Icma.az
close
up
RU
Cərimələrin tətbiqinə başlanıldı Bəs, harda siqaret çəkmək olar? BŞİH dən cavab

Cərimələrin tətbiqinə başlanıldı Bəs, harda siqaret çəkmək olar? BŞİH dən cavab

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Xəbər verdiyimiz kimi, İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərdən sonra tütün məmulatların tullantılarının ətraf mühitə atılmasına görə cərimə məbləği 6 dəfə artırılaraq 50 manatdan 300 manata çatdırılıb.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, artıq bu qadağanın tətbiqinə başlanılıb.

Belə ki, son günlər paytaxtın Səbail, Yasamal, Nəsimi, Xətai, Nizami rayonlarında küçə və parklarda siqaret çəkənlərə qarşı reydlər keçirilib. Sakinlərin sözlərinə görə, onlar 30, 40 və 50 manat civarında cərimələniblər.

Qeyd edək ki, qanunvericiliyə görə, bu ərazilərdə siqaret çəkmək qadağaındır:

- təhsil və tərbiyə müəssisələri, onların əraziləri;

- səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq);

- mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);

- idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar;

- restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla)

- ticarət obyektləri;

- məişət obyektləri;

- sosial xidmət müəssisələri;

- yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir);

- teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;

- uşaq meydançaları;

- yerüstü qapalı və yeraltı piyada keçidləri;

- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillər;

- metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları;

Eyni zamanda, qanunda göstərilir ki, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilat rəhbərləri tütün çəkmək üçün xüsusi yerlər ayrılmasını, bu yerlərdən kənarda tütün çəkilməsinin qadağan olunmasını, yuxarıda sadalanan qadağan olunmuş yerlərdə “tütün çəkmək qadağandır!” yazısının və ya işarəsinin olmasını təmin etməlidir.

Maraqlıdır, bəs niyə şəhərdə siqaret çəkilməsi qadağan olunan yerlərin siyahısı var, amma siqaret çəkməyin icazə verildiyi yerlər müəyyən olunmayıb?

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.Qurumun mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov Bakupost.az -ın sorğusuna cavab olaraq bildirdi ki, bu, onların səlahiyyətlərinə aid deyil:


"Siz qanunda bu məsələni kimin tənzimlədiyini aydınlaşıdırn. Bizim səlahiyyətlərimizdə belə bir məsələ yoxdur. Yəni biz siqaret çəkilməsi üçün yer təyin edən qurum deyilik".

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə Bakupost.az-a açıqlamasında qanunda müəyyən boşluqlar olduğunu bildiridi. Onun fikrincə, bu məsələ müzakirəyə çıxmalıdır:


“Çox təəssüf ki, ictimai yerlərdə bu imkan yoxdur. Görünür, burada müəyyən boşluq var. Əslində, qanun qəbul edilmişdi ki, cərimələrin artırılması vasitəsilə insanları siqaret çəkməkdən çəkindirsinlər. Amma görünən odur ki, siqaretə öyrəşən şəxslər bu vərdişdən asanlıqla əl çəkə bilmir və hətta cərimə olunmağa da razıdırlar ki, təki siqaret çəksinlər. Buna baxmayaraq, parklarda, klublarda və hətta marketlərdə xüsusi qapalı yerlər təşkil etmək mümkündür ki, siqaret çəkmək istəyənlər həmin məkanlarda bu zərərli vərdişlərini davam etdirə bilsinlər. Bu, həqiqətən də düşündürücü məsələdir və mən sizinlə razıyam ki, bu mövzu müzakirəyə çıxarılmalıdır.”

Deputat onu da əlavə etdi ki, siqaret çəkmək üçün xüsusi yerlərin yaradılması yerli icra hakimiyyətlərinin və bələdiyyələrin məsuliyyətidir:

“Düzdür, mən çox istərdim ki, insanlar iradəli davranaraq siqaretdən tamamilə imtina etsinlər. Lakin görünən odur ki, bunu hər kəs bacarmır. Bu səbəbdən, ictimai yerlərdə, açıq və qapalı məkanlarda siqaret çəkmək üçün xüsusi yerlərin yaradılmasına ehtiyac var. Bu isə artıq yerli icra hakimiyyətlərinin və bələdiyyələrin üzərinə düşən bir vəzifədir".

Bakı Şəhər İcra Hakimiyyətinin bu məsələnin onların səaliyyətinə aid olmadığı barədə açıqlamasına münasibət bildirən deputat "bu, onları məsuliyyətdən azad etmir" dedi:

“Əgər qanunda varsa, ola bilsin ki, təlimat kimi gəlib onlara çatmayıb. Lakin bunu həyata keçirmək mümkündür. Eyni zamanda, bəzi məsələlər var ki, bunun üçün xüsusi təlimat göndərməyə də ehtiyac yoxdur. Məsələn, parklarda gözəl skamyaların qurulması icra hakimiyyətlərinin və bələdiyyələrin təşəbbüsü ilə reallaşır. Bunun üçün əlavə məlumat və göstərişə ehtiyac varmı?

Eyni şəkildə, nəqliyyat dayanacaqlarının yaradılması, parklanma yerlərinin elektronlaşdırılması kimi yeniliklər davamlı olaraq həyata keçirilir. Məsələn, Bakının mərkəzində nəqliyyat yükünü azaltmaq məqsədilə Ziya Bünyadov prospektinə paralel olaraq ikinci bir prospekt salınır. Sadəcə olaraq, problemi görürlər və onun həlli ilə bağlı tədbirlər görürlər. Mənə elə gəlir ki, bu məsələ də gec-tez aktuallaşacaq və həllini tapacaq. İcra hakimiyyətləri belə məsələlərdə adətən, aktiv olurlar. Biz, nəinki Bakıda, hətta regionlarda da bu cür təşəbbüslərin həyata keçirildiyini görəcəyik. Mən məlumat üçün bildirirəm ki, bizim nəsildə 100 ildir siqaret çəkilmir. Babam çəkməyib, atam çəkməyib, mən çəkmirəm və oğlum çəkmir.”

Lalə Novruz, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 27 Yanvar 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri