Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Bildirilib ki, cərimə ödənişlərini həyata keçirən provayderlərin tələblərinə uyğun olaraq, bu əməliyyatlara komissiya haqqı tətbiq olunur:
"Ödəniş zamanı tətbiq olunan 40 qəpiklik komissiya bütün banklarda vahid qayda ilə həyata keçirilir. Hökumət Ödəniş Portalı vasitəsilə ödəniş edərkən sistemdən istifadə üçün xidmət haqqı tutulmur. Ödənişlərin toplanmasına görə xidmət haqqının hansı formada tutulması isə müvafiq xidmət təşkilatı tərəfindən müəyyənləşdirilir. Tətbiq olunan komissiya yalnız yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsi çərçivəsində tətbiq edilmiş cərimələrə aiddir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 24 Noyabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















